Jan Ogust Dominik Enqr - Wikipedia
Jan Ogüst Dominik Enqr (fr. Jean Auguste Dominique Ingres; 29 avqust 1780[1][2][…], Montoban[d][1][5][…] – 14 yanvar 1867[3][2][…], Paris[5][6][…]) — fransız rəssamı. XIX əsr Avropa akademizminin görkəmli nümayəndələrindən biri.
Jan Ogüst Dominik Enqr | |
---|---|
Doğum tarixi | 29 avqust 1780[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 yanvar 1867[3][2][…] (86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, siyasətçi, skripkaçı, boyakar[d], rəssam-qravürçü[d], qrafika ustası[d], memar, memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı |
Təhsili |
|
Janrlar | tarix rəssamlığı[9], portret rəssamlığı[d], nü[9], portret[9], şərqşünaslıq[d] |
Stillər | romantizm, neoklassisizm[10] |
Tanınmış işləri | |
Tələbələri | Jul Breton[d] |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFransız akademik rəssamı Jan Ogüst Dominik Enqr 1780-ci ilin avqustun 29-da Fransada anadan olub. Onun atası bir çox uğurlu peşəyə sahib olub: daşyonma, miniatür rəssam, heykəltaraş, dekorativ bənna və bir də həvəskar musiqiçi. İlk rəsm və musiqi təhsilini atasından alan gənc Enqri özünün ilk tanınmış rəsm əsərini 1789-cu ildə antik tökmə gipslə yaratmışdır. 1786-cı ildə o, yerli məktəbdə təhsilini davam etdirmiş, lakin 1791-ci ildə Fransa İnqilabının baş verməsi təhsilinə son qoymuş və məktəb bağlanmışdır. Təhsilinın yarımçıq qalması Enqri üçün həmişə təhlükə mənbəyi olaraq qalmışdır. 1791-ci ildə atası Joseph Enqri oğlunu Tuluza şəhərinə aparır. Tuluzda onu Royale de Peinture Akademiyasının heykəltaraş və memarlıq sinfinə qəbul etdirir. Burada gənc Enqri məşhur heykəltaraş Jan Pier Viqan və peyzaj rəssamı Jan Briant yanında təhsil alır. Musiqi təhsilini isə skripkaçı Lejeunin rəhbərliyi ilə davam etdirir. 13–16 yaşınadək Tuluz Capitole Orkesrtrində ikinci skripkaçı olur və o, ömrünün axırına qədər də hər zaman skripkasını ifa edir.
Yaradıcılığı
redaktəEnqr bir çox əsər çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbino Venera" əsərlərindən ilham alsa da, əsasən 1809-cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. O əsərlərində Parmicanino və digər maniyeristlər kimi soyuq rəng tonlarından istifadə etmişdir. Parmicaninonun da Enqr kimi anotomik yanlışlıqları ilə məşhurlaşmış "Uzun boğazlı Madonna" adlı əsəri vardır. Rəssamın fərqli stilləri bir araya gətirməsi, klassik şəkli romantik mövzuyla birləşdirməsinin nəticəsi idi ki, 1814-cü ildə əsər ilk dəfə sərgiləndiyi zaman böyük diqqət cəlb etmişdi. Tədqiqatçılar rəssamı çağdaş üslublara qarşı çıxan bir üsyançı kimi dəyərləndirirlər. Əsər 1819-cu ildə Paris Salonunda sərgiləndiyi zaman tədqiqatçılardan biri "nə sümüklər, nə əzələlər, nə qan, nə yaşam, nə qabartma…Əslində bu görüntünü təmin edən heç biri deyildi." demişdi. Rəssam anotomik gerçəkliyi diqqətə almamış, əvəzində hissləri və şəhvəti qabarıq göstərməyə çalışmışdır. Əsər 1820-ci illərin ortalarına kimi tənqidçilər tərəfindən ciddi şəkildə müzakirə edilmişdir. Tədqiqatçılar əsərlərini rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Rəsm əsərləri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir. Məşhur rəssama Napoleon Bonapart'ın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən də bir əsər sifariş edilmiş və o bu əsəri 1814-cü ildə tamamlamışdır. Enqr 1867-ci il yanvarın 14-də səksən altı yaşında sətəlcəmdən vəfat etmişdir. Ömrünün axırına qədər o, öz iş fəaliyyətini davam etdirə bilmişdir. Akademik rəssam Parisin Pere Lachaise qəbiristanlığında dəfn olunmuşdur. Onun 4000-dən çox rəsm əsəri və skripkası Montauban şəhər muzeyində, indiki Enqri Muzeyi kimi tanınan muzeydə saxlanılır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Le Temps, الطان (fr.). Paris: 1867. ISSN 1150-1073
- ↑ 1 2 AGORHA (fr.). 2009.
- ↑ 1 2 3 4 Энгр Жан Огюст Доминик (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Artnet. 1998.
- ↑ Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 199.
- ↑ Jouin H. La sculpture dans les cimetières de Paris (fr.). // Nouvelles archives de l’art français 1897. Vol. 3e série, tome 13. P. 109. ISSN 0994-8066; 2419-2465
- ↑ 1 2 3 https://www.nga.gov/collection/artist-info.1411.html.
- ↑ Shelton A. C. J.-A.-D. Ingres / French painter / Also known as: Jean-Auguste-Dominique Ingres // Encyclopædia Britannica (ing.).