Jiujianq - Wikipedia
Szyutszyan (çin. 九江) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şimal hissəsində eyniadlı bələdiyənin mərkəzi olan çay liman şəhəri.
Şəhər | |
Szyutszyan | |
---|---|
çin. 九江 | |
29°44′17″ şm. e. 115°59′14″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Rayon | [[Jianqxi]] |
Başçı | Zhong Zhisheng |
Tarixi və coğrafiyası | |
Sahəsi | 18,823 km² |
Mərkəzin hündürlüyü | 20 m |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 4,728,778[1] nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 792 |
Poçt indeksi | 332000–332999 |
Nəqliyyat kodu | 赣G |
Digər | |
jiujiang.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Szyutszyan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin qərbində yerləşmişdir.
Jiangxi vilayətinin şəhəri olan Szyutszyan həmçinin vilayətin şimalında Yanqtze və Xiu (shui) çayları arasındakı Szyutszyan bələdiyəsinin (diqu) idarə mərkəzidir. Szyutszyan şəhəri həm limanı, həm digər şəhərlərlə əlaqə qurmaq üçün olan su yolları, həm də 1915-ci ildə tikilən və Szyutszyan şəhərini Nançanq şəhərinə birləşdirən demiryolu ilə Jiangxi vilayətinin "ticarət qapısı" hesab edilir.
Szyutszyan şəhəri Pekin şəhərində keçirilən iclasda Çinin 10 yaşamaq üçün əlverişli şəhərindən biri seçilmişdir.[2]
Tarixi
redaktəSzyutszyan III əsrdə sərhəddə yerləşirdi və gömrük qəsəbəsi rolu oynayırdı. V əsrdə Szyutszyan qəsəbəsi ətrafında qala divarları tikildi və 589-cu ildə vilayətin idarə mərkəzi kimi şəhər statusu verildi. 1368-ci ildə üst şəhər (fu) statusu aldı. İllərcə Jiangxi vilayətinə geden yolun üstündə olan şəhər stratejik bir ərazi idi və bir ticarət bazarı kimi xüsusi yer tutan Szyutszyan şəhəri XVII–XIX əsrlərdə Çinin çay ticarətinin əsas mərkəzlərindən birinə çevrildi.
1861-ci ildə ölkədəki məhsulun bir hissəsi şəhərdə olan liman vasitəsiylə xaricə ixrac olunmağa başladı. XIX əsrim ikinci yarısında liman vasitəsilə şəhərə gələn Avropalı miqrantlar şəhərin qərbində Guling bölgəsində yerləşdi.
İllər sonra çay ticarəti zəiflədi və şəhər ixracatının əsas hissəsi 1936–1937-ci illərdə tikilən Nançanq ilə dəniz arasında açılan dəmiryolu xəttinə düşdü. Jiangxi vilayətinin şimalında sadə bir şəhər rolu oynayan Szyutszyan şəhəri Xiu çayı və Poyang gölü ətrafından gələn taxıl, pambıq, çay və başqa məhsulların anbarı oldu.
Sənaye
redaktəŞəhərin sənayesini 1949-cu ildən əvvəl yalnız əl işləri təşkil edirdi. Sonralar şəhərdə düyü təmizləmə, kərpic, yağ, kiçik maşın və pambık parça istehsalı üçün zavod və fabrikləri quruldu.
Şəhərin qərbindəki təpələrdə zəngin Mis yataqları vardır.
Şəkillər
redaktə-
Szyutszyan-Donqlin məbədi
-
Szyutszyan - Heykəl
-
Szyutszyan - Yanszı körpüsü
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
- ↑ "Arxivlənmiş surət". 2014-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.