Kasalot - Wikipedia
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü.
Kaşalot | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: Klad: İnfradəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: ???: Kaşalot |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Görünüşü
redaktəYetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir. Onun arxasında 2-6 daha alçaq təpəcik yerləşir. Bədən rəngi bir cürədir, qara-palıdı, ya da tünd-bozdur. Qarnı bir qədər açıqdır. Üstündə qeyri-doğru formada ləkə var. Dişləri payacıqvaridir və 27 sm. çata bilər. Onlar, adətən, ancaq aşağı çənədə olur, sayları isə çənənin hər hissəsində 17 dən 29 qədər olur.
Miqrasiya
redaktəBütün okeanlarda yayılıb. İliq və mülayim sulara üstünlük verirlər. Şimal yarımkürəsində yayda şimala, qışda isə cənuba miqrasiya edirlər(Cənub yarımkürsəində-əksinə)
Qidalanması
redaktəƏsasən başayaqlı molyusklarla qidalabırlar, daha çox kalmarlarla, daha az dərəcədə balıqla. Şikarın dalınca böyük dərinliyə dala bilirlər( 1000 metrdən çox) və orada 15-60 dəqiqə ola bilirlər.
Cütləşmə və balalama
redaktəCütləşmələri çox vaxt aparır. Yeni doğulmuş balalar il boyu olur. Onun piki yaz-yay vaxtına düşür. Hamiləlik ayrı-ayrı alimlərin fikrinə görə 10-12 dən 16-17 aya qədər olur. Balalama əsasən daha aşağı enlərin isti sularında baş verir. Bir bala gətirirlər. Cinsi yektinliyə dişilər 4, erkəklər 4-5 yaşlarında çatırlar.
Ovlanması
redaktəMüharibədən sonrakı illərdə intensiv ov nəticəsində sayı kəskin azalmışdır. Atklantikada kaşalot ovu 1979 ildən dayandırılıb, Sakit okeanın şimal hissəsində 1984-cü ildən.
Mənbə
redaktəВ.Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва "Высшая школа" 1986 səh. 239
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Linnaei C. Systema Naturae: Per Regna Tria Naturae, Secundum Classes, Ordines, Genera, Species, Cum Characteribus, Differentiis, Synonymis, Locis. Holmiae: Laurentii Salvii, 1758. C. 1. S. 76.