Odontoceti - Wikipedia
Dişli balinalar (lat. Odontoceti)— balinakimilər dəstəsindən suda yaşayan məməlilər yarımdəstəsi.
Dişli balinalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: Klad: İnfradəstə: Parvdəstə: Dişli balinalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Uzunluğu 1,2 m-dən 20 m-ə qədərdir. Dişsiz balinalar-dan fərqli olaraq 1-dən 240-dək dişi olur. Başının təpə hissəsində bir burun dəliyi var. Alt çənə qısa olub ön tərəfdən bitişmişdir. Dişli balinalar oriyentasiyanı exolokasiya ilə təyin edir. Hava kisələri sistemi olan exolokasiya aparatının yaranması kəllənin asimmetriyasına səbəb olmuşdur. Dişli balinalar çox yaxşı eşidir və səs siqnallarını qəbul edir. Burun kanalı ilə əlaqədar olan səs orqanı yaxşı inkişaf etmişdir. Dişli balinalar Sakit və Atlantik okeanlarının dənizlərində yayılmışdır.
Cinsi yetkinliyə 2—6 yaşında çatır. Balıqlar, başıayaqlı molyusklar və xərçəngkimilərlə qidalanır. İnsan üçün faydalı olanları kaşalot, afalina, əsl delfinlər, dəniz donuzu, ağ delfin, orka və s.-dir. Piyindən (texniki məqsədlə), həmçinin spermasetindən və ətindən istifadə olunur. Bir çox növləri kəskin surətdə azalmışdır. Bəzi dişli balinalar mühafizə edilir.
Təsnifatı
redaktə- Qanq delfinləri (Platanistidae)
- Delfinlər (Delphinidae)
- Təkbuynuzlular (Monodontidae)
- İnilər (Iniidae)
- Kaşalotlar (Physeteridae)
- Kiçik kaşalotlar (Kogiidae)
- Dimdikburun balinalar (Ziphiidae)
- Laplat delfinləri (Pontoporiidae)
- Dəniz donuzları (Phocoenidae)
- Göl delfinləri (Lipotidae)
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2008.
- ↑ Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7