Kamal Agayev - Wikipedia
Kamal Ağayev (azərb. Ağayev Kamal Əlibala oğlu; 15 iyul 1930, Qarabörk – 27 noyabr 2006, Bakı) — Azərbaycan Kommunist Partiyası Cəbrayıl Rayon və Qubadlı Rayon Komitəsinin birinci katibi, Ucar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Kamal Ağayev | |
---|---|
1970 – 1980 | |
1965 – 1970 | |
Əvvəlki | Əli Əliyev |
Sonrakı | Məsudə Rüstəmova |
Ucar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1960 – 1962 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 27 noyabr 2006 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəAğayev Kamal Əlibala oğlu 15 iyul 1930-cu ildə Azərbaycan SSR Ucar rayonunun Qarabörk kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmuşdur. 1952-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunmuşdur.
1954-cü ilə kimi DTK-də müxtəlif vəzifələrdə işləmiş, atasının ölümü ilə əlaqədar həmin ildə öz ərizəsi ilə DTK-dən istefa vermişdir. Doğma rayonuna qayıdan Kamal Ağayev 1961-ci ilə kimi Ucarda müxtəlif vəzifələrdə (rayon komsomol komitəsinin 1-ci katibi, Rayon icrayyə Komitəsinin sədri, Rayon Partiya Komitəsinin 3-cü katibi) işləmişdir.
1963–64-cü illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra Qubadlı Rayon Partiya Komitəsinin 1-ci katibi seçilmiş və 1970-ci ilə kimi həmin vəzifədə işləmişdir. 1970–80-ci illərdə Cəbrayıl RPK-nin 1-ci katibi işləmişdir. 1980-ci ildən 2002-ci ilə kimi Bakı şəhərində bir sıra məsul vəzifələrdə (Ət-süd sənaye nazirliyində şöbə müdiri,"Bakmoloko" İB-də Baş direktor müavini, Respublika Kolxoz Bazarlarının Baş Direktoru, "Azərittifaq" Sənaye Birliyinin sədrinin müşaviri və s.).
2002-ci ildə təqaüdə çıxmış, 2004-cü ildə Azərbaycan Respublikası Przidentinin sərəncamı ilə fəxri təqaüdə layiq görülmüşdür.
Azərpaycan parlamentinin 4 dəfə dalbadal (6,7,8 və 9-cu çağırış)deputatı seçilmişdir. İşlədiyi dövrdə bir sıra dövlət mükafatları ilə, o cümlədən, 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni, fəxri fərman və medallarla təltif edilmişdir.
27 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat etmiş, Ucar rayonu Qarabörk kəndində dəfn edilmişdir.
Ailəsi
redaktə6 övladı var.
Xatirəsinin əbədiləşdirilməsi
redaktəUcar rayonunda onun adına küçə verilmişdir.
Mənbə
redaktə- Камал Әлибала оғлу Ағајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 24.