Cebrayil Rayonu - Wikipedia
Bu məqalə Cəbrayıl rayonu haqqındadır. Şəhər üçün Cəbrayıl səhifəsinə baxın. |
Cəbrayıl rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[2] Mərkəzi Cəbrayıl şəhəridir.
Rayon | |
Cəbrayıl rayonu | |
---|---|
39°18′ şm. e. 47°00′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şərqi Zəngəzur |
İnzibati mərkəz | Cəbrayıl |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 434 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-CAB |
Telefon kodu | +994 26 |
Poçt indeksi | AZ 1400 |
Avtomobil nömrəsi | 14 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
Coğrafi mövqeyi
redaktəCəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri — Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
Tarixi
redaktəCəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə "Allahın qulu" deməkdir. Cəbrayıl ərazisi Midiya (e.ə VII–IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV–III əsrlər), Albaniya (e.ə IV–III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III–V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X–XI əsrlərdə (971–1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII–XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə "Qraxdın" da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində "Karantin" idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali "Karantin" sözünü "Qraxdın" kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə "Qraxdın" sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX–XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905–1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.
23 avqust 1993-cü ildə rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü ilin əvvəlində keçirilmiş Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı işğaldan azad edilmişdir. 2016-cı il Aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi azad olunmuşdur. 2020-ci il 27 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Böyük Mərcanlı, Nüzgar, 3 oktyabrda Aşağı Maralyan, Çaxırlı, Quycaq, Mehdili, Şəybəy, 4 oktyabrda Cəbrayıl şəhəri, Mahmudlu qəsəbəsi, Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şükürbəyli, Yuxarı Maralyan, 5 oktyabrda Məzrə, 9 oktyabrda Əfəndilər, Qaracallı, Qışlaq, Sarıcallı, Süleymanlı, Şıxalıağalı, 15 oktyabrda Doşulu, 18 oktyabrda Xudafərin qəsəbəsi, 19 oktyabrda Qumlaq qəsəbəsi, Alıkeyxalı, Əmirvarlı, Keçəl Məmmədli, Göyərçin Veysəlli, Hacı İsaqlı, İsaqlı, Hacılı, Hasanlı, Qumlaq, Maşanlı, Niyazqulular, Soltanlı, Şahvəlli, 20 oktyabrda Ağtəpə, Daş Veysəlli, İmambağı, Safarşa, Yarəhmədli, 21 oktyabrda Balyand, Həsənqaydı, Papı, Tinli, Tulus, 22 oktyabrda Dərzili, Məstalıbəyli, Sirik, Şıxlar, 23 oktyabrda Xələfli qəsəbəsi, Dağ Tumas, Minbaşılı, Nüsüs, 25 oktyabrda Çələbilər, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Qovşudlu, Sofulu, 28 oktyabrda Çullu, Xanağabulaq, Xələfli, Qaraağac, Qazanzəmi, Quşçular, 30 oktyabrda Xubyarlı, Xudaverdili, Qurbantəpə, Şahvələdli, 2 noyabrda Çapand,, 2 noyabrda Kavdar, Qoşabulaq, 4 noyabrda Mirək, 9 noyabrda Ağgüney, Arxacdərəsi, Aşağı Mərcanlı, Aşağı Sirik, Aşıq Məlikli, Əsgərxanlı, Fuğanlı, Hüseynalılar, Xudayarlı, Qalacıq, Qərər, Molla Həsənli, Niftalılar, Padardərə, Sədi, Söyüdlü, Tatar, Yanarxac, Yuxarı Mərcanlı, Yuxarı Məzrə, Yuxarı Nüsüs kəndləri işğaldan azad olunmuşdur.[3] [4][5]
İnzibati-ərazi bölgüsü
redaktəAzStat-ın 2013-cü ilə olan məlumatına əsasən de-yuri rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir.[6] Onlar 1 şəhər 22 kənd inzibati ərazi dairəsi olmaqla 23 inzibati ərazi dairəsinə daxildirlər.[6]
Cəbrayıl rayonunun inzibati-ərazi bölgüsü
№ | İnzibati-ərazi dairəsi | Yaşayış məntəqələri | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Cəbrayıl şəhər i.ə.d. | Cəbrayıl ş., Xubyarlı k., Xudaverdili k., İmambağı k., Qurbantəpə k., Şahvələdli k., Yarəhmədli k. | ||||||||||||||
2 | Balyand kənd i.ə.d. | Balyand k., Doşulu k., Qaracallı k. | ||||||||||||||
3 | Böyük Mərcanlı kənd i.ə.d. | Böyük Mərcanlı k., Yuxarı Mərcanlı k. | ||||||||||||||
4 | Cocuq Mərcanlı kənd i.ə.d. | Cocuq Mərcanlı k. | ||||||||||||||
5 | Çərəkən kənd i.ə.d. | Çərəkən k., Əfəndilər k., Papı k. | ||||||||||||||
6 | Dağ Tumas kənd i.ə.d. | Dağ Tumas k., Çələbilər k., Qaraağac k., Sofulu k. | ||||||||||||||
7 | Hacılı kənd i.ə.d. | Hacılı k., Hüseynalılar k., Kavdar k., Mirək k., Tulus k. | ||||||||||||||
8 | Horovlu kənd i.ə.d. | Horovlu k., Çapand k., Safarşa k. | ||||||||||||||
9 | Hovuslu kənd i.ə.d. | Hovuslu k., İsaqlı k., Qalacıq k. | ||||||||||||||
10 | Xələfli kənd i.ə.d. | Xələfli k., Aşıq Məlikli k., Kürdlər k., Qərər k., Quşçular k., Niftalılar k., Nüsüs k., Tatar k. Yuxarı Nüsüs k., | ||||||||||||||
11 | Karxulu kənd i.ə.d. | Karxulu k., Aşağı Maralyan k., Cəfərabad k., Mahmudlu k., Yuxarı Maralyan k. | ||||||||||||||
12 | Qazanzəmi kənd i.ə.d. | Qazanzəmi k., Çullu k., Dağ Maşanlı k., Xanağabulaq k., Söyüdlü k. | ||||||||||||||
13 | Qumlaq kənd i.ə.d. | Qumlaq k., Dərzili k., Xələfli q., Xudafərin q., Xudayarlı k., Qumlaq q., Məstəlibəyli k. | ||||||||||||||
14 | Quycaq kənd i.ə.d. | Quycaq k., Nüzgar k., Şəybəy k. | ||||||||||||||
15 | Maşanlı kənd i.ə.d. | Maşanlı k., Alıkeyxalı k., Hasanlı k. | ||||||||||||||
16 | Mehdili kənd i.ə.d. | Mehdili k., Çaxırlı k | ||||||||||||||
17 | Minbaşılı kənd i.ə.d. | Minbaşılı k., Ağtəpə k., Daş Veysəlli k. Sədi k. | ||||||||||||||
18 | Sarıcallı kənd i.ə.d. | Sarıcallı k., Əmirvarlı k., Məzrə k., Yuxarı Məzrə k. | ||||||||||||||
19 | Sirik kənd i.ə.d. | Sirik k., Aşağı Sirik k., Əsgərxanlı k., Molla Həsənli k., Şıxlar k. | ||||||||||||||
20 | Soltanlı kənd i.ə.d. | Soltanlı k., Keçəl Məmmədli k., Yanarxac k. | ||||||||||||||
21 | Süleymanlı kənd i.ə.d. | Süleymanlı k., Daşkəsən k., Qışlaq k. | ||||||||||||||
22 | Şahvəlli kənd i.ə.d. | Şahvəlli k., Göyərçin Veysəlli k., Hacı İsaqlı k., Qoşabulaq k., Qovşudlu k., Niyazqulular k., Tinli k. | ||||||||||||||
23 | Şükürbəyli kənd i.ə.d. | Şükürbəyli k., Dəjəl k., Fuğanlı k., Həsənqaydı k., Mahmudlu q., Şıxalıağalı k. | ||||||||||||||
1 İşğaldan azad edilən yaşayış məntəqələri qalın şriftlərlə qeyd edilmişdir. |
Əhalisi
redaktəRus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. 2008-ci il siyahıya alınmanın nəticələrinə əsasən əhalinin sayı aşağıdakı kimidir.
ərazi | ||||||
---|---|---|---|---|---|---|
cəmi | kişi | qadın | ||||
nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
Cəbrayıl rayonu | 70270 | 100,0 | 30699 | 100,0 | 39571 | 100,0 |
Şəhər əhalisi | 21198 | 30,17 | 8674 | 28,25 | 12524 | 31,65 |
Kənd əhalisi | 49072 | 69,83 | 22025 | 71,75 | 27047 | 68,35 |
Etnik tərkibi
redaktə1897-ci rusiya imperiyasının əhalisinin siyahıya alınması nəticələrinə əsasən Cəbrayıl qəzasının əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. Qəzanın əhalisinin 49.189 nəfəri (və ya 74,1%) yerli türklərdən, 15.746 nəfəri (və ya 23,7%) isə gəlmə ermənilərdən ibarət idi. Sovet dövründə Cəbrayıl rayonunun etnik tərkibi aşağıdakı kimi olub.
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycanlılar | 22.813 (97,1%) |
Talışlar | 11 (0,1%) |
Ruslar | 436 (1,9%) |
Ermənilər | 157 (0,7%) |
Ləzgilər | 15 (0,1%) |
Gürcülər | 2 (0,1%) |
Bütün rayon üzrə | 23.502 (100%) |
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycanlılar | 25.951 (98,1%) |
Talışlar | - (-) |
Ruslar | 196 (0,7%) |
Ermənilər | 166 (0,6%) |
Ləzgilər | 9 (0,1%) |
Gürcülər | 3 (0,1%) |
Bütün rayon üzrə | 26.377 (100%) |
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycanlılar | 36.735 (98,7%) |
Talışlar | - (-) |
Ruslar | 370 (1,0%) |
Ermənilər | 46 (0,1%) |
Ləzgilər | 18 (0,1%) |
Gürcülər | 6 (0,1%) |
Bütün rayon üzrə | 37.227 (100%) |
Etnik quplar | əhalinin Sayı[7](Nəfər) |
---|---|
Azərbaycanlılar | 42.415 (98,5%) |
Talışlar | - (-) |
Ruslar | 434 (1,0%) |
Ermənilər | 41 (0,1%) |
Ləzgilər | 33 (0,1%) |
Gürcülər | 10 (0,1%) |
Bütün rayon üzrə | 43.047 (100%) |
Tanınmış şəxsləri
redaktə- Murad Babayev — 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru
- Taleh Kazımov — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
- Əli Həsənov (siyasətçi, 1948) — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dövlət Qaçqınkomun Sədri.
- Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin sabiq sədri (1995–2022), baş nazirin müşaviri (2022 — hal-hazıradək)
- Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri
- Qorxmaz Hüseynov — "Azərsu" ASC-nin sədri
- Ramiz Həsənov — Zəngilan rayon icra hakimiyyətinin başçısı
- Teymur Quliyev — Azərbaycan SSR Nazirlər Sovetinin Sədri
- Zaur Hüseynov — "Bakı Metropoliteni" QSC-nin sədri
- Novruz Quliyev — Ekologiya və Təbii Sərvətlər nazirinin müavini (2005–2020)
- Vüqar Süleymanov — Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri
- Mehdi Mehdizadə — akademik, Azərbaycan SSR-nin maarif naziri
- Şəlalə Həsənova — Bakı Ağır Cinayətlər məhkəməsinin sədr müavini[8]
- Məcnun Məmmədov — Azərbaycan Kənd Təsərrüfatı naziri
- Nəsimi Ağayev — Azərbaycan diplomatı, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri
- Vilayət Quliyev — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2-ci Ordu Korpusunun komandiri
- Füzuli İmrəliyev — Vətən müharibəsi Qəhrəmanı, polkovnik
- Şəmşir Həziyev — "Qarabağ" ordenli Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı
- Teyfur Rüstəmov — polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi
- Elçin Məmmədov — general-mayor, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi
- Ramil Səfərov — azərbaycanlı hərbçi
- Çərkəz Məcid — şair, yazıcı, tənqidçi
- Tofiq Hacıyev — AMEA-nın həqiqi üzvü, akademik, türkoloq-alim
- Aslan Aslanov- Azərbaycan İnformasiya Agentliyinin idarə heyətinin sədri
- Həsən Həsənov — Azərbaycan SSR KP Mərkəzi komitəsinin ideoloji katibi
- Arif Həsənov — geologiya-mineralogiya elmləri doktoru; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor
- Yasif Nəsirli — general-mayor, Azərbaycan SSR DTK idarə rəisi
- Akim Abbasov — sovet hərbi və dövlət xadimi, general-mayor (1957), İkinci Dünya müharibəsinin iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı.
- Əziz Əzizov — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı
- Vahid İsmayılov — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi
- Sahib Əhmədov — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist.
- Əşrəf Mehdiyev—Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri
- Allahverdi Verdizadə — Kimya elmləri doktoru, professor
- Fazil Abbasov — Azərbaycankardiocərrahı, tibb elmlər doktoru
- Şamo Abbasov — Azərbaycanlı rəssam
- Yaqub Əlioğlu — Yazıçı-jurnalist, teatrşünas, ssenarist, kino redaktoru
- Aşıq Qurbani — Azərbaycan aşıq məktəbinin yaradıcısı.
- Sahib Fərzəliyev — Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent
- Anar Əhmədov — riyaziyyatçı alim, Minnesota Universitetinin professoru
- Azər Əhmədov — riyaziyyatçı alim, Kaliforniya Universitetinin professoru
- Elyar Muradov — Azərbaycan Dəmir Yolu Sərnişin daşımaları Departamentinin rəisi
- Fərman Zeynalov — German dilləri üzrə filologiya elmləri doktoru, professor
- Rəfail Əlizadə — fizika — riyaziyyat elmləri doktoru, professor
- Əli Zalov — Azərbaycan alimi, kimya elmlər doktoru, professor, ADPU-nin Analitik və üzvi kimya kafedrasının müdiri
- Şakir Qasımov — biologiya elmləri doktoru, professor, AR ETN Botanika İnstitutunun icraçı direktoru
- Vidadi Xəlilov — Azərbaycanın pedaqoq alimi, pedaqogika üzrə elmlər doktoru (1994), professor (1997), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü
- Yavər Əsədov — rəssam, xəttat, Əməkdar mədəniyyət işçisi
- Hafizə Əsgərova — coğrafiya elmlər doktoru, Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti
- Tahir Əlizadə — texnika üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın İdarəetmə Sistemləri İnstitutununLaboratoriya rəhbəri.
- Əşrəf Hüseynov — akademik, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti.
- Rafiq Quliyev — rəssam, sənətşünas, beynəlxalq və ümumittifaq festivalların laureatı
- Sabir Əhmədli — Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq yazıçısı.
- Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri
- Aynur Səfiyeva — Azərbaycanlı alim, ümumi cərrah, tibb elmləri doktoru, kolorektal cərrahiyyə üzrə ilk qadın elmlər doktoru
- Aslan Aslanov — AzərTAc-ın Baş direktoru
- Həsən Hüseynov — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi
- Hafiz Quliyev — Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi
- İsmayıl Kazımov — dilçi-alim, filologiya elmləri doktoru, professor
- Qəzənfər Kazımov — ədəbiyyatşünas, dilçi, professor
- Dilarə Hüseynova — riyaziyyat elmləri doktoru (1992), professor
- Elçin Sultanov — AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent
- Cəbrayıl Məmmədov — Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, Respublikanın baş allerqoloqu, Tibb elmləri doktoru
- Ceyhun Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru
- Əli Əhmədov — fizika-riyaziyyat elmləri doktoru, professor
- Əli Məmmədov — Azərbaycan dəmiryolçusu, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010), "Şərəf nişanı" ordeni laureatı (1986), Fəxri dəmiryolçu (1994)
- Qəşəm İsmayılov — biologiya üzrə fəlsəfə doktoru, professor
- Nazim Mahmudov — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri
- Tofiq Süleymanov — Azərbaycanlı kimyaçı alim, professor
- Yusif Qasımov — fizika-riyaziyyat elmləri doktoru
- Rafiq Mehdiyev — Texnika elmləri doktoru, professor, 1993–99-cu illərdə Azərbaycan Texniki Universitetinin rektoru
- Elçin Hüseynbəyli — yazıçı-dramaturq, publisist
- Fazil Güney — Azərbaycan yazıçı-publisisti, əməkdar jurnalist, Ərəb filologiyası üzrə fəlsəfə doktoru
- Sərxan Abdullayev — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universiteti Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri
- Mücrüm Kərim — XIX əsr Azərbaycan şairi
- Fərda İmanov — coğrafiya elmləri doktoru (1997), professor (2002)
- Yəhya Qarayev — Kənd təsərrüfatı elmləri doktoru, fizika‑riyaziyyat elmləri namizədi. "ASK‑da Elmi‑Tədqiqat İnformasiya Texnologiyaları İnstitutu" MMC‑nin direktoru
- Vaqif Bayatlı Odər — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019)
- Abbas Arazlı — Azərbaycan-sovet şairi, publisisti, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
- Abbasqulu Fərzəliyev — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1998–2000), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Cəbrayıl Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1990)
- Aygün Diridağlı — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
- Fariz Əhmədov — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru
- Dirili Surxay — Azərbaycan aşıq-şairi
- Günel Mövlud — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi
- Qaçay Səfərov — Sosialist Əməyi Qəhrəmanı
- Sərdar İmrəliyev — Sosialist Əməyi Qəhrəmanı
- Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı
- Cəmil Əhmədov — Sovet İttifaqı Qəhrəmanı
- Şikar Aslanov — Azərbaycanın Milli Qəhrəmanı
- Vüqar Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı
- Akif Əkbərov — Azərbaycanın Milli Qəhrəmanı
- Vahid Quliyev — Azərbaycanın Milli Qəhrəmanı
- Mətləb Quliyev — Azərbaycanın Milli Qəhrəmanı
- Telman Hüseynov — Azərbaycan Dövlət İqtisad Universitetinin Professoru, Şöhrət Ordenli
- Tehran Vəliyev — Azərbaycanın ən məşhur tərcüməçilərindən biri
- Şahmar Ələkbərov — Kino aktyor, ssenarist, rejissor
- Hacı Qaraman çələbi Əhmədli — Övliya, çələbi
- Cavid Hüseynov — Futbolçu
- Nəbi Məmmədov — MMA döyüşçüsü, samboçu, döyüş sambosu üzrə Avropa çempionatının bürünc mükafatçısı
İqtisadiyyatı
redaktəRayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi.[9]
Ermənistan işğalının nəticələri
redaktəBirinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. İşğala qədər rayon ərazisi tam mühafizə olunmuş, bəzi hallarda qonşu Xocavənd rayonunun erməni işğalında olan bir sıra kəndləri rayon polis işçilərinin və yerli əhalinin iştirakı ilə Azərbaycan ordusu tərəfindən azad olunmuşdur. Ümumilikdə Xocavənd rayonunun Cəbrayıl rayonu ilə qonşu olan 15 kəndi düşmən işğalından azad edilmiş, onların bəzilərinə Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə deportasiya edilmiş soydaşlarımız yerləşdirilmişdir.
1993-cü ildə Azərbaycan ordusunun döyüş qabiliyyəti sarsılmış, ordu içinə siyasi ünsürlər daxil olmağa başlamış və bunun nəticəsində Ağdam rayonu işğal olunmuş, Cəbrayıl və Füzuli rayonlarının işğalı üçün real zəmin yaranmışdır.
1993-cü ilin avqust ayı ərzində rayon ərazisində fövqəladə vəziyyət elan edilmiş, erməni işğalçıları Azərbaycan ordusunun hələ 1992-ci ilin yayında işğaldan azad etdiyi Xocavənd rayonun kəndlərini yenidən işğal edərək Cəbrayıl şəhərinə yaxınlaşmışdır. Avqust ayı ərzində Cəbrayıl şəhəri güclü atəşə məruz qalmış, düşmən ordusunun atdığı qrad mərmiləri şəhərin bir çox yerlərinə zərər vurmuş, əhali arasında ölənlər olmuşdur. 15 avqust 1993-cü il tarixdə düşmən ordusu Cəbrayıl şəhəri yaxınlığında yerləşən Daşbaşı yüksəkliyini ələ keçirirərək orada növbə çəkən 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyidlərini tanınmaz hala salmışdır.
18 avqust 1993-cü il tarixdə erməni işğalçıları şəhəri mühasirəyə almışdır. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuşdur. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid vermişdir.
1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.2 aprel 2016-cı il-in aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
27.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Milli ordusunun keçirdiyi əks-hücum əməliyyatı zamanı, Cəbrayıl rayonunun
Böyük Mərcanlı və Nüzgar kəndləri (27.09.2020-ci il);
03.10.2020-ci il tarixdə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri;
04.10.2020-ci il tarixdə Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri və Cəbrayıl şəhəri Ermənistan və separatçı Dağlıq Qarabağ yarağlılarının işğalından azad olunmuşdur.
19.10.2020-ci il Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı və İsaqlı kəndləri Ermənistan və separatçı Dağlıq Qarabağ yarağlılarının işğalından azad olunmuşdur.
20.10.2020-ci il tarixdə Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə və Yarəhmədli kəndləri Ermənistan işğalından azad edilmişdir.
21.10.2020-ci il tarixdə Balyand, Tinli, Tulus və Papı kəndləri Ermənistan işğalından azad edilmişdir.
22.10.2020-ci il tarixdə Dərzili, Məstəlibəyli, Şıxlar və Sirik kəndləri Ermənistan işğalından azad edilmişdir.
23.10.2020-ci il tarixdə Dağ Tumas, Nüsüs, Xələfli və Minbaşılı kəndləri Ermənistan işğalından azad edilmişdir.
28.10.2020-ci ildə Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular və Qaraağac kəndləri Ermənistan işğalından azad edilmişdir.
30.10.2020-ci ildə Xudaverdili, Qurbantəpə, Şahvələdli və Xubyarlı kəndləri Ermənistan işğalından azad edilmişdir.
02.11.2020-ci ildə Çapand, Hacı İsaqlı və Qoşa Bulaq kəndləri Ermənistan işğalından azad edilmişdir
04.11.2020-ci ildə Mirək və Kavdar kəndləri Ermənistan işğalından azad edilmişdir.
07.11.2020-ci ildə Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı və Mərdanlı kəndləri Ermənistan işğalından azad edilmişdir.
09.11.2020-ci ildə Hüseynalılar, Söyüdlü və Aşağı Sirik kəndləri Ermənistan işğalından azad edilmişdir.
# | İtkilər | Sayı |
---|---|---|
1 | Şəhid ailələri | 49 |
2 | Döyüşdə həlak olan hərbi qulluqçular | 191 |
3 | Atəşkəs dövründə həlak olan hərbi qulluqçular | 17 |
4 | Döyüş ərazisində həlak olan polis işçiləri | 6 |
5 | Döyüş ərazisində həlak olan mülki şəxslər | 60 |
6 | Cəmi əsir və itkin düşənlər | 91 |
- | mülki şəxslər | 57 |
- | hərbçilər | 35 |
7 | Qarabağ müharbəsi əlilləri | 177 |
- | mülki şəxslər | 25 |
- | hərbçilər | 152 |
8 | Əsirlikdən qayıdanların sayı | 7 |
- | onlardan sonradan rəhmətə gedənlər | 2 |
Şəkillər
redaktəErməni işğalında dağıdılmış Cəbrayıl rayonu
Cəbrayıl rayonunun abidələri
redaktəCəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri — dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr — Dağtumas kəndində XIII–XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.[10]
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu — IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.
Tarixi-dini abidələri
- Mazan nənə türbəsi (b.e ə.) – Xələfli kəndi
- Mərmərnənə məqbərəsi (b.e.ə.) – Xələfli kəndi
- Məscid təpəsi (b.e.ə. III–II minillik) – Qalacıq kəndi
- Şıxbaba türbəsi (XIV) əsr – Şıxlar kəndi
- Daş məqbərə (1307–1308-ci illər) – Şıxlar kəndi
- Məscid kompleksi (XVI əsr) – Çələbilər kəndi
- Səkkizguşəli türbə (XVI əsr) – Xubyarlı kəndi
- Məscid kompleksi (XVI əsr) – Çələbilər kəndi
- Məscid (XIX əsr) – Paplı kəndi
- Məscid (XVI əsr) – Çələbilər kəndi
- Məscid – Daşkəsən kəndi
- Məscid (XIX əsr) – Mərzə kəndi
- Məscid (XIX əsr) – Süleymanlı kəndi
- "Dairəvi türbə" – Şıxlar kəndi
- Xanəgah – Xubyarlı kəndi
- Xanəgah – Şıxlar kəndi
- Türbə — (XIII–XIV əsrlər) – Dağtumas kəndi
Tarixi memarlıq abidələri
- "Divlər sarayı" – Dağtumas kəndi
- Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi
- Canqulu, Qumtəpə kurqanları (b.e.ə. III–II minillik) – Mahmudlu kəndi
- "Şəhərşik qalıqları", "Qışlaq yerləri" (b.e.ə. II minillik) – Şıxalalı kəndi
- On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) – Qumlaq kəndi
- On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) – Qumlaq kəndi
- Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi
- Sirik qalası (V–VII əsrlər) – Sirik kəndi
- Qala bürcü (V–VI əsrlər) – Sirik kəndi
- Başıkəsik günbəz (XIII–XIV əsrlər) – Xələfli kəndi
- Qız qalası (XVI–XVII əsrlər) – Xələfli kəndi
- Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) – Şıxalalı kəndi
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ https://www.stat.gov.az/source/demoqraphy/ap/az/population_2019.zip.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "İşğaldan azad edilmiş şəhər və kəndlərimiz". 2020-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Cəbrayıl işğaldan azad olundu". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "President Ilham Aliyev: "Azerbaijani Army liberates Jabrayil city and several villages of the region"". APA.az (ingilis). 4 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2020.
"Today, the Azerbaijani army liberated the city of Jabrayil and several villages in the region. Love to the Azerbaijani army! Karabakh is Azerbaijan!", President of Azerbaijan Ilham Aliyev wrote this on his Twitter page today, APA reports.
(#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters) - ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İnzibati ərazi bölgüsü təsnifatının qüvvədə olan variantı (30.05.2013-tarixli nəşri Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine): Cəbrayıl rayonu — 60500001 Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine
- ↑ "Azərbaycanın Əhalisi". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Bakı Ağır Cinayətlər məhkəməsinin sədr müavini — Şəlalə Həsənova
- ↑ "CƏBRAYIL YADDAŞLARDA" (PDF).
- ↑ "Arxivlənmiş surət". 2020-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
redaktə- Cəbrayıl rayon İcra Hakimiyyəti
- gateway.az Arxivləşdirilib 2008-12-16 at the Wayback Machine
- cebrayil.20m.com
- tarix.az Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine
- 30 ildən sonra doğulduğu torpağa dönənlərin hekayəsi — Biz qayıtdıq — Cəbrayıl / 1-ci HİSSƏ
- Cəbrayıl biz qayıdırıq (2-ci hissə)
- Cəbrayıl rayonu necə azad edildi? – İLK DƏFƏ Hər tərəfimizdə, hər an nəsə partlayırdı, minamyot…