Kamal Qarani - Wikipedia
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir.
Mustafa Kamal Karan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 2008 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Məhəmməd Əfəndi |
Həyatı
redaktəAzərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.[1]
Ailəsi
redaktəSeyidovlar nəslindəndir. Şeyx, təsəvvüf alimi Hacı Mahmud Əfəndinin nəvəsi, İlahiyyat alimi Məhəmməd Əfəndinin oğludur. 1 oğlu, 1 qızı var. Oğlu Mehmet alim, qızı kimya müəlliməsidir. Əmisi oğlu İbrahimin (Veys Əfəndinin ortancıl oğlu) qızı Medihe ilə ailə həyatı qurmuşdur.
Fəaliyyəti
redaktəKamal Qarani Mustafa Kamal Atatürkün qurduğu və İsmət İnönünün başçılıq etdiyi Cümhuriyyət Xalq Partiyasına (CHP) daxil olub və Amasyadan millət vəkili seçılmişdir Amasyada və Ankarada böyük təsərrüfatı olmuşdur.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
Mənbə
redaktə- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.