Seyidovlar - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin soyundandırlar.
Seyidovlar | |
---|---|
Titul | Şeyx |
Əcdadı | Hacı Mahmud Əfəndi |
Mənşəyi | Aslanbəyli, Qazax, Azərbaycan |
Təbəəliyi | Qazax qəzası, Rusiya imperiyası |
Torpaqları |
Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndi Türkiyənin Amasya ilində və Amasya şəhərində |
Haqqında
redaktəQazax rayonunun Aslanbəyli kəndinə mənsub Şeyx nəsli və ziyalı soydur. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Hacı Mahmud Əfəndi və Molla Seyidin yaşayış evləri Aslanbəyli məscidinin ətrafındadır.
Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar.
Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət Məclisinin deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Türkiyədə yaşayanların əksəriyyəti Amasya ilində və Amasya şəhərindədirlər. Amasya ili ölkənin şimalında, orta qaradəniz bölgəsində, Samsun ilindən cənubda, Çorum ilindən şərqdə, Tokat ilindən qərbdə, Yozğad ilindən şimalda yerləşir.
-
Aslanbəyli kəndi
Soyun yaranması
redaktə- Qaranilər — Osman Türk mənşəli Yəmən tayfalarından biridir (6-cı əsr). Seyidovlar Qaranilər tayfasının davamçı soylarından biridir. Qaranilər soyunun qədim kökü Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof olan Veysəl Qaraninin (Üveys Bin Əmir-i Qərani) soyundan (Qaranilər) gəlir. Veysəl Qaraninin isə soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Azərbaycanın müxtəlif rayon və şəhərlərində (Əsasən Qazax, Ağstafa, Zərdab, Ağdaş) Veysəl Qarani soyundan gələn nəsillər var.
- Veysəl Qarani (d. 594 Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən — ö. 657) Yəmənli və Osman Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof — "Beni Murad" (Muradoğullarından) tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir. Yəmənin Mərib vilayətinin Karen (Qarani) kəndindəndir. Dinimizdə Peyğəmbər sevgisinin, ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. Siffeyn döyüşü əsnasında, Əli tərəfində döyüşmüşdür və 657-ci ildə vəfat etmişdir. Veysəl Qarani soyundan Yaxın Şərqdə (Əsasən Türkiyə, Azərbaycan, Yəmən, Səudiyyə Ərəbistanı, Özbəkistan) və digər Müsəlman dövlətlərindən çox sayda nəsillər var. Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli kəndində qəbri yerləşir və bu soydan törəyən nəsillərə Qaranallılar (Qaranilər) deyirlər. Zərdab rayonunun Seyidlər kəndinin bir neçə kilometrliyində və Ağdaş rayonunun Taxey, Sileyli kəndlərində Veysəl Qaraninin Ziyarətgahı və qəbri yerləşir.
Nümayəndələr
redaktə- Veys Əfəndi (Təqribi 1800 və ya 1805 təvəllüdlüdür) — Məşhur din xadimi, sufi şeyxi. Hacı Mahmud Əfəndinin atası, Əhməd Qaraninin qardaşı, Molla Seyidin əmisidir. Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veys Qaranidən almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. Veys Qaraninin 3 övladı olub. Onlardan birincisi Məhəmməd, ikincisi Fatma, üçüncüsü Hacı Mahmud Əfəndidir.
- Hacı Mahmud Əfəndi (Hacı Mahmud Əfəndi Veys Qarani oğlu) (d. 1835 – ö. 1896) — Şeyx, məşhur din xadimi, şair, təsəvvüf alimi. Seyidovlar nəslinin Ulu babası Hacı Mahmud Əfəndidir. Hacı Mahmud Əfəndi Azərbaycanda və Türkiyədə çox nüfuzlu bir din xadimi, sufi alimi, Şeyx olmuşdur. Veys Veys Əfəndi, Məhəmməd Məhəmməd Əfəndi, Əhməd Əhməd Əfəndi adında 3 oğlu və Ayşə, Səyalı adında 2 qızı olub. Gəncə-Qazax elində, Borçalıda, Türkiyənin Amasya ilində böyük rəğbət qazanmışdır. Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub. Sufi təriqətətinin, Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir. Şeyx Şamillə də çox yaxın münasibətləri olub. Belə ki, hər ikisi də Mövlana İsmayıl Səracəddin Əfəndinin (1782–1853) müridi olaraq Nəqşibəndi təriqətinin "Xalidi" qolunun yayıcısı olmuşlar. Hacı Mahmud Əfəndi Amasyada və Azərbaycanda çox sayılıb-seçilən, dini dərindən bilən övliyya kimi qəbul edilib. Hacı Mahmud Əfəndi Qazax rayonunun Aslanbəyli kəndində dəfn olunmuş, müridlərinin vəsaiti və köməkliyi hesabına qəbri üzərində türbə ucaldılmışdır. Türbə Azərbaycan, Türkiyə, Borçalı və Dağıstanda tanınan bir ziyarətgahdır. Türbə Hacı Mahmud Əfəndi türbəsi və ya Göy türbə adlanır və davamçılarının himayəsindədir. Övladlarından Səyalı Daş Salahlı kəndinə mənsub Miralayevlər nəslindən olan Mustafa bəy Miralayevlə ailə hayatı qurmuşdur. Mustafa bəy Miralayev kənddə ağa idi. Hacı Mahmud Əfəndi türbəsinin tikintisinə Mustafa bəy rəhbərlik etmişdir. Ayşə Türkiyədə yaşamışdır.
- Molla Seyid (Molla Seyid Əhməd Qarani oğlu) — (Təqribi 1835 və ya 1840 təvəllüdlüdür) — Bəy, Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi, Aslanbəyli kəndində dükanı olan ilk tacir. Hacı Mahmud Əfəndinin əmisi oğludur. Seyidovlar soyunun Molla Seyidlilər qolunun əcdadıdır. Əhməd Qaraninin oğludur. Əhməd Qaraninin 3 övladı olub. Onlardan birincisi Zöhrə, ikincisi Molla Seyid, üçüncüsü Alı idi. Molla Seyid İncə dərəsi elində çox nüfuzlu bir din xadimi olmuşdur. Çox uzaqgörən və tədbirli insan idi. Kənddə dükanı olan ilk tacir olmuşdur və kəndin ən varlılarından biri idi. Kənddə tacirlik edən Molla Seyid xeyriyyəçi bir insan kimi həmişə kasıblara əl tutardı, onlardan pul almazdı. Qazax rayonunda böyük rəğbət qazanmışdır. Yusif (öz babasının adını oğlu Əhməd Seyidova qoymuşdur), Musa, Sədəddin, Nəsib adında 4 oğlu və Pəri, Xədicə, Hənifə adında 3 qızı olub.
- Yusifin Əhməd (Əhməd Seyidov), Musa, Yasin, Məhəmməd adlı 4 oğlu və Səyalı Nigar Cəvahir adlı 3 qızı olub.
- Sədəddinin Seyid (öz atasının adını oğlu Seyidə qoymuşdur), Nəsib (Molla Nəsib) adlı 2 oğlu və Xalsa, Səyalı, Hənifə adlı 3 qızı olub.
- Nəsibin fatma, Söylü və Ayşə adlı 3 qızı olub.
- Pərinin Həmid (Həmid Əfəndi), Alı, Mustafa adlı 3 oğlu olub.
- Xədicənin Allahverən (Uzun Allahverən), Yusif, adlı 2 oğlu və Mələk, Söylü, Səyalı adlı 3 qızı olub.
- Hənifənin Həmid, Məhəmməd adlı 2 oğlu və Fatma, Pəri adlı 2 qızı olub.
- Veys Əfəndi — (Təqribi 1865 təvəllüdlüdür) — Türkiyənin savadlı və yüksək dərəcəli İlahiyyatçı alimi. Hacı Mahmud Əfəndinin böyük oğludur. Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur və Türkiyəyə İlahiyyat elmi üzrə oxumağa getmişdir. Amasyada yaşamış və ilahiyyat elmi ilə məşğul olmuşdur.
- Məhəmməd Əfəndi (d. 1871 – ö. 1961) — Türkiyənin tanınmış İlahiyyat alimi, Amasyada təsərrüfat sahibi. Hacı Mahmud Əfəndinin ortancıl oğludur. Türkiyənin ən məşhur İlahiyyat alimlərindən biri olmuşdur. Çox savadlı və tədbirli bir alim olmuşdur. Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur və Türkiyəyə İlahiyyat elmi üzrə oxumağa getmişdir. Amasyada yaşamış və ilahiyyat elmi üzrə alim olmuşdur. Çox varlı təsərrüfatçı olmuşdur və demək olar ki, Amasyada olan torpaq sahələrinin 5-dən 1-i ona məxsus idi. Həyat yoldaşı Türkiyədə doğulmuş və Yuxarı Salahlının Vəkilovlar (Səməd Vurğunun yaxın qohumudur) soyundandır.
- Əhməd Seyidov (Əhməd Yusif oğlu Seyidov) (d. 1892 – ö. 1977) — Alim, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçmiş rektoru. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəvəsidir. Molla Seyidin oğullarından Yusifin oğludur. Anası Xədicə Aslanbəyli kəndinin Şəmmədlilər soyundandır. Həyat yoldaşı Abıhəyat Hacı Mahmud Əfəndinin nəvəsidir. Hacı Mahmud Əfəndinin qızlarından Səyalının qızıdır. Səyalı Daş Salahlı kəndinə mənsub Miralayevlər nəslindən olan Mustafa bəy Miralayevlə ailə hayatı qurmuşdur. Mustafa bəy Miralayev kənddə ağa idi. Hacı Mahmud Əfəndi türbəsinin tikintisinə Mustafa bəy rəhbərlik etmişdir.
- Kamal Qarani (Kamal Məhəmməd Əfəndi oğlu Qarani) (d. 1923 – ö. 2008) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Ata tərəfdən Hacı Mahmud Əfəndinin nəvəsidir. Hacı Mahmud Əfəndinin oğullarından Məhəmməd Əfəndinin oğludur. Ana tərəfdən Yuxarı Salahlının Vəkilovlar nəslindəndir.
- İsmayıl Seyidov (İsmayıl Əhməd oğlu Seyidov) (d. 1927 — ö. 2017) — Alim, müəllim, psixologiya elmləri namizədi, dosent, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi, Azərbaycanda hüquq psixologiyasını və məhkəmə-psixologiya ekspertizasını ilk tətbiq edən və bu sahə ilə bağlı məqalə və kitabların müəllifi kimi fəaliyyət göstərən ilk alimlərdəndir. İsmayıl Seyidov elmi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul idi. Onun "Min bir rübai", "Allahsızın aqibəti" və s. kitabları oxucular tərəfindən xüsusi rəğbətlə qarşılanırdı. İsmayıl Seyidov Əhməd Seyidovun oğlu, Səməd Seyidovun atasıdır.
- Fikrət Seyidov (Fikrət Əhməd oğlu Seyidov) (d. 1930 – ö. 2011) — Alim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəticəsi, ana tərəfdən Hacı Mahmud Əfəndinin nəticəsidir. Hacı Mahmud Əfəndinin nəvələrindən Abıhəyatın oğludur. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Ana tərəfdən Daş Salahlı kəndinə mənsub Miralayevlər nəslindəndir.
- Fərhad Seyidov (Fərhad Musa oğlu Seyidov) (d. 1940) — Dosent, AMEA Fizika İnstitunun fəlsəfə doktoru. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəticəsidir. Molla Seyidin oğullarından Yusifin nəvəsidir. Yusifin övladlarından Musanın oğludur. Əhməd Seyidovun qardaşı oğludur. Anası Pəri Aslanbəyli kəndinin Nəcəflilər soyundandır.
- Nigar Seyidova (Nəsibova) (Nigar Əhməd qızı Seyidova) (d. 1941 – ö. 2014) — Alim, dosent, Kimya elmləri namizədi. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəticəsi, ana tərəfdən Hacı Mahmud Əfəndinin nəticəsidir. Hacı Mahmud Əfəndinin nəvələrindən Abıhəyatın qızıdır. Əhməd Seyidovun qızıdır. Həyat yoldaşı Nəsibov Mehralı Qazax rayonunun Qaymaqlı kəndindən idi.
- Oktay Seyidov (Oktay Xəlil oğlu Seyidov) (d. 1959 – ö. 2003) Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin kötücəsi, Molla Seyidin oğullarından Sədəddinin nəticəsidir. Sədəddinin oğullarından Seyidin nəvəsidir. Seyidin oğullarından Xəlilin oğludur. Anası Səba (kənddə həkim idi) Aslanbəyli kəndinin Şədillilər soyunun qollarından biri olan Məmməd evi soyundandır.
- Altay Seyidov (Altay Xəlil oğlu Seyidov) (d. 1966) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili qoşunlarında Yüksək vəzifələrdə çalışmışdır, Qarabağ müharibəsi veteranıdır. Mayor rütbəsi ilə ehtiyyatda olan zabitdir, Hərbi xidmətində göstərdiyi qüsursuz xidmətlərə görə bir sıra orden və mükafatlara layiq görülmüşdür. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin kötücəsi, Molla Seyidin oğullarından Sədəddinin nəticəsidir. Sədəddinin oğullarından Seyidin nəvəsidir. Seyidin oğullarından Xəlilin oğludur. Anası Səba (kənddə baş həkim idi) Aslanbəyli kəndinin Şədillilər soyunun qollarından biri olan Məmməd evi soyundandır.
- Altay Seyidov (Altay Xəlil oğlu Seyidov) (d. 1966) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili qoşunlarında Yüksək vəzifələrdə çalışmışdır, Qarabağ müharibəsi veteranıdır. Mayor rütbəsi ilə ehtiyyatda olan zabitdir, Hərbi xidmətində göstərdiyi qüsursuz xidmətlərə görə bir sıra orden və mükafatlara layiq görülmüşdür. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin kötücəsi, Molla Seyidin oğullarından Sədəddinin nəticəsidir. Sədəddinin oğullarından Seyidin nəvəsidir. Seyidin oğullarından Xəlilin oğludur. Anası Səba (kənddə baş həkim idi) Aslanbəyli kəndinin Şədillilər soyunun qollarından biri olan Məmməd evi soyundandır.
- Aytən Seyidova (Qəhrəmanova) (Aytən Fikrət qızı Seyidova) (d. 1966) — Alim, müəllimə, pedaqoji Elmlər doktoru, Dosent, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri. Müstəqil Azərbaycan Respublikasında ilk pedaqoji elmlər namizədi dərəcəsi alıb. Əhməd Seyidovun nəvəsi, Fikrət Seyidovun kiçik qızıdır. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin kötücəsidir. Molla Seyidin oğullarından Yusifin nəticəsidir. Əhməd Seyidovun nəvəsidir. Əhməd Seyidovun oğullarından Fikrət Seyidovun qızıdır. Ata nənəsi tərəfdən Hacı Mahmud Əfəndi kötücəsidir.
- Səməd Seyidov (Səməd İsmayıl oğlu Seyidov) (d. 1964) — Alim, psixologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2000–2015-ci illərdə Azərbaycan Dillər Universitetinin rektoru olmuşdur. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin kötücəsidir. Molla Seyidin oğullarından Yusifin nəticəsidir. Əhməd Seyidovun nəvəsidir. Əhməd Seyidovun oğullarından İsmayılın oğludur. Ata nənəsi tərəfdən Hacı Mahmud Əfəndi kötücəsidir. Ana tərəfdən Kəmərlinin Qiyasbəylilər soyundandır.
- Arif Nəsib oğlu Seyidov — Güləşçi, 1-ci dərəcəli idman ustası. Ata tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəticəsidir. Molla Seyidin oğullarından Sədəddinin nəvəsidir. Sədəddinin oğullarından Nəsibin oğludur. Əhməd Seyidovun əmisi nəvəsidir. İdman sahəsi üzrə ali təhsilini tamamladıqdan sonra Aslanbəyli kənd tam orta məktəbində idman müəllimi işləmişdir. Oğullarından biri (Cövdət adlı oğlu) şəhid olmuşdur.
- Həmid Əfəndi (d. ≈ 1875 və ya 1880) — Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi. Ana tərəfdən Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəvəsidir. Molla Seyidin qızlarından Pərinin oğludur. Ata tərəfdən Aslanbəyli kəndinin Xəlil evləri nəslindəndir. Türkiyədə dini ali təhsil almışdır. Güləndam adlı türk qızı ilə evlənmişdir.
- Mirvarid Dilbazi və Yaqut Dilbazi — Ana nənələri tərəfdən bu soydandırlar. Hacı Mahmud Əfəndinin nəticələridilər. Hacı Mahmud Əfəndinin qızı Səyalının nəvələridirlər. Səyalının qızlarından Cəvahirin qızlarıdır. Ata tərəfdən Xanlıqlar kəndinin Dilbazilər, ana tərəfdən Daş Salahlı kəndinin Miralayevlər nəslindəndirlər. Tanınmış politoloq, Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Yaqut Dilbazinin oğludu
- Qüdrət İsaqov (Qüdrət İsaq oğlu İsaqov) (d. 1950) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı, — Ana nənəsi tərəfdən bu nəsildəndir. Əhməd Seyidovun əmisi Sədəddinin nəticəsidir. Sədəddinin qızlarından Xalsanın nəvəsidir. Xalsanın qızlarından Sənübərin oğludur. Ata tərəfdən Aslanbəyli kəndinin İsaqlılar nəslindəndir.
- Vahid Əhmədoğlu (Vahid Əhməd oğlu Hacıyev) (d. 1956) — Jurnalist, yazıçı, filoloq. Ata tərəfdən Aslanbəyli kəndinin Xəlil evləri, ana tərəfdən Qarani evi nəslindəndir. Ata nənəsi və ana nənəsi tərəfdən Seyidovlar nəslindəndir. Hər iki nənəsi tərəfdən Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin kötücəsidir. Ata nənəsi Nigar və ana nənəsi Cəvahir bacıdırlar. Molla Seyidin oğullarından Yusifin qızlarıdır. Əhməd Seyidovun bacılarıdırlar.
Şəkillər
redaktəMənbə
redaktə- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
- Allahverdi Eminov. Əhməd Seyidov Fenomeni. Bakı: 2003, 117 səh.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "İncə dərəsi (film)" — YouTube platformasında
- "Qazax, Aslanbeyli kəndi (2015)" — YouTube platformasında
- https://www.youtube.com/watch?v=keyKRPt7I-s