Karaoke - Wikipedia
Karaoke (カラオケ - yaponca: kara 空 - "boş, yox" və ōkesutora オーケストラ - "orkestra", orkestranın yoxluğu, solistsiz orkestra) — Yapon mənşəli əyləncə anlayışıdır. Karaoke - mahnının əslindən sözlərin çıxarılaraq onu oxuyacaq şəxsin önündə monitora vəya kağıza yazılması və həmin şəxsin mikrofonla bu mahnı sözlərini oxuyaraq ifa etməsinə verilən addır.karaoke – mahnıların kompüterdə musiqili müşayiəti (akkompanementi). "Karaoke CD" termininə də rast gəlinir. Mahnı sözləri adətən Müğənniyə yol göstərmək məqsədiylə monitorda hərflər və rənglərlə musiqili video ilə göstərilir.
Tarix
redaktəYapon musiqiçi Daysuke İnoye[1] kafelərdə çalışırdı. Bir müştəri onunla birlikdə şəhər kənarındakı tədbirə getməsini istədi. Daysuke səfərə çıxa bilmədi. Buna baxmayaraq, müştərinin yemək zamanı mahnı oxuya bilməsi üçün xüsusi səs yazdırdı. Müştəri ondan daha bir neçə kaset yazdırmasını da istədi. Bundan sonra Daysuke insanların oxuduğu musiqini çalan, mikrofonu, səsgücləndirisi olan bir sistem qurmağa qərar verdi. İnoye texnologiyadan xəbərdar dostlarıyla birlikdə 11 ədəd "8 Juke"[2] adlı aparat yaratdı. Bu aparatları Kobedəki kiçik barlara kirayə verdi.
Həmin dövrlərdə onun bu əməyi qiymətləndirilməsə də 15 il sonra karaoke məşhurlaşmağa başladı. 2004-cü ildə isə Daisuke bu “ən ağılsız, gülməli və lazımsız kəşf”ə görə Nobel mükafatına layiq görülüb.
Karaoke şəbəkəsi
redaktə90-cı illərdə karaoke Asiyada geniş yayıldı. Həmin vaxtlar karaoke sisteminə modern səs texnologiyası, lazer disklər və videoyönləndirici əlavə olundu. Daysuke bu icadını patentləşdirmədiyi üçün çoxlu pul qazana bilmədi. Onun ixtirasından şirkətlər yararlandı.
Bir müsahibəsində İnoye bunları bildirib:
"İxtirama patent alsaydım, karaokenin cari inkişafına əngəl yaradacaqdım, bu qədər geniş yayılmayacaqdı. Lakin o vaxt çoxlu pul gətirəcəyini düşünmürdüm. Sadəcə, Kobedə aparatlarımın istifadə olunacağını planlaşdırmışdım. Çoxları buna inanmasa da, mən karaokenin bu qədər inkişaf edəcəyini düşünmürdüm".
1996-cı ildə İnoye haqqında Sinqapur televiziyasında geniş material efirə getdikdən sonra onu karaokenin yaradıcısı kimi tanımağa başladılar. 1999-cu ildə "Time" dərgisinin Asiya nəşrində "yüz ilin ən məşhur asiyalıları" siyahısında yer aldı.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Arxivlənmiş surət". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.