Karlis Ulmanis - Wikipedia
Karlis Ulmanis (latış. Kārlis Augusts Vilhelms Ulmanis; 4 sentyabr 1877[1][2][…] – 20 sentyabr 1942[2][3][…], Krasnovodsk[4]) — Latviyalı Siyasətçi və Dövlət Xadimi; Latviya Respublikasının 4-cü Prezidenti (11 aprel 1936 – 21 iyul 1940) olub.
Karlis Ulmanis | |
---|---|
latış. Kārlis Augusts Vilhelms Ulmanis | |
11 aprel 1936 – 21 iyul 1940 | |
Əvvəlki | Albert Kviesis |
Sonrakı | Anatoli Qorbunov (s.i.) |
Şəxsi məlumatlar | |
Doğum adı | Kārlis Augusts Vilhelms Ulmanis |
Doğum tarixi | 4 sentyabr 1877[1][2][…] |
Vəfat tarixi | 20 sentyabr 1942[2][3][…] (65 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKarlis Ulmanis 4 sentyabr 1877-ci ildə Latviya Respublikasının Berze kəndində kəndli ailəsində anadan olmuşdur. Ailədə üçüncü oğlan uşağı idi.
Siyasi fəaliyyəti
redaktə1918-ci ilin noyabrında Latviya istiqlaliyyətini elan edəndən sonra Karlis Ulmanis ölkənin ilk Baş naziri olur.
1886–1889-cu illərdə qəza məktəbində təhsil almışdır.
1940-cı ildə Sovet ordusu bu ölkəni tutarkən Ulmanis ölkənin 4-cü prezidenti idi. 20–22 il əvvəl həm Bolşevik ordusuna, həm Alman ordusuna, həm də ağqrvardiyaçılara qarşı əlində silah istiqlaliyyət uğrunda vuruşmuş, yaralanmış Ulmanis indi müqavimətin mənasız olduğunu görüb, müqavimətdən imtina edib, istefa verməyə razı olur.
Həyatının son illəri və vəfatı
redaktəLatviyanı SSRİ işğal etdikdən sonra, Karlis Ulmanis Stalin hökuməti tərəfindən Rusiyaya sürgün olunur. Bir müddət Bakıda Bayıl türməsində yatır, buradan Türkmənistana etap olunmuş və 20 sentyabr 1942-ci ildə həbsxanada vəfat etmişdir.
Onun məzarının dəqiq yeri bilinmir; ancaq Türkmənbaşı məzarlığında Ulmanisin xatirəsinə kiçik bir abidə inşa edilmişdir[5].
İdeologiya
redaktəUlmanis Latviya millətçisi idi. O, "Latviya latviyalılar üçün" şüarını müdafiə edirdi. Hansı ki, ona görə Latviya çoxmillətli dövlət yox, təkmillətli dövlət olmalı idi.
Xatirəsi
redaktə2001-ci ildə Latviya poçtu tərəfindən Karlis Ulmanisin xatirəsinə həsr olunmuş poçt markası buraxılmışdır[6].
İstinadlar
redaktə- ↑ 1 2 Karlis Ulmanis // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Kārlis Ulmanis // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Kārlis Ulmanis // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119079968 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "President visits Turkembashi's Christian Cemetery". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
- ↑ 2001 President Karlis Ulmanis Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. stampworld.com
Xarici keçidlər
redaktə- Biography Arxivləşdirilib 2004-01-08 at the Wayback Machine (latış.)
- Documents obtained and donated by Paul Berkay and transcribed by Sherri Goldberg and Margaret Kannensohn
- Kārlis Ulmanis, Latvian, and Baltic History Collection Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine at the University of Nebraska-Lincoln
- Biography by Edgars Dunsdorfs (latış.)