Katarina Vitt - Wikipedia
Katarina Vitt (alm. Katarina Witt; 3 dekabr 1965[1][2] və ya 1964[3], Ştaken[d], Qərbi Berlin) — dünya şöhrətli şərqialmaniyalı fiqurçu, film sənətçisi. Katarina Vitt, 1984-cü ildə Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarının və 1988-ci ildə Kalqaridə baş tutan XV Qış Olimpiya Oyunlarının çempionu olub. O, üç dəfə (1932, 1936, 1940) Olimpiya Oyunlarının qalibi olan Norveç nümayəndəsi Sonya Henidən sonra 2 dəfə Olimpiya Oyunlarının çempionu olmağı bacaran yeganə idmançıdır.
Katarina Vitt | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Katarina Witt | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Katarina Vitt | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | «sosializmın ən gözəl siması» | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 3 dekabr 1965[1][2] (59 yaş) və ya 1964[3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 166 sm. (5 ft 5 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 55 kq[4] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Yutta Müller (1977—1988) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Katarina Vitt 1984, 1985, 1987 və 1988-ci illərdə Dünya Çempionatının qızıl medalına sahib olub. 1983, 1984, 1985, 1986, 1987 və 1988-ci illərdə Avropa Çempionatının qalibi olan Katarina Vitt, 1981-ci ildən 1988-ci ilə qədər Şərqi Almaniya Çempionatının 8 dəfə çempionu olub və 1984-cü ildə Şərqi Almaniyada ilin qadın idmançısı seçilib. Karyerasını başa vurduğdan sonra film sahəsində çalışan Katarina Vitt, 1990-cı ildə nüfuzlu "Emmi" televiziya mükafatına layiq görülüb. 32 yaşında «Playboy» jurnalı üçün ehtiraslı pozlar verən Katarina Vitt, bir-sıra televiziya verilişlərinin aparıcısı olub.
Karyerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazanıb. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox Dünya və Avropa çempionu olan alman fiqurçudur.
80-cı illərin sonu, 90-cı illərin əvvəlində Birləşmiş Ştatların məşhur «Time» jurnalı Katarina Vitti, «sosializmın ən gözəl siması» (the most beautiful face of socialism) adlandırıb.
Həyatı
redaktəKatarina Vitt 1965-ci il dekabrın 3-də Şərqi Almaniyanın Berlin şəhərində anadan olub. Atası fermer, anası isə fizioterapevt olan Katarina Vitt, təhsilini Berlin şəhərindən uzaq məsafədə yerləşən Xemnits şəhərində idmanda istedadı olan uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəbdə alıb. Elə həmin şəhərdədə əfsanəvi məşqçi Yutta Müllerin rəhbərliyi altında idmanla məşğul olmağa başlayan Katarin Vitt, 1977-ci ildən yarışlara qatılmaqa başlayıb.
Karyerası
redaktəKaryerasının birinci illəri
redaktə13 yaşlı Katarina Vitt birinci yarışına 1979-cu ildə qatıldı. Şərqi Berlin şəhərinin ev sahibliyində baş tutan Şərqi Almaniya Çempionatında o, Dünya çempionu Anett Petçdən, habelə Karola Vaysenberqdən sonra üçüncü yeri tutdu və yarışın bürünc medalına sahib oldu. Medalçılar sırasında yer aldığı üçün Katarina Vitt, həmin ildə baş tutan Avropa Çempionatına qatılmaq hüququ qazandı. Yuta Müllerin 13 yaşlı yetirməsi Katarina Vitt üçün bu nailiyyətlər ciddi hesab olunurdu.
Yanvarın 30-dan fevralın 4-nə qədər Yuqoslaviyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatında Katarina Vitt, 29 idmançı sırasında 14-cü yeri tutdu. Katarina Vittin yığma yoldaşlarından Anett Petç Avropa çempionu oldu, Karola Vaysenberq isə 5-ci pillənin sahibi oldu. Beynəlxalq yarışda debüt edən 13 yaşlı Katarina Vitt, həmin ilin mart ayında Avstriyanın Vyana şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatına aparılmadı və Dünya birinciliyində debütünü növbəti ilə qədər təxirə salmalı oldu.
1980-ci ildə Katarina Vittin doğma şəhəri olan Xemnitsdə Şərqi Almaniya Çempionatı baş tutdu. Doğma tamaşaçılar qarşısında Katarina Vittin əsas rəqibi, elə həmşəhəlisi Anett Petç idi. Bir dəfə Dünya, üç dəfə isə Avropa çempionu olan Anett Petç, yarışın əsas favoriti idi və elə yarışında çempionu oldu. Ötən çempionatda bürünc medal qazanan Katarina Vitt isə, bu səfər gümüş medala sahib oldu.
Həmin ilin yanvar ayının 22-dən 27-nə qədər İsveçin Göteborq şəhərinin ev sahibliyində Avropa Çempionatı baş tutdu. Bir il əvvəl baş tutan Avropa Çempionatına qatılan Anett Petç, Karola Vaysenberq və Katarina Vitt, bu Avropa birinciliyindədə çıxış etdi. Anett Petç yenə çempionatın qalibi oldu, Karola Vaysenberq isə 7-ci pillənin sahibi oldu. Ötən yarışda 14-cü yeri tutan 14 yaşlı Katarina Vitt isə, bu səfər 12-ci pillədə qərarlaşdı.
Həmin ilin fevral ayında Birləşmiş Ştatların Leyq-Plesid şəhərində XIII Qış Olimpiya Oyunları baş tutdu. Şərqi Almaniya yığması həmin yarışda yalnızca bir idmançı təmsil edə bilərdi. Məşqçilərdə ən düzgün seçim olaraq, Anett Petçi seçdi. Anett Petçdə ümidləri doğrultdu və XIII Qış Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
1980-cı ilin sonuncu əsas yarışı mart ayının 11-dən 16-na qədər Qərbi Almaniyanın Dortmund şəhərində baş tutdu. Olimpiya çempionu Anett Petçin sonuncu yarışı olan Dünya Çempionatının qalibi, elə Anett Petçi oldu. Bu yarışdan sonra o, idmandan uzaqlaşdı. Həmin Dünya birinciliyində debüt edən 14 yaşlı Katarina Vitt isə 32 idmançı sırasında 10-cu pillənin sahibi oldu. Anett Petçin idman uzaqlaşmasından sonra gənc Katarina Vitt, yığmanın əsas idmançısına çevrildi.
Həmin il Katarina Vitt daha bir yarışda çıxış etdi. Yaponiyanın Sapporo şəhərinin ev sahibliyində baş tutan sayca II NHK Trophy yarışında o, İsveçrəli Denise Bilmanndan sonra 2-ci yeri tutdu və yarışın gümüş medalına sahib oldu.
1981-ci ildə Katarina Vitt üçüncü dəfə Şərqi Almaniya Çempionatında mübarizə apardı. Yenə doğma Xemnits şəhərində baş tutan çempionatda o, bu səfər bütün rəqiblərini geridə qoymaqı bacardı. Karyerası ərzində üçüncü dəfə qatıldığı Şərqi Almaniya Çempionatında 15 yaşlı Katarina Vitt, yarışın qızıl medalını qazandı.
Şərqi Almaniya çempionu olduğdan sonra o, Avstriyanın İnsburk şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Buna qədər həmin yarışlarda 14-cü və 12-ci yerləri tutan yığmanın əsas üzvü Katarina Vitt, bu səfərdə nəticəsini yaxşılaşdırdı və 5-ci pillədə qərarlaşdı. Həmin çempionatın qalibi isə İsveçrəli Denise Bilmann oldu.
Həmin ilin mart ayında Katarina Vitt daha bir ciddi yarışda çıxış etdi. Martın 3-dən 8-nə qədər Birləşmiş Ştatların Hartford şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında Katarina Vitt, bu səfər çempionluğa iddialı olsa da, gənc və bir qədər təcrübəsiz olması buna icazə vermədi. Bir il əvvəl baş tutan Dünya birinciliyində 10-cu pillənin sahibi olan Katarina Vitt, bu səfər nəticəsini dahada yaxşılaşdırdı və 5-ci yeri tutdu. Dünya çempionu adına isə İsveçrəli Denise Bilmann sahib oldu.
1982—1985-ci illər
redaktə1982-ci ildə Katarina Vitt Şərqi Almaniya Çempionatında mübarizə apardı. Yığmanın aparıcı üzvü olan Katarina Vitt, yenə bütün rəqiblərini geridə qoydu və Şərqi Almaniya Çempionatının qalibi oldu.
Bu yarışda sonra o, fevral ayının 2-dən 7-nə qədər Fransanın Lion şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Ötən Avropa Çempionatlarında 14-cü, 10-cu və 5-ci yerləri tutan Katarina Vitt, bu səfər yarışın medalını qazanmağı bacardı. 28 idmançının çıxış etdiyi yarışda o, Avstriya nümayəndəsi Klaudiya Kristofiç-Binder sonra 2-ci yeri tutdu və Avropa Çempionatının gümüş medalına sahib oldu. Bu gümüş medal 16 yaşlı Katarina Vittin qazandığı ən ciddi nailiyyət idi.
Həmin ilin mart ayında Katarina Vitt, Kopenhagen şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə apardı. O, üçüncü dəfə qatıldığı Dünya Çempionatında medal qazanmağı bacardı. 33 idmançının çıxış etdiyi yarışın sonunda Katarina Vitt, Dünya Çempionatının gümüş medalına sahib oldu. Birləşmiş Ştatlar nümayəndəsi Elayn Zayaq isə Dünya Çempionatının qalibi oldu. Bununlada Katarina Vitt, mövsüm ərzində Dünya və Avropa Çempionatlarının gümüş medallarını qazandı.
1984 Sarayevo Olimpiadası
redaktəKatarina Vitt 1984-cü ilin fevral ayında Yuqoslaviyanın Sarayevo şəhərinin ev sahibliyində baş tutan XIV Qış Olimpiya Oyunlarına qatıldı. 18 yaşlı Katarina Vitt, Şərqi Almaniya yığmasının Sarayevo Olimpiadasında təmsil edən yeganə qadın fiqurçu idi. Yarışdan əvvəl 2-ci dəfə Avropa Çempionatının qalibi olan Katarina Vitt və son Dünya Çempionatının qalibi olan Birləşmiş Ştatlar nümayəndəsi Rozalin Samners, Sarayevo Olimpiadasının əsas favoritləri hesab olunurdu.
Katarina Vitt, qısa proqramda italyan sənətçi Vittorio Montinin "Csardas" bəstəsinin sədaları altında çıxış etdi. Möhtəşəm bəstənin sədaları altında səhvsiz təqdim edən Katarina Vittin çıxış, münsiflər heyətinin dörd üzvü tərəfindən 5.9 balla, daha dörd üzvü tərəfindən 5.8 balla, bir üzv tərəfindən isə 5.6 balla qiymətləndirdi. Amma, Birləşmiş Ştatları təmsil edən münsifinin verdiyi 5.6 bal Katarina Vittin nəticəsinə təsir göstərmədi. O, 24 idmançı sırasında qısa proqramı birinci yerdə başa vurdu.
1985—1988-ci illər
redaktə1988 Kalqari Olimpiadası
redaktə1994-cü il idmana qayıdışı
redaktə1994 Lillehammer Olimpiadası
redaktəKompozisiyaları
redaktə
|
||
|
||
|
| |
|
Uğurları
redaktəKaryerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazandı. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox Dünya və Avropa çempionu olan alman fiqurçudur. O, həm də 8 dəfə Şərqi Almaniya Çempionatının qalibi oldu və bu göstəricidə yalnızca 10 dəfə həmin yarışın çempionu olan Qabriele Seyfertdən geri qalır.
- — — həmin ildə (illərdə) yarış baş tutmayıb.
- — — həmin ildə (illərdə) yarış baş tutub, amma qatılmayıb.
Olimpiya Oyunları | ||||||||||||||||
Dünya Çempionatı | ||||||||||||||||
Avropa Çempionatı | ||||||||||||||||
Skate Canada | ||||||||||||||||
NHK Trophy | ||||||||||||||||
Şərqi Almaniya Çempionatı | ||||||||||||||||
Almaniya Çempionatı |
Nəticələri
redaktə??.??.1979 | Şərqi Almaniya Çempionatı | Şərqi Berlin | ||||||
04.02.1979 | Avropa Çempionatı | Zaqreb | ||||||
??.??.1980 | Şərqi Almaniya Çempionatı | Xemnits | ||||||
27.01.1980 | Avropa Çempionatı | Göteborq | ||||||
16.03.1980 | Dünya Çempionatı | Dortmund | ||||||
NHK Trophy | ||||||||
??.??.1981 | Şərqi Almaniya Çempionatı | Xemnits | ||||||
08.02.1981 | Avropa Çempionatı | İnsbruk | ||||||
08.03.1981 | Dünya Çempionatı | Hartford | ||||||
??.??.1982 | Şərqi Almaniya Çempionatı | Xemnits | ||||||
07.02.1982 | Avropa Çempionatı | Lion | ||||||
14.03.1982 | Dünya Çempionatı | Kopenhagen | ||||||
NHK Trophy | ||||||||
??.??.1983 | Şərqi Almaniya Çempionatı | Şərqi Berlin | ||||||
06.06.1983 | Avropa Çempionatı | Dortmund | ||||||
13.03.1983 | Dünya Çempionatı | Helsinki | ||||||
Skate Canada | ||||||||
??.??.1984 | Şərqi Almaniya Çempionatı | Xemnits | ||||||
??.??.1984 | Avropa Çempionatı | Budapeşt | ||||||
18.02.1984 | Olimpiya Oyunları | Sarayevo | ||||||
25.03.1984 | Dünya Çempionatı | Ottava | ||||||
??.??.1985 | Şərqi Almaniya Çempionatı | Şərqi Berlin | ||||||
10.02.1985 | Avropa Çempionatı | Göteborq | ||||||
10.03.1985 | Dünya Çempionatı | Tokio | ||||||
??.??.1986 | Şərqi Almaniya Çempionatı | Xemnits | ||||||
02.02.1986 | Avropa Çempionatı | Kopenhagen | ||||||
23.03.1986 | Dünya Çempionatı | Cenevrə | ||||||
NHK Trophy | ||||||||
??.??.1987 | Şərqi Almaniya Çempionatı | Şərqi Berlin | ||||||
??.??.1987 | Avropa Çempionatı | Sarayevo | ||||||
15.03.1987 | Dünya Çempionatı | Sinsinnati | ||||||
NHK Trophy | ||||||||
??.??.1988 | Şərqi Almaniya Çempionatı | Xemnits | ||||||
17.01.1988 | Avropa Çempionatı | Praqa | ||||||
28.02.1988 | Olimpiya Oyunları | Kalqari | ||||||
27.03.1988 | Dünya Çempionatı | Budapeşt |
Həmçinin bax
redaktəMənbələr
redaktə
|
Ədəbiyyatlar
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Katarina Witt // filmportal.de. 2005.
- ↑ 1 2 Katarina Witt // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Witt, Katharina // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Olympedia (ing.). 2006.