Kateqoriya - Wikipedia
Kateqoriya - Wikipedia - Haqqında Məlumat
Kateqoriya (yun. kategoria) — fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə
1)obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum;
2)dərəcə, qrup;
3)fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış;
4)dilçilikdə yekcins qrammatik mənaların məcmusu;
5)işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri;
6)fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar;
7)reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8)hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi.
- Fəlsəfədə:
- Kateqoriya ( fəlsəfə) — obyektiv fikir bildirmə prinsipləri; reallıq və təfəkkür məsələlərinə dair ümumi və əsas anlayışlar ;
- Riyaziyyatda:
- Pedaqogikada :
- Pedaqogika kateqoriyaları — pedaqoji elmin əsasını təşkil edən əsas prinsiplər
- Linqvistikada :
- terminal kateqoriya, leksik kateqoriya — ingiliscə (lexical category) — nitq hissəsi kimi ;
- söz kateqoriyası — terminal kateqoriya ilə tipi ilə ayrılan tərkib hissə ;
- qrammatil kateqoruiya — qrammatik mənaların əksliklərinin qapalı sistemi ;
- "qrup", "dərəcə", "çoxluq", "cəm", "koqorta", "seçim" mənalarında :
- Vikipediya kateqoriyaları — Vikipediya internet ensiklopediyasında məqalələrin hansısa əlamətlər üzrə sistemləşdirilməsi və qruplaşdırılması mexanizmi.
Ədəbiyyat
redaktə- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kateqoriya sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |