Kolizey - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır.
Kolizey Abidəsi | |
---|---|
Amphitheatrum Novum Amphitheatrum Flavium Colosseum | |
41°53′25″ şm. e. 12°29′32″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Sifarişçi | Vespasian, Tit |
Tikilmə tarixi | 72-80 |
Üslubu | Qədim Roma memarlığı |
Hündürlüyü | 48 m |
Uzunluğu |
|
Eni | 155 m |
Sahəsi | |
Material | Tuf, beton |
Vəziyyəti | açıq səma altında muzey |
Rəsmi sayt | il-colosseo.it |
Rəsmi adı: Historic Centre of Rome, the Properties of the Holy See in that City Enjoying Extraterritorial Rights and San Paolo Fuori le Mura | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1980 |
İstinad nöm. | 91 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.
Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenidən bərpa edilmişdir. 405-ci ildən qladiator döyüşləri ləğv edilsə də vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilməkdə davam edirdi.
Orta əsrlər
redaktəVarvarların hücumlarından sonra tikilii dağıdılmağa başlanır. XI əsrdən 1132-ci ilədək adlı-sanlı romalılar üçün qala funksiyası daşımışdır. 1332-ci ildə burada öküz döyüşləri keçirilirmiş. Bu vaxtdan etibarən onun dağıdılması davam etdirilir. Onun daşlarından tikinti materialı mənbəyi kimi, digər tikililərin inşasında istifadə edilmişdir. Papa II Pavel Venesiya sarayının tikintisi üçün daşları məhz buradan götürmüşdür. Amfiteatrda V–IX əsrlərdə kustar fabriklər də fəaliyyət göstərmişdir.
XX–XXI əsrlərdə
redaktəHal-hazırda Kolizey İtaliya hökuməti tərəfindən böyük diqqətlə qorunur. Alim arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülmüşdür. Hazırda Kolizey Romanın ən parlaq simvolu olub ən məşhur turist obyekti sayılır. 7 iyul 2007-ci ildən dünyanın 7 yeni möcüzəsindən biri sayılır.
Konstruksiyası
redaktəKolizey nəinki memarlıq baxımdan, həm də mahiyyət baxımından böyük ustalıqla inşa edilmiş bir tikilidir.
Giriş sistemi
redaktəTamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan dördü xüsusi olaraq imperator, mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdur. Tikilinin giriş, pilləkan və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunmaqdadır. Bu texniki imkan 15 dəqiqə ərzində arenanın dolmasını və 5 dəqiqə ərzində boşalmasını təmin edir. Bu sistemə latın dilində vomitoria (tərc. qusmaq, qaytarmaq) deyilir.
Oturacaq sistemi
redaktəBugünkü hesablamalara görə Kolizey rahat 50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları (lat. virgo vestalis) üçün nəzərdə tutulmuş, eyni zamanda Pulvinar adlandırılan imperator lojası daha hündürdə yerləşirdi. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus maeniana yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu.
Arena
redaktəKolizey ellips formasına malik olub, eni 156 m, uzunluğu 188 m, çevrəsi 527 m, hündürlüyü 48 m-dir. Üstü xüsusi tent vasitəsilə günəş şüalarından qorunmaq üçün örtülürmüş. Döşəməsi taxtadan olub altında 7 m dərinliyində zirzəmi yerləşmişdir. Burada əsasən vəhşi heyvanların qəfəsləri yerləşirmiş.
Kolizey qədimdən Romanın əzəmət simvolu olmuşdur. VIII əsr səlnamələrində belə bir ifadə mövcuddur ki, "Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq".
Qalereya
redaktə-
Qladiator döyüşü
-
"Kristian Martirin son ibadəti", Jan-Leon Jerom, (1883)
-
Kolizey 1832-ci il, rəssam Tomas Koul
İstinadlar
redaktəMənbələr
redaktə- Falk Spirallo Reiseführer Rom, Auflage 2007
- Rom, DuMont Reiseverlag, Auflage 2006
- ARD.de (alm.)