Amfiteatr - Wikipedia
Amfiteatr (yun. άμφιϑέατρον) — Qədim Romada kütləvi tamaşa üçün nəzərdə tutulmuş monumental tikili. Adətən örtüksüz, ellipsvarı planda inşa edilən amfiteatrların ortasında - mərkəzində divarla əhatələnmiş arena - səhnə olurdu. Onun ətrafında isə tamaşaçılar üçün nəzərdə tutulan və tədricən maili yüksələn, pillə-pillə qalxan oturacaq yerləri var idi. Konstruksiyanın əsasını mürəkkəb tağ və sütun sistemi təşkil edirdi. Tağ və sütunların arasında tağtavanlı qalereyalar və pilləkənlər, arenanın alt hissəsində isə vəhşi heyvanlar üçün qəfəslər və səhnə maşınları yerləşirdi. Qədim Romada amfiteatrlar qladiatorların, vəhşi heyvanların döyüşləri, teatrvarı tamaşalar üçün inşa edilib. Qədim Roma şəhərlərinin, həmçinin Yunanıstan, Türkiyə və s. ölkələrin ərazisində qismən mühafizə olunmuş amfiteatrlar dövrümüzədək qalıb. İtaliyanın Pompey şəhərindəki amfiteatr (e.ə. 80-ci illər) ən qədim memarlıq abidəsi kimi dövrümüzədək qorunub saxlanılıb. Diqqəti daha çox cəlb edən Romadakı Kolizey və Afinadakı Dionis teatrı klassik amfiteatr nümunələridir. Müasirlik baxımından Londondakı “Albert holl”, Nyu-Yorkdakı “Medison-skver-Qarden” kimi amfiteatr tipli tikililərdə konsert, teatr tamaşaları verilir, stadionlarda isə idman yarışları təşkil olunur. 20-ci əsrin 2-ci yarısından üstüörtülü stadionların tikilməsinə üstünlük verilib.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəQalereya
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 439–440. ISBN 978-9952-441-02-4.