Kompas - Wikipedia
Kompas (it. com-passo — qövs yolu; XX əsrin əvvəllərinə aid mənbələrdə qiblənüma, az.-əski. قبله نما)[1] — fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazıdır. XI əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi.
Tarixi
redaktəHərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasıdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3–2-ci əsrlərdə Çində icad edilmişdir. İlk kompas qayıqvari maqnitdən ibarət idi. "Qayığın" bir ucu kürəyə, bir ucu isə oxa bənzəyirdi. 11-ci əsrdə isə Çində balıqvari kompas icad edildi. "Balıq" sərbəst şəkildə üzür və başı ilə istiqaməti göstərirdi. Bu əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi.
XII əsrin əvvəllərində Çin kompası Ərəbistana, XIII əsrin əvvəllərində isə Avropaya keçdi. Avropada isə Çin kompasından ilk istifadə edənlər italyanlar oldular. İtalyanlardan sonra Avropadakı başqa xalqlar da kompasdan istifadə etməyə başladılar.XVI əsrin əvvəllərində italiyalı Flavio Coyya kompası təkmilləşdirdi. Coyya maqnitləşdirilmiş əqrəbi bir iynənin ucuna qoyaraq kağız dairənin mərkəzində yerləşdirdi, sonra da bu kağız dairəni 16 hissəyə, yəni, 16 rumba böldü (yeri gəlmişkən deyək ki, yunan dilində "rhombos" "dairəvi hərəkət" deməkdir). Sonrakı illərdə rumbların sayı 16-dan 32-yə çatdırıldı. Bu sadə ixtira dənizçiliyin inkişafında çox böyük rol oynadı. Artıq dənizçilər uzaq və təhlükəli səfərlərə qorxmadan çıxmağa başladılar.
Sonralar kompas müxtəlif alimlər tərəfindən daha da təkmilləşdirildi. Bu gün istifadə etdiyimiz kompası isə ilk dəfə 1483-cü ildə portuqaliyalı Pyer Qarsia Ferdinand icad etdi. Maqnit kompaslarından başqa, ən çox istifadə edilən kompaslar isə hiroskopik və elektron kompaslardır.
- ↑ https://obastan.com/Q%C4%B0BL%C6%8FN%C3%9CMA/25753/ Arxivləşdirilib 2023-07-14 at the Wayback Machine Obastan Qiblənüma. Kompas