Krim Xalq Respublikasi - Wikipedia
Krım Xalq Respublikası, 1917-ci il Rusiya inqilabından (Oktyabr çevrilişi) sonra, Krım Tatar Milli Qurultayının 26 dekabr 1917-ci ildə elan etdiyi dövlət, tarixdə ilk türk-müsəlman respublikadır. 23 fevral 1918-ci ilədək Krım yarımadasında mövcud olmuşdur. Paytaxtı Bağçasaray olmuşdur.
Tarixi dövlət | |||||
Krım Xalq Respublikası | |||||
---|---|---|---|---|---|
Qırım Halq Cumhuriyeti | |||||
|
|||||
Dövlət himni, Ant etkenmen | |||||
|
|||||
Paytaxt | Bağçasaray | ||||
Dilləri | rus dili, Krımtatar dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | Dünyəvi dövlət | ||||
Ərazisi | 26.860 km2 | ||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika, parlamentli respublika | ||||
Prezident | |||||
• 1917-1918 | Noman Çələbi Cihan | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Qurulması
redaktəKrım Xalq Respublikası qurulmazdan əvvəl Krım Rusiya İmperiyasındakı Tavrida Quberniyanın bir hissəsi idi.
7 aprel 1917-ci ildə Ağməsciddə (Simferopol) Bütün Krım Müsəlmanları Qurultayı keçirildi. Bu yığıncağa Krımın müxtəlif yerlərindən 1500-dən çox adam qatılmışdır. Yığıncaqda "Vətən" cəmiyyətindən Səyidcəlil Xəttatov, Həsən Səbri Ayvazov kimi millətçilər aktiv iştirak etmişdilər. Yığıncaqda Krım Müsəlmanları Mərkəzi İcra Komitəsi yaradıldı. Noman Çələbi Cihan komitənin başçısı və Krım müftisi seçilmiş, Cəfər Seyidamət isə Rusiya Hökumətinin əlində olan Vəqf Komissiyanının başçısı seçilmişdir. İkisi də o zaman Krımda deyildi, döyüşlərdə iştirak edirdilər. Bu vaxtlarda bütün Krımlıların tərəfindən "Krım Krımlılarındır!" şüarı səslənirdi. 1917-ci ilin oktyabrında keçirilən Qurultaya 76 millət vəkili qatılmışdır. Bu millət vəkillərindən 24-ü Yaltadan, 19-u Ağməsciddən, 16-sı Kefedən (Feodosiya), 11-i Kezlevdən (Evpatoriya) və 6-sı Or Qapıdan gəlmişdir. Millət vəkillərinin aralarında dörd qadın vardır. Krım Xalq Respublikası, Krım tatarlarının təşkil etdikləri qurultayın cəhdləri ilə qurulmuş olsa da yarımadada yaşayan bütün etnik qrupların bərabərliyinə söykənmişdi. O dövrdə əhalinin əksəriyyəti ruslardan ibarət idi (42%). Ruslardan başqa yarımadada ukraynalılar (11%), ermənilər və yunanlar da yaşayırdı.
Qurultay
redaktəBirinci Krım-tatar qurultayının açılışı dekabrın 9-da Bağçasaraydakı Krım xan sarayında oldu.
Uzun sürən müzakirələrdən sonra dekabrın 26-da Qurultay Krım Konstitusiyasını qəbul etdi. Ən vacib maddələr:
- Maddə 1 Qurultay hər bir xalqın öz iradəsinin milli qayəsini idarə etdiyini qəbul edir.
- Maddə 4 Məclis-i Məbusanın iclaslarının çağırılma vaxtını parlamentin özü müəyyənləşdirir. Parlamentin növbədənkənar iclasları məclis üzvlərinin üçdə birinin tələbi ilə rəyasət heyəti vasitəsilə çağırılır.
Qurultay Məclis-i Məbusanın (Parlament) qurulması ilə bağlı qərar verir. Parlamentə seçkilər hər üç ildə bir keçiriləcək. Parlamentə keçirilcək seçkinin xüsusiyyətləri:
−20 yaşına çatmış qadınlar və kişilər seçkidə iştirak etmək hüququ verilir.
-Gizli rəy
-Açıq seçki
- Maddə 7 Qanunverici, icra orqanlarının və məhkəmənin tam azadlığını və müstəqilliyini tanıyan Qurultay, milli özünüidarəetmə idarələrinin hər biri öz şöbəsi daxilində tamamilə azad və müstəqil olduğunu düşünür.
- Maddə 17 Qurultay Krımda əhaliyə verilən mirzəlik, bəylik, çelebilik, meşçanlıq kimi adları və onların imtiyazlarını ləğv edir.[4]
Qurultay bunların yalnız demokratik bir dövlətdə mümkün olacağını vurğuladı və Krım Xalq Respublikasını elan etdi.
Dövlət atributları və ordu
redaktəKrım xanlarının "taraq damğalı" bayrağı Respublikanın bayrağı oldu. Noman Çələbi Cihanın "Ant etkenmen" şeiri respublikanın himni oldu.
Krım Xalq Respublikasının ordusunu Rusiya İmperator ordusunun tərkibində xidmət edən Krım Süvari alayı və Krım Tatar piyada əsgərləri təşkil edirdi.
Hökumət
redaktəDekabrın 28-də Qurultay Respublika Hökumətini yaratdı. Höümət üzvləri bunlardır:
- Baş Nazir və Ədliyyə naziri — Noman Çələbi Cihan
- Xarici İşlər və Müdafiə naziri — Cəfər Seyidəhməd Krımər
- Maarif naziri — Əhməd Özənbaşlı
- Maliyyə və Vəqf naziri — Səyidcəlil Xəttatov
- Dini İşlər naziri — Əhməd Şükrü
Krım Xalq Respublikasının xadimləri
Süqutu
redaktəUkrayna, qurultaya təbrik məktubunu göndərmişdir. Rusiyanın Bolşevik Hökuməti isə Krım Tatar Qurultayını və Hökumətini tanımamışdır.
Rusiyada artıq kommunist rejimi başlamışdır. Qiyam Komitəsi Qara dənizdə olan Qara dəniz Donanmasını Aqyardan Kezlev, Yalta, Kefe, Kerç və digər şəhərlərə göndərib Respublika ilə müharibəyə başladı.[5] 16 yanvardan fevralın sonuna qədər Akyar və Bağçasaray yaxınlığında döyüşlər oldu. Süyren kəndinin yaxınlığında 40 minlik bolşevik ordusu ilə döyüşə girən 3 minlik Respublika ordusu məğrubiyyətə uğradı. Bunun ardından Krımı zəbt edən Bolşevikler Respublikanı yıxdıqlarını elan etdilər. Krım Xalq Respublikası Hökumətinin başçısı Noman Çələbi Cihan Aqyarda 23 fevral 1918-ci ildə edam edildi. Beləcə tarixdəki ilk Krım Tatar Respublikası yox edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Gutterman, Steve. "Putin signs Crimea treaty, will not seize other Ukraine regions". Reuters.com. 18 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 March 2014.
- ↑ Ukraine crisis timeline Arxivləşdirilib 2014-06-03 at the Wayback Machine, BBC News
- ↑ UN General Assembly adopts resolution affirming Ukraine's territorial integrity Arxivləşdirilib 2018-03-04 at the Wayback Machine, China Central Television (28 March 2014)
- ↑ "Krım Xalq Respublikasının Konstitusiyası" (rus. ). ru.wikisource.org. 18 aprel 2020 tarixində arxivləşdirilib.
- ↑ "KURULTAY AND CENTRAL COUNCIL" (ing. ). crimeanews.tripod.com. 18 aprel 2020 tarixində arxivləşdirilib.