Kristalloqrafiya - Wikipedia
Kristalloqrafiya — kristallar və kristallik maddə haqqında elm. Həndəsi, fiziki və kimyəvi kristalloqrafiyaya bölünür. Həndəsi kristalloqrafiya simmetriya və kristallik cisimlərin formaları, fəza qəfəsləri quruluşların həndəsi qanunları haqqında təlimləri birləşdirir. Fiziki kristalloqrafiya kristalların fiziki xassələrini tədqiq edir və kristalların rentgenometriyası və optikası kimi müstəqil sahələrə ayrılır. Kimyəvi kristalloqrafiya kristallik cismlərin kimyəvi quruluşunun kompleks məsələlərini tədqiq edir. Kristalların forma və həndəsi quruluşunun, onların fiziki xassələri və kimyəvi tərkibi ilə əlaqədar məsələlər kristalloqrafiya müstəqil sahəsi olan kristallokimyanın tədqiqat obyektidir.
Kristalloqrafiya mineralogiyanın bir qoludur, mineralların forma və daxili quruluşlarını araşdırır. X-şüaları ilə həyata keçirilən quruluş tədqiqatlarında, atom və ya molekulların üç ölçülü tənzimlənməsi araşdırılır. Mineral kristallarında fiziki-kimyəvi olaraq atom və molekulları müəyyən bir qaydada olurlar.
Amorf (formasız) kristallarda və ya minerallarda, atomlar və ya molekullar ixtiyari bir sıralanma nümayiş etdirirlər. Minerallar formalaşma zamanı möhkəmlənirlər, həmçinin uyğun şəraitdə nizamlı və hamar səthlərə malik həndəsi formalara malik olurlar.
"Kristal" termini ilə normal daxili quruluşa malik olan, hamar xarici səthlərə sahib olub-olmamasından asılı olmayaraq bütün bərk maddələr başa düşülür. Xarici səthlər dəyişsə belə, daxili quruluş və əsas xüsusiyyətləri dəyişmir və xüsusən fiziki xüsusiyyətləri daxili quruluşun bir funksiyası olaraq xaricdə əks olunur. Fizika, kimya, metallurgiya və keramika ilə əlaqəli bir çox problemin həllində kristalloqrafiya mühüm rol oynayır.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.