Kyusu Ada - Wikipedia
Kyuşu[1] (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir.
Kyuşu adası | |
---|---|
yap. 九州 | |
Ümumi məlumatlar | |
Sahəsi | 40600 km² |
Hündür nöqtəsi | 1788 m |
Əhalisi | 12.000.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
32°00′00″ şm. e. 131°00′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir.
Coğrafiyası
redaktəKyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur.
Qərbi istisna olmaqla sahilləri parçalıdır. Ərazisi əsasən dağlıqdır. Düzənliklər yalnız qərb və şimal-qərb hissələrində yerləşir. Şimal-qərbdə elə də yüksək olmayan təpəliklər yerləşir. Cənub-şərqdə isə ərazilər orta dağlıqdır. Ən hündür zirvəsi Kucyudur. Adada Yaponiyanın fəaliyyətdə olan vulkanı Аso (1592 m) yerləşir. Aktiv vulkanlara malikdir. Ada daş kömürlə zəngindir. Ada seysmik baxımında aktiv zonada yerləşir.
İqlimi subtropik, mussondur. İl ərzində 3000 mm yağıntı düşür (maksimum — yay). Yanvar ayının orta aylıq temperaturu dağlarda 0°S, digər ərazilərdə isə 10°S təşkil edir. İyul ayının temperaturu isə dağlarda 15°S, sahil ərazilərində isə 26°S təşkil edir. Qış mussonları dönəmində tez-tez Tayfunlar baş verir. Adanın sahillərindən iki isti cərəyan keçir (Kurosio cərəyanı və Tsuşima cərəyanı).
Çayları qısa ancaq gursuludur. Hidroenerji baxımından zəngindir. Ərazisi bitki örtüyü ilə zəngindir. Burada Kameliya, Maqnoliya, Şam ağacı, Kriptomeriya kimi bitkilərə rast gəlmək olar. Yüksəkliklərə doğru kol bitkiləri üstünlük təşkil edir. Cənub hissələrində yerləşən musson meşələrində Palma və Qıjıkimilər kimi bitkilər yayılmışdır.
Demoqrafiya
redaktəAdanın əhalisi 12 000 000 nəfər (2010) təşkil edir[2]. Hər km² əraziyə — 295,6 nəfər düşür. Ən böyük şəhəri Fukuokadır. Şəhərdə 1,4 milyondan çox insan yaşayır. Bu şəhər adanın istər iqtisadi istərsə də inzibati cəhətdən mərkəzidir. Yarım milyondan çox əhaliyə malik olan Kumamoto və Kaqoşima kimi şəhərlərə malikdir. Əsas mədəni mərkəzləri Naqasaki, Hirado və Oita şəhərləridir
İnzibati bölgü
redaktəKyuşu adası inzibati cəhətdən 7 prefekturaya bölünür:
Ada eyni adlı Kyuşu regionuna daxildir[3].
İqtisadiyyat
redaktəİqtisadiyyatın böyük hissəsi adanın şimalında cəmləşmişdir. Cənub hissəsində isə kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etmişdir. Cənubda düyü, tütün, batat yetişdirilir. Maldarlıq və donuzçuluq inkişaf etdirilmişdir.
İstinadlar
redaktə- ↑ А. П. Горкин. География. — М.: Росмэн-Пресс, 2006. — 624 с. — (Современная иллюстрированная энциклопедия). — 10 000 экз. — ISBN 5-353-02443-5.
- ↑ "Grads landing jobs near all-time low". The Japan Times. May 22, 2010. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2010.
- ↑ Nussbaum, "Dazaifu" in Google books; Dazaifu Arxivləşdirilib 2022-08-26 at the Wayback Machine