Lesoto - Wikipedia
Lesoto (soto. Lesotho; ing. Lesotho) və ya rəsmi adı ilə Lesoto Krallığı (soto. 'Muso oa Lesotho; ing. Kingdom of Lesotho) — Afrikanın cənubunda anklav dövlət. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Maseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də Vatikan və San-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir.
Lesoto | |||||
---|---|---|---|---|---|
soto Muso oa Lesotho ing. Kingdom of Lesotho | |||||
| |||||
Khotso, Pula, Nala | |||||
Himn: Lesotho Fatse La Bontata Rona |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Maseru(267 min nəfər,2014-cü il) | ||||
İdarəetmə forması | Konsitutsiyalı monarxiya | ||||
kral | III Letsie [ 7.II.1996 ] | ||||
baş nazir | Moeketsi Majoro [ 20.V.2020 ] | ||||
Sahəsi | Dünyada 142-ci | ||||
• Ümumi | 30355 km² | ||||
Əhalisi | |||||
• Əhali | 2 120 min nəfər (144-cü) | ||||
• Siyahıyaalma (9.IV.2006) | 1 876 633 nəf. | ||||
• Sıxlıq | 69 nəf./km² | ||||
• Ümumi | 2.373.416.269 $[1], 2.553.459.763 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 4 265 mln. dollar (147-ci) | ||||
• Adambaşına | 2200 dollar (192-ci) | ||||
Valyuta | Cənubi Afrika randı | ||||
İnternet domeni | .ls | ||||
ISO kodu | LS | ||||
BOK kodu | LES | ||||
Telefon kodu | +266 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəSoto (suta) milləti etnonimindən yaranıb, soto dilində danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi
Tarixi
redaktə1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olmuşdur. Basutoland adlandırılan bu ərazi 1965-ci ildə isə daxili özünüidarəni əldə edir. 1966-cı ildə müstəqillik əldə etmişdir, o vaxtdan ölkədə müntəzəm olaraq hərbi çevrilişlər baş verir. 1970-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyət hərbçilərin əlinə keçir. 1993-cü ildə hərbi rejim ölkəyə rəhbərliyi öz üzərindən atır. Ölkədə cəmi bir dəfə - 2002-ci ildə insidentsiz seçki keçirilib.
Dövlət quruluşu
redaktəDövlət quruluşu konstitusiyalı monarxiyadır.
Coğrafiyası
redaktəSahəsi 30 000 km²-dir. Cənubi Afrikada yerləşir. Paytaxtı Maseru şəhəridir. Lesotho Afrika qitəsində yerləşən kiçik ölkələrdən biridir. Ölkə sahəsinə görə 54 Afrika ölkəsi içində 42-ci yerdədir. Dünyada San Marino və Vatikan kimi hər tərəfdən ancaq bir ölkə ilə həmsərhəd olan Lesotho, qonşusu Cənubi Afrika Respublikası ilə 909 km-lik sərhədə malikdir. Bu xüsusiyyəti ilə dənizə də çıxışı olmayan ölkə torpaqlarının böyük hissəsinin yüksəklikdə yerləşdiyi üçün Səmadakı krallıq ( The Kingdom in the Sky ) olaraq da adlandırılmaqdadır.
Relyef
redaktəÖlkənin ərazisi şərqdən və cənubdan Əjdaha dağları ilə əhatə olunumuş Basuto yaylasında yerləşir.
Əhalisi
redaktəLesotho Afrikada olan müstəqil ölkələr içində əhalinin şəxsiyyət , mədəni və ənənə baxımından bir-birinə yaxın olduğu çox az ölkələrdən biridir. Ölkədə yaşayan iki milyona yaxın əhalinin 99% nisbətində özünü Bantu etnik qrupunun cənub qrupu üzvü olan Basutho etnik qrupuna üzvdür. Bundan başqa çox az da olsa Zulu, Xhosa etnik qrupları, Avropalılar və Asiyalılar yaşamaqdadır.
Ölkə əhalisi gənclərdən ibarət olub, 2013-cu ilin təxmini məlumatlarına görə 53,3%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız5,4%-i 65 yaş və yuxarıdır.
0-14 yaş: 33.1% (kişi 322,189 / qadın 319,618)
15 -24 Yaş: 20.2% (kişi 185,931 / qadın 205,643)
25 -54 Yaş: 36.3% (kişi 344,120 / qadın 359,370)
55 -64 Yaş: 4.9% (kişi 50,781 / qadın 44,399)
65 Yaş və yuxarı: 5.4% (kişi 52,241 / qadın 51,889)
Dil
redaktəÖlkənin Sesotho və İngilis olmaqla iki rəsmi dili var. Ölkə əhalisinin 99%-i Sesotho dilini ana dili olaraq qəbul etdiyi halda, İngilis dili Birləşmiş Krallıq müstəmləkə dövründən qalan bir miras olaraq rəsmi dilə əlavə edilmişdir. Bu iki dilidən başqa çox az da olsa bəzi yerlərdə Dinka, Xhosaca və Sephuthi dilində danışırlar.
Din
redaktəLesotho əhalisinin 90%-lik çox böyük bir hissəsi xristian dininə görə həyatını yaşayır. Xristian dininə mənsub icmaların yarısına yaxını katolik məzhəbinə, 40% -i protestant məzhəbinə görə dini tələblərini yerinə yetirərkən, 10%-i isə yerli Afrika hristiyanlığına inanır. Ölkədə geri qalan 10% əhali isə Afrika təbiət dinlərinə inanmaqda olub, çox az adam isə islama və hinduizmə inanır.