Lhotze - Wikipedia
Lhotze, Lhodze, Lhose[2] (nep. ल्होत्से, çin. 洛子峰) (8516 m) — Himalayda dağ. Səkkizminliklər siyahısında dördüncü hündür zirvə. Lhotze Çin (Tibet Muxtar Vilayəti) və Nepalın sərhhədində yerləşir. Dağ Mahalanqur-Himal (Nepal) silsiləsinə və Saqarmatha Milli parkının (Nepal) ərazisinə aiddir.
Lhotze | |
---|---|
tib. lho rtse, çin. 洛子峰 | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Himalay |
Dağ silsiləsi | Maxalanqur-Himal |
Mütləq hündürlüyü | 8516[1] |
Nisbi hündürlüyü | 610 m |
İlk fəthi | 18 may 1956-cı il (Frits Luçsinger, Ernst Rayss. İsveçrə) |
Yerləşməsi | |
27°57′42″ şm. e. 86°56′00″ ş. u.HGYO | |
Ölkələr | |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəLhotze dağı Mahalanqur-Qimal silsiləsində, Nepal və Çinin sərhəddində yerləşir. Lhotze Everestdən 3 km cənubdadır və onları Cənub Aşırımı (7906 m) ayırır. Cənub aşırımından əsas zirvəyə qədər olan hündürlük 610 metrdir.
Lhotze üç uclu piramida formasında olub cənub, şərq və qərb (bəzən şimal-qərb) divarlarına bölünür. Əsas Lhotze (8515 m) zirvəsi ilə yanaşı şərq hissədə əlavə iki zirvə: hündürlüyü 8000 metrdən yüksək olan, müstəqil və alpinistlər üçün daha cəlbedici olan Orta Lhotze (8414 m) və Lhotze-Şar (8383 m) ayrılmışdır.[3] 2001-ci ilə qədər Orta Lhotze hündürlüyü 8000 metrdən yüksək fəth olunmayan dağ kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[4]
Fətf olunma tarixi
redaktəƏsas Lhotze zirvəsini 18 may 1956-cı ildə isveçrəli alpinistlər Frits Luçsinger və Ernest Rayss fəth etmişdir. Onlar 1956-cı ildə Everestə təşkil olunmuş İsveçrə ekspedisiyasının (ing. Schweizerische Mount Everest-Expedition 1956) tərkibində olmuş və zirvəyə Qərb divarı üzrə dırmaşmışlar (klassik marşrut).[5][6] Lhotze-Şar zirvəsinə isə 12 may 1970-ci ildə avstriyalı Zepp Meyerel və Valter Rolf qalxmışdır.[6]
Uzun sürən cəhtlərdən sonra 23 may 2001-ci ildə Orta Lhotze zirvəsi də fəth edildi. V. Kozlov və N. Çernovoun rəhbərlik etdiyi Rusiya ekspdisiyanın üzvləri olan Yevgeni Vinoqradski, Sergey Timofeyev, Aleksey Bolotov və Pyotr Kuznesov ilk dəfə olaraq zirvəyə dırmaşmışlar.[6] Y. Vinoqradski və S. Timofeyev massivin hər üç zirvəsini fəth etmiş yeganə alpinist kimi tarixə düşdülər.[7]
Marşrutlar və önəmli naliyyətlər
redaktə2016-cı ilə qədər Lhotzeyə digər səkkizminliklərlə müqayisədə ən az: Əsas Lhotzeyə üç, Lhotze-Şara iki, Orta Lhotzeyə bir marşrut mövcud idi.[8]
31 dekabr 1988-ci ildə ilk dəfə və hələki yeganə qış dırmanışı baş tutdu. Klassik marşrutla polşalı alpinist Kşiştof Velikiy bunu bacarmışdır.[9]
1990-cı ilin oktyabrında A. Şevçenkonun rəhbərlik etdiyi sovet ekspedisiyası Lhotze zirvəsinə yeni marşrut üzrə, Cənub divarı üzrə dırmaşmağa qərar verdi. Tanınmış alpinist Raynhold Messner bu yeri "XXI əsrin divarı" adlandırmış. Göstərilən marşrut üzrə Serqey Berşov və Vladimir Karataev zirvəyə yetişmişlər.
22 may 2019-cu ildə ilk azərbaycanli İsrafil Aşurlı Lhotze zirvəsinə klassik marşrutla qalxıb və zirvədə Azərbaycan Respulikasının bayrağını qaldırdı.
Ədəbiyyat
redaktəXarici keçidlər
redaktə- "Lhotse". Interactive Outdoors. 2010-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-27.
- Копейка Г.В. "Маршрут ХХІ века". Харьковский Альпклуб. İstifadə tarixi: 2016-02-27.
İstinadlar
redaktə- ↑ "Peakbagger.com". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "Топокарты Генштаба". 2017-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "Lhotse". SummitPost.org. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-26.
- ↑ Захаров П.П., Мартынов А.И., Жемчужников Ю. А. Альпинизм. Энциклопедический словарь.. — Москва: ТВТ Дивизион, 2006. — С. 70. — 744 с. — ISBN 5-98724-030-1.
- ↑ "Expedition with support from SFAR The Swiss Mount Everest/Lhotse Expedition 1956". Swiss Foundation for Alpine Research. 2015-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-25.
- ↑ 1 2 3 "Routes - Lhotse". E. Jurgalski & 8000ers.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-25.
- ↑ Валерий Першин. "КРАТКАЯ ИСТОРИЯ ДОСТИЖЕНИЙ СОВЕТСКИХ И РОССИЙСКИХ АЛЬПИНИСТОВ В ГИМАЛАЯХ". Клуб альпинистов и скалолазов Екатеринбурга. декабрь 2003. 2018-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "Лхоцзе - все маршруты восхождения на четвёртый по высоте восьмитысячник мира - 4sport.ua". 4sport.ua. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-18.
- ↑ "Japanese expedition climbs Lhotse South Face". Planetmountain.com. 30.03.2007. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-27.