Libero Voleybol - Wikipedia
Libero — voleybolda güc və təmkinlilik tələb edən oyunçu mövqeyidir. Adətən komandanın ən təcrübəli oyunçusu bu mövqedə oynayır və komanda yoldaşlarına nisbətən daha dəstəboy olur. İdeal libero boyu 1.65 santimetr qəbul edilmişdir. Libero komandanın 6-cı oyunçusu sayılır. Formasının rəngi də komanda yoldaşlarından fərqlənməlidir. Bu xüsusiyyətlərinə görə futboldakı qapıçı termininə bənzədilir. Qapıçıdan fərqli olaraq voleybolda komandalar meydana liberosuz çıxa bilərlər.
Haqqında
redaktəDigər oyunçulardan fəqli olaraq oynuçuların siyahısında adının yanında “L“ hərfi işlədilir. Və bu hərf həmin oyunçunun başqa mövqedə oynamayacağını bildirir. Komandanın müdafiə oyunçusudur. Oyun zamanı servis atılarkən həmin zaman müdafiədə olan oyunçulardan biriylə yer dəyişdirə bilər. Bu yerdəyişmə meydançanın ən arxa mövqeyində edilir. Arxa tərəfdə top qəbuletmə və barmaq pas[1] atma qabiliyyətinə malik olduğu halda, 3 metr məsafədə barmaq pas ata bilməz. Yerinə keçdiyi oyunçu 4-cü zonaya gələrsə və ya başqa bir oyunçuyla dəyişərsə oyundan çıxar. Hər iki vəziyyətdə də oyuna girmək üçün bir xalın qazanılmasını gözləməlidir. Heç vaxt servis ata bilməz və 3 metr məsafədə hücum edə bilməz. Arxa zonadan hücum edə bilər, ancaq tullana bilməz. 3 metr məsafədə tullana bilər. Arxa zonaya gələn topları barmaqla ala bilməz, ancaq istisna hallar da var. Digər iki oyunçuyla yer dəyişdirdikdə hakimə bildirməli, baş məşqçisinə də bu halı söyləməlidir. Fərqli rəngdə forma geyinməsinin səbəbi voleyboldakı estetikliklə əlaqədardır. Bəzən rəqib komandanın da formasını geyinə bilərlər.[2]
Tarixi
redaktəLibero voleybola 1998-ci ildə əlavə edilmişdir. Elə həmin il Yaponiyada keçirilən dünya çempionatında ilk dəfə istifadə edilmişdir.[3] Qaydalara görə hər komanda ən çox 2 libero göstərə bilər və bunlardan ən çox birini meydana libero kimi buraxa bilər.[4] 2004-cü ildə edilən dəyişikliyə görə NCAA xaricində bütün turnirlərdə libero yuxarıda bəhs edilən şərtlərlə meydançada ola bilər.
Xüsusiyyətləri
redaktəLiberoluq üçün lazım olan xüsusiyyətlər :
- Yaxşı pas ata bilmək
- Estetiklik
- Cəldlik
- Təmkinlilik
- Sıçrayış qabiliyyəti
Məşhurlar
redaktəKişi liberolar
redaktə- Erik Şoyi (Hypo Tirol İnnsbruk)
- Hasan Yeşilbudak (Arkas İdman)
- Konstantin Sidenko (Lokomotiv Novosibirsk)
- Massimo Kolaçi (Trentino)
- Serxio Dutra Santos (Serviço Social da İndustria)
Qadın liberolar
redaktə- Brenda Kastillo (Rabitə Bakı)
- Anna Malova (Dinamo Moskva)
- Gizəm Qaradayı (Vakıfbank Günəş Sığorta)
- Kristina Strasz (Tauron)
- Lenka Dürr (İqtisadçı)
- Svetlana Kryuçkova (Dinamo Krasnodar)
- Valeriya Korotenko (Azəryol Bakı)
- Vanna Buakeva (İqtisadçı)
- Yuko Sano (Denso Airybees)
- Yulie Yasova (VK Modranska Prosteyov)
İstinadlar
redaktə- ↑ Barmaq pas-voleybolda türk. parmak pas adlandırılan termin. (Azərbaycanca qarşılığı yoxdur.)
- ↑ Rəqib komandayla razılaşdıqda
- ↑ The libero voleyball player Arxivləşdirilib 2004-02-04 at the Wayback Machine (ing.)
- ↑ Voleybol-kurallari Arxivləşdirilib 2015-09-14 at the Wayback Machine (türk.)