Likiya Yolu - Wikipedia
Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir.[1]
Ümumi məlumat
redaktəAntik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.[2] Yürüşə daha çox fevral-may və sentyabr-noyabr ayları arasında çıxması məsləhət görülür. Səbəb yay aylarının çox isti olmasıdır. Rəsmi olaraq 12 yaşdan yuxarı olanların yürşə qatılması icazəlidir. Likiya yolu müasir turist yollarında istifadə olunan fransız nişanlama sistemi ilə işarələnib.[3][4] Onun çəkilişinə 1992-ci ildə başlanılmış və 1999-cu ildə sona çatdırılmışdı. Yol çəkilişi ideyyası ingilis həvəskar tarixçisi Keyt Kloya məxsusdur.[5]
Keyt Kloy
redaktəKeyt Kloy 1989-cu ilə kimi İngiltərədə yaşamışdı. Sonra o Türkiyəyə kompüter proqramları satışı məqsədilə ezam olunur. 1992-ci ildə Antaliyada ştatdan kənar fəaliyyət göstərməyə başlayır və elə bu ona ərazidə olan qədim yollarla tanış olmağa imkan verdi. Bu yollar qədim sivilizasiya məkanlarını birləşdirən ümumi bir şəbəkəni xatırladırdı. Keyt əmin idi ki, bu qədim yolları birləşdirməklə Türkiyənin ilk şəhərlər arası piyada yolunu bərpa etmək mümkündür. Sonda onun arzusu reallaşdı və qədim tarixin içindən keçən bir yol meydana gəldi.[6]
Yolun keçdiyi məntəqələr
redaktəLikiya yolunun keçdiyi ərazilərdə diqqəti çəkən məqamlardan biri ərazidə onlarca antik yaşayış məntəqələrinin olmasıdır.[7]
- Pınara — Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. Babadağın ətəyində, qayalar içərisində yerləşir.
- Sidyma — Muğla yaxılığında yerləşən Likiya yaşayış məntəqəsi.
- Pydnai — Patara çimərliyi yaxınlığında yerləşən Likiya zamanından qalmış 6 qala bürcü.
- Letoon — Fəthiyə yaxınlığında yerləşən və Zevsdən hamilə qalmış Letonun şərəfinə inşa olunmuş məbəd.
- Xsantos — Qədim Likiyanın paytaxtı olmuş şəhərin qalıqları.
- Phellos — Antalya yaxınlığında olan antik məntəqə.
- Antiphellos — Kaş şəhəri yaxınlığında yerləşir.
- Aperlai — E.ə. 400-cü illərdə inşa olunmuş Likiya şəhəri.
- Theimussa — Demre şəhəri yaxınlığında olan qədim şəhərin qalıqları.
- Myra — Kale şəhəri yaxınlığındakı antik şəhər.
- Limyra — 1216 metr yüksəklikdə, dağ zirvəsində yerləşən yaşayış məntəqəsi. Vaxtilə Likiya mədəniyyətinin mərkəzi olmuşdu.
- Olympos — Antik dövürdə öz sikkələri ilə məşhur olan Likiya şəhəri.
- Faselis — Kemer yaxınlığında olan antik Likiya yaşayış məntəqəsi.
Likiya yolunda, Demre yaxınlığında həm də Müqəddəs Nikolay kilsəsi və məzarı var. Nikolay Santa-Klaus kimdə tanınır.[8]
Şəkillər
redaktə-
Likiya yolundan Kəpənəklər vadisinin görünüşü.
-
Likiya yolu Fəthiyə yaxınlığında.
-
Likiya yolu. Patara.
-
Yolun keçdiyi Myra antik ərazində olan qaya məzarlığı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "The Lycian Way(Likya Yolu)-ANTALYA-Turkiye`s First Long Distance Trekking Route". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
- ↑ "ЛИКИЙСКАЯ ТРОПА. ПОХОД ПО ЮЖНОЙ ТУРЦИИ". 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
- ↑ "Маркировка туристских маршрутов". 2015-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
- ↑ "Arxivlənmiş surət". 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
- ↑ "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
- ↑ "Кейт Клоу". 2014-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.
- ↑ "Antik kentler". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
- ↑ "Four Faces of Nicholas—Who is he in his hometown?". 2019-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.