Lorenzo Kosta - Wikipedia
Lorenzo Kosta (it. Lorenzo Costa; təq. 1460[1][2][…], Ferrara – 5 mart 1535[3][4][…], Mantuya, Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi.
Lorenzo Kosta | |
---|---|
Lorenzo Costa il Vecchio | |
| |
Doğum adı | Lorenzo Costa il Vecchio |
Doğum tarixi | təq. 1460[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 1535[3][4][…] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Stillər | italyan intibahı, Ferrara rəssamlıq məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFerrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Ailəsi
redaktəNəvəsi Lorenzo da (Kiçik Lorenzo Kosta; 1537, Mantuya — 1583, Mantuya) İtalyan rəssamı olmuşdu.
Yaradıcılığı
redaktəKosta, Ferrara məktəbinə aid edilir. Əsərləri onun zəngin xəyal gücünün və ya kompozisiya vergisinin olmadığını göstərir, lakin isti və ahəngdar rənglərdən istifadə edildiyi üçün əsərləri cazibədar görünür. Bu əsərlərdən ən yaxşıları Luvrda, Bolonya Pinakotekasında, Bolonyadakı Müqəddəs Petroniy kilsəsində və Berlin muzeyində ("Rəbbə təqdimat" və "Tabuta qoyulma") saxlanılır.
İstinadlar
redaktə- ↑ 1 2 Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 Oxford Reference (ing.). OUP. ISBN 978-0-19-960586-6
- ↑ 1 2 Bell A. Lorenzo Costa // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 Bartsch A. v. Le Peintre Graveur (fr.). 1900.
Ədəbiyya
redaktə- Сомов А. И. Коста, Лоренцо // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Varese R. Lorenzo Costa. Milano: Silvana, 1967.