Mixliqovaq - Wikipedia
Mıxlıqovaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Mıxlıqovaq | |
---|---|
40°59′20″ şm. e. 47°43′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tabesində | Qəbələ rayonu |
İqtisadi rayon | Şəki-Zaqatala iqtisadi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 30 avqust 1930 |
Mərkəzin hündürlüyü | 562 m |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhalisi | 4.558 nəfər |
Rəsmi dili | Azərbaycanca |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 24 20 |
Poçt indeksi | AZ3621 |
Nəqliyyat kodu | 36 |
Digər | |
Rəsmi rəsmi_saytı (az.) | |
Tarixi
redaktəKəndin adının Mıxlıqovaq olmasının səbəbi illər əvvəl hələ kənd mövcud olmadığı dövrdə burada qovaq ağacının yerləşməsi idi.Belə ki,illər əvvəl bu kəndin ərazisindən keçən yolçular burada yerləşən qovaq ağacının yanında istirahət edərdilər. Bu zaman öz atlarını həmin nəhəng qovaq ağacına mıx çalaraq ora bağlarmışlar. Elə o zamanlardan da bu yeri Mıxlıqovaq adlandırmağa başlamışlar. Daha sonralar burada kənd salındığı zaman da yerin adına uyğun olaraq kəndin adı Mıxlıqovaq adlanmışdır.[mənbə göstərin] Mıxlıqovaq kəndinin yaranışı ilə bağlı müxtəlif fərziyyələr səslənir. Bəzi alimlər qeyd edir ki, karvan yolunun üstündə olan bu ərazidə tacirlər hündür qovaq ağaclarının dibində dincini alarmış. Qovaq ağaclarına mıx vurub digərinə yola düşdüyünü nişan verərmiş. Elə xalq arasında da, belə söylənilir. Toponimika elminə görə isə keçmişdə gövdəsinə çoxlu mıx vurulmuş və sitayiş obyekti olan qovaq ağacından ərazinin adı götürülüb. Kəndin yuxarı hissəsində "Pir Seyid" deyilən yer var və buradakı qovaqlıq bəlkə də ehtimal olunan yerdir. "Gəlin yolu" deyilən tarixi cığır isə daha yaxın zamanlara aiddir. Mıxlıqovaq rayondan 27 km. aralı Alazan-Həftəran vadisindədir.[1] Buranı keçmişdə iki dəfə sel aparıb. Kənddə daşlıq deyilən ərazi və yol boyu iri daşlar kənardan gələnlərə möcüzəli görsənir. Əhali buranı tərk etsə də, yenidən ata-baba yurduna qayıdaraq kənddə yaşayışı bərpa ediblər. Sel təhlükəsi isə indi tamamilə dəf edilib. Yuxarıda qurulan bənd əhalinin seldən mühafizəsini təmin edir.[1]
Toponimikası
redaktəMıxlıqovaq oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin ərazisində keçmişdə gövdəsinə çoxlu mıx vurulmuş və sitayiş obyekti olan iri qovaq ağacı vardır. Onun dibində nalbəndxana yerləşirdi. Müxtəlif kəndlərdən, məs.: Bum, Soyurvan, Yiizba- şıvan (indiki Dizaxlı), Mollalar (Oğuz r-nu) və b. kəndlərdən ailələr buraya köçüb məs¬kunlaşmışdılar. Yaşayış məntəqəsi sitayiş ye-rinin (pirin) adını Mıxlıqovaq qəbul etmişdir.[2]
Coğrafiyası və iqlimi
redaktəƏhalisi
redaktəKənddə 3789 nəfər əhali yaşayır.[3] Kənddə yaşayan əhalinin əksəriyyətini azərbaycanlılar və qismən ləzgilər təşkil edir.[4]
İqtisadiyyat
redaktəƏvvəlki illərlə müqayisədə kəndin görkəmi, dolanışığı xeyli dəyişib. Əhalinin həyat səviyyəsi yüksəlib. Əmlak artımı, fərdi evlərin çoxalması müşahidə olunur. Hər bir ailə sayğac vasitəsilə işlətdiyi enerjinin haqqını ödəyir və fasiləsiz işıqla təmin edilir.[1]
Din
redaktəKənddə Mıxlıqovaq kənd məscidi dini icması fəaliyyət göstərir[5].
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Кабалинские говоры лезгинского языка". 2010-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-23.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az (az.)
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |