Toponimika - Wikipedia
Toponimika - Wikipedia - Haqqında Məlumat
Toponimika — (q.yun. τόπος — topos — yer və ὄνομα — onoma) — coğrafi adları; toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Mənası yer deməkdir
Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol qaydalarının, habelə İber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları aşkara çıxarılmışdır.
Ginnes Rekordlar kitabına görə ən uzun adlı toponim Yeni Zellandiyada hündürlüyü 305 metr olan Taumatavhakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaivhenuakitanatahu (92 hərf) təpəsidir.
Toponimlərin növləri
redaktə- Aqoronim— meydan adları (qədim yunanca ἀγορά — meydan, sahə).
- Antrotoponim — şəxs adlarından törəmiş coğrafi adlar (qədim yunanca ἄνθρωπος — insan).
- Astionim — şəhər adları (qədim yunanca ἄστυ — şəhər).
- Drinonim — meşə adları (qədim yunanca δρῦς — ağac).
- Dromonim — nəqliyyat yollarının adları (qədim yunanca δρόμος — qaçış, hərəkət, yol).
- Hidronim — çay adları (qədim yunanca ὕδωρ — su).
- Qodonim — küçə adları (qədim yunanca ὁδός — yol, küçə, məcra).
- Oykonim — yaşayış yeri adları (qədim yunanca οἶκος — ev, yaşayış yeri).
- Oronim — dağ adları (qədim yunanca ὄρος — dağ).
- Urbanonim — şəhəriçi obyekt adları (latınca urbanus — şəhərli).
- Makrotoponim — böyük coğrafi adlar (qədim yunanca μακρός — böyük).
- Mikrotoponim — kiçik coğrafi adlar (qədim yunanca μικρός — kiçik).
Kitablar
redaktə- Bəndəliyev Nurəddin, Dağlıq Şirvanın toponimləri Bakı: "Elm", 2009.-352 s.
- Bəndəliyev Nurəddin, Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası-Bakı, Elm, 1993.-s.196.
- Tofiq Əhmədov (filoloq).Azərbaycan toponimiyasının əsasları. Bakı, Bakı Universiteti Nəşriyyatı, 1991, s. 312.
- Tofiq Əhmədov (filoloq).Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985, 88 səh.
- Əliyeva Rübabə. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: I cild, II cild.
- Qiyasəddin Geybullayev. Azərbaycan toponimiyası
- Qabıssanlı Şakir. Toponimlərin açılmayan sirləri. Bakı: "Təknur", 2013.
- Budaq Budaqov, Qiyasəddin Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti: I hissə Arxivləşdirilib 2012-05-26 at the Wayback Machine, II hissə Arxivləşdirilib 2014-09-01 at the Wayback Machine, III hissə Arxivləşdirilib 2014-09-01 at the Wayback Machine, IV hissə Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine. — 1998.
- Budaq Budaqov, Novruzəli Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti, 2007, 140 səh. Kitabxana.net E-nəşr, 2012.
- Budaq Budaqov, Qiyasəddin Qeybullayev. Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti Arxivləşdirilib 2012-05-26 at the Wayback Machine. — 2008.
- Müşviq Borçalı. Borçalı ensiklopediyası 4 cilddə. "Azərbaycan" nəşriyyatı, 2002-ci il.
- Rübabə Əliyeva, Qara Meşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva, İsmayıl Məmmədov, Fikrət Xalıqov. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 2 cilddə: I cild Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine, II cild. — Bakı: "Şərq-Qərb", 2007.
- Nazim Tapdıqoğlu. Laçın rayonu və onun toponomiyası: qısa ensiklopedik lüğət. Bakı: "Araz", 2005.
- Nazim Tapdıqoğlu. Şəmkir rayonu və onun toponimiyası: qısa ensiklopedik dərgi. Bakı: "Adiloğlu", 2005.
- Nazim Tapdıqoğlu. Zərdab ensiklopediyası. Bakı: "Gənclik", 2009.
- Qarabağlı Aydın. Qarabağ, onun qədim tayfaları və toponimləri.- Bakı: "Mütərcim", 2008.
Vikianbarda Toponimika ilə əlaqəli mediafayllar var.