Mehemmedhesen Bey Veliyev Baharli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı (tam adı: Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev; 1896, Şuşa – 24 iyun 1937, Bakı) — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı.
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı | |
---|---|
Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 1937 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Təhsili | |
Fəaliyyəti | alim |
Atası | Nəcəfqulu bəy Şeyda |
Həyatı
redaktəMəhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyev universitetinin iqtisadi-coğrafiya fakültəsində davam etdirmiş və 1915-ci ildə oranı bitirmişdir.
Baharlı Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis edilmiş Bakı Dövlət Universitetində dərs demiş, həmin dövrdə, 1919-cu ilin sentyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovet dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam etdirmişdir.
O, 1923–1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M. Baharlı 1926-cı ildə Solovki əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs edilmişdi.
M. Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir.[1][2]
Ailəsi
redaktə-
Nəcəfqulu bəy Şeyda
-
Züleyxa xanım Vəliyeva
-
Səltənət xanım Vəliyeva
- Atası Nəcəfqulu bəy Şeyda — azərbaycanlı şair.
- Anası İmarət xanım Vəliyeva (Məlikova) — Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın qızı.
- Bacısı Səltənət xanım Həsənova-Vəliyeva — Azərbaycan pedaqoqu. Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901–1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.[3] Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[3] Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur. Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.[3]
- Bacısı Züleyxa xanım Nəcəfqulu bəy qızı Vəliyeva — Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biri, Züleyxa xanım Vəliyeva 22 fevral 1890-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Şuşalıdır. O, 1901–1905-ci illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir[3]. Züleyxa xanım Vəliyeva qısa ömür yaşamışdır. O, toyu ərəfəsində, 1908-ci ildə, 18 yaşında vəfat etmişdir[3].
Məhəmməd Həsən Vəliyevin(Baharlının) əsəri "Azərbaycan" adlı olmuşdur. Lakin bu əsərin uzun illər istifadə edilməsi yasaq olunmuşdur.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Baharlı oymağı,"Soy" dərgisi, 6(14) Bakı, 2008, səh. 22–79
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
- Zakir Məmmədov (Baharlı), Orxan Zakiroğlu (Baharlı). Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) (soykökü, həyatı, yaradıcılığı). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. I kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar (Ensiklopedik məlumat kitabı). II kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014.
İstinadlar
redaktə- ↑ Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
- ↑ Zakiroğlu (Baharlı), Orxan. "Məhəmmədhəsən Vəlili (Baharlı)". azerbaycanli.org. 2009. 2016-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-03.
- ↑ 1 2 3 4 5 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)