Necefqulu Bey Seyda - Wikipedia
Nəcəfqulu bəy Şeyda (tam adı: Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev; 22 mart 1858, Şuşa – 1936, Bakı) — azərbaycanlı şair.
Nəcəfqulu bəy Şeyda | |
---|---|
Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev | |
Doğum tarixi | 22 mart 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 1936 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Atası | Mirzə Məmmədhəsən bəy Vəliyev |
Fəaliyyəti | şair |
Nəcəfqulu bəy Şeyda Vikimənbədə |
Həyatı
redaktəNəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda təhsilini davam etdirib. Quberniya idarəsində iyirmi beş ilə yaxın tərcüməçi işləmişdir. Balaxanı kəndində neft quyuları almışdı.[1]
Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun Züleyxa xanım, Səltənət xanım adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur.
Nəcəfqulu bəy şair idi. Şeyda təxəllüsü ilə şeir yazırdı. Nəcəfqulu bəy Şeyda haqqında yazılı mənbə o qədər də çox deyil. Təzkirəçi Mir Möhsün Nəvvab özünün "Təzkireyi-Nəvvab" əsərində, demək olar ki, bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından xeyli danışsa da, onun barəsində çox cuzi məlumat verir:
"Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Baharlı Qarabağ vilayəti əhalisindəndir. Baharlı Şuşaya tabe olan kəndin adıdır. Otuz üç yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin (?) övladlarındandır. Bəzən şeir də yazır. Aşağıda yazılmış müxəmməs onun şeirlərindəndir. Təxəllüsü Şeydadır".
Şairin yaradıcılığını araşdıran alim-filoloq Paşa Kərimov şairin əsərlərinin əlyazmalarından ibarət olan dəftərin Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığını deyir. Bu dəftərin 62 vərəqində 114 qəzəl, 2 müsəddəs, 3 qitə, 6 müxəmməs, 2 müstəzad, 86 rübai və müxtəlif məzmunlu digər şeirlər toplanıb. Dəftərdə, müxtəlif hekayə və rəvayətlərə, geriliyi tənqid edən şeirlərə, "Tövbənamə"yə, Mövlana Cəlaləddin Rumi, Şeyx Sədi, Hafiz, Vəhşi kimi Yaxın Şərq şairlərinin əsərlərindən tərcümələrə, farsca bir neçə qəzələ və s. əsərlərə rast gəlmək olar.[2]
Şeirlərin qeyd edilən ən köhnə tarixi 1886-cı il, ən son tarix 1936-cı ildir.[2]
O, Baharlı oymağının tanınmış şəxsiyyətlərindən Mirzə Məmmədhəsən bəy Vəliyevin oğlu, Əbülfət Vəlinin qardaşıdır.
Əsərləri
redaktə- Mir Möhsün Nəvvab. Təzkireyi Nəvvab. (Çapa hazırlayanı və ön sözün müəllifi: filologiya elmləri namizədi Əkrəm Bağırov; Türkcə mətnlərin transliterasiyası: filologiya elmləri namizədi Nəsrəddin Qarayev; Farsca mətn və şerlərin filoloji tərcüməsi: filologiya elmləri namizədləri Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov). Bakı,1998
- Poetik məclislər. (toplayanı və tərtib edəni Nəsrəddin Qarayev). (Bakı, 1987)
- Şeirlər. (nəşrə hazırlayan: Nailə Mustafayeva). (Bakı, 2006)
- Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006, 158 s.
- Gülşəni-Maarif Təzkirəsi 2014[3]
Ailəsi
redaktə-
Məhəmmədhəsən bəy Vəlili-Baharlı
-
Züleyxa xanım Vəliyeva
-
Səltənət xanım Vəliyeva
- Həyat yoldaşı İmarət xanım Vəliyeva (Məlikova) — Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın qızı.
- Oğlu Məhəmmədhəsən bəy Vəliyev-Baharlı — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı.
- Qızı Səltənət xanım Həsənova-Vəliyeva — Azərbaycan pedaqoqu. Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901–1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.[4] Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[4] Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur. Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.[4]
- Qızı Züleyxa xanım Nəcəfqulu bəy qızı Vəliyeva — Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biri, Züleyxa xanım Vəliyeva 22 fevral 1890-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Şuşalıdır. O, 1901–1905-ci illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir[5]. Züleyxa xanım Vəliyeva qısa ömür yaşamışdır. O, toyu ərəfəsində, 1908-ci ildə, 18 yaşında vəfat etmişdir[5].
İstinadlar
redaktə- ↑ V. Quliyev. Biz gedəsiyik, dünya qalası. Bakı: Şuşa, 2001, səh.44.
- ↑ 1 2 "Arxivlənmiş surət". www.anl.az. 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=vtls000409964
- ↑ 1 2 3 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
- ↑ 1 2 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Baharlı oymağı. Bakı: "Soy" dərgisi, 2008, səh.22–79.
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- http://www.palitranews.az/news.php?id=4959 Arxivləşdirilib 2013-09-16 at the Wayback Machine