Ruanda - Wikipedia
Ruanda (ing. Rwanda; ruan. Rwanda; fr. Rwanda, suah. Rwanda) və ya rəsmi adı ilə Ruanda Respublikası (ing. Republic of Rwanda, ruan. Republika y'u Rwanda; fr. République du Rwanda; suah. Jamhuri ya Rwanda) — Şərqi Afrikada dövlət. Ruanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Uqanda, qərbdən Kivu gölü də daxil olmaqla Konqo Demokratik Respublikası, cənubdan Burundi, şərqdən isə Tanzaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kiqali, ümumi sahəsi 26,338 kvadrat kilometr, əhalisinin sayı 12 milyon nəfərdən çoxdur.
Ruanda | |||||
---|---|---|---|---|---|
Repubulika y'u Rwanda République du Rwanda | |||||
| |||||
"Ubumwe, Umurimo, Gukunda Igihugu" "Birlik, İş, Vətənpərvərlik" |
|||||
Himn: |
|||||
Tarixi | |||||
• Müstəqillik | 1 iyul 1962 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kiqali | ||||
İdarəetmə forması | konstitusiya respublikası | ||||
Prezident | Pol Kaqame | ||||
Baş nazir | Édouard Ngirente | ||||
Sahəsi | Dünyada 145-ci | ||||
• Ümumi | 26338 km² | ||||
• Su sahəsi (%) | 5.3 | ||||
Əhalisi | |||||
• Əhali | 11,262,564 nəfər (76-cı) | ||||
• Siyahıyaalma (15.VIII.2012) | 10,515,973 nəf. | ||||
• Sıxlıq | 445 nəf./km² (29-cu) | ||||
• Ümumi | 11.055.281.971 $[1], 13.312.796.765 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 10,004 milyard $ dollar | ||||
• Adambaşına | 1,784 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2015) | 8.763 milyard $ dollar | ||||
• Adambaşına | $769 dollar | ||||
İİİ (2010) | 0.513 | ||||
Valyuta | Ruanda frankı | ||||
İnternet domeni | .rw | ||||
ISO kodu | RW | ||||
BOK kodu | RWA | ||||
Telefon kodu | +250 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəÖlkənin sərhəd xəttinin ümumi uzunluğu 893 km-dir. Bunun da 290 km Burundi, 217 km KDR, 217 km Tanzaniya və 169 km isə Uqanda ilədir.
Ölkə ümumiyyətlə dərin vadilərlə bəzən kəsilmiş dağlıq və yaylalık bir ölkədir. Ruandada orta yüksəklik 1.500 m səviyyəsində olub, ölkə daxilində 1.000 m ilə 4.507 m arasında dəyişir. Ölkənin ən hündür nöqtəsi KDR ilə sərhəddə yerləşən və Virunqa vulkanin dağlarının bir hissəsi olan Karisimbi dağıdır.
Əhali
redaktəƏhalinin sayı — 12,012,589 (2015-cü ilin iyuluna).
İllik artım — 2,8 %.
Orta ömrün uzunluğu — kişilərdə 49 il,qadınlarda 52 il. (2011-ci il).
Yoluxma immun çatışmamazlığının (immun çatışmamazlığı virusu) virusuyla — 2,8 % (2007-ci il qiymətləndirilməsi).
Şəhər əhalisi — 18 %.
Savad — kişilərin 76 %-i, qadınların 64 %-i.(2003-cü il qiymətləndirilməsinə əsasən)
Etnik tərkibi
redaktəRuanda daxilində eyni dilə, mədəniyyətə sahib olan bir cəmiyyət yaşamaqdadır. Hazırdan mövcud olan Tutsi, Hutu və tva etnik qrupları Ruandanın müstəmləkə bölgəsi olaraq əvvəl Almaniya daha sonra isə Belçika tərəfindən müxtəlif üsularla idarə olunması nəticəsində bu ölkələr tərəfindən müəyyən status verilərək bölüşdürülmüşdür və hər biri etnik qrup yerinə qəbilələrə ayrılmışdır. İlk olaraq üst səviyyəni təşkil edən tutsiləri dəstəkləyən müstəmləkəçi ölkələr tutsilərdən öz məqsədləri üçün istifadə etmiş, qəbilə olaraq ayırdıqları qrupları da ümumi olaraq xarici görünüşünə və peşəsinə görə siniflərə ayıraraq Tutsi (iribuynuz heyvan sahibləri), Hutu (əkinçi) və tva (ovçu) ayrı-seçkiliyi aparıblar.
Bu ayrı-seçkilik nəticəsində fərqlilikləri nəzərə çarpan bir şəkilə gələn qruplar sonrakı illərdə ölkə daxilində daha böyük problemlərin yaşanmasına səbəb olmuşdur. Nəticədə Ruanda soyqırımı adlandırılan hadisə ruandalı tutsi əhalisinin dörddə üçünün həyatını itirməsinə səbəb olmuşdur.
Etnik tərkib — Hutular (Bantular) 84 %, Tutsilər (Həmidlər) 15 %, Tvalar (piqmeylər) 1 %.
Din
redaktəDinlər — katoliklər (49,5%), protestantlar (43,4%), müsəlmanlar (1,8%). Protestantlığın böyük məzhəbləri anqlikanlılar, adventistlər və pentikostalların bir milyondan çox təəssübkeşləri var.