Magiya - Wikipedia
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir [1]
Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər.
Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb.
Tərif və Məna
redaktəMagiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.[2][3]
Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir. Magiya məqsədinə görə iki yerə ayrılır:
- Ağ Magiya: Zərərsiz, öldürücü nəticələri olmayan sehrdir.
- Qara Magiya: Zərərli, öldürücü nəticələri olan sehrdir.
Magiya anlayışı yer üzündə hər din və inancda mövcuddur. Bu insanoğlunun öz sərhədlərini və gücünü aşan vəziyyətlərə müdaxilə etmə arzusunun bir nəticəsidir. İslam dini cadunu dəqiq bir şəkildə qadağan etmiş və zərərlərindən Allaha sığınılması lazım olduğu vurğulanmışdır.
Bağı
redaktəBağı - türk və altay mifologiyasında sehr, cadu, efsun deməkdir. "Bayı" olaraq da deyilər. Bağıçı, Bağışı sözləri sehrbaz mənasını verər.[4] Anadoluda "Büyü" halına çevrilmişdir. Bağlamaq sözü ilə də əlaqədardır. Məsələn "ağızını dilini bağlamaq"... Bağ sözünün düyün mənası da vardır ki, əvvəllər ovsunlar düyünlər ilə edilməkdədir. "Düyünlərə üfleyenlerin pisliyindən..."[5] Baxmaq (fal baxmaq) sözüylə də əlaqəlidir. Anadoluda "Bağnaz" (fanatik) sözü də bir şeyə bağlanmış mənasını verər və "bağılanmış (ovsunlanmış)" deməkdir. Bag kökü Tunguscada ağlıq ifadə edər. Bağ/Mağ kökü bir çox dildə sehrlə əlaqəli mənaları olan sözləri türetir. Cəlal Bəydilinə görə Maqus/Magus (sehr) sözü Bağ/Mağ kökü (və Bağı sözü) ilə əlaqəlidir.[6] Baxşi sözü de bu kökdən törəmişdir. Baqı/Bakı/Baxı isə fal deməkdir.
Slavyan dillərində, "boğ", "bog", "boh" və "bug" şəkillərində rast gəlinən və ilk mənası "bogat" sözü ilə əlaqələndirilərək Türklərlə təmasla halında olmuş Şərq Avropa dillərində rast gəlinər. Miladdan əvvəlki əsrlərə aid Ön Asiya yazılarında bilinən ən ulu ilahi varlığın adı "Bag-Maştu" şəklindədir. Urartuda isə belə bir ilahi varlığın yoldaşı də yenə "Bag" sözünden ortaya çıxmış adla "Bag-Bartu"şəklində xatırlanır.
Türk xalqlarının ənənəvi görüşlərdə, "Bag/Mag" (Bay/May) kökündə çox sayda mifoloji varlıq, ruh və təbii obyektlərin adları mövcuddur. "Mag" (Magiya) anlayışının kökü də "Bag-Mag" təməlinə əsaslanır.
Həmçinin baxın
redaktəİstinadlar
redaktə- ↑ "Fidan Qasımova. Türk mifologiyasında mədəni qəhrəman problemi. Bakı, "Elm və təhsil", 2012. - 164 səh" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
- ↑ Q. Qeybullayev - Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1993, səh 156
- ↑ Q. Qeybullayev - K etnogenezev azerbaydjançev, I cild, Bakı, 1983, səh 234
- ↑ Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine (türk.)
- ↑ Fələq, 113:4
- ↑ Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi (türk.)
Xarici keçidlər
redaktə- Maji, Kemal Menemencioğlu (türk.)