Malmo - Wikipedia
Malmö (ⓘ) – İsveçin cənubunda yerləşən liman şəhəri. Əhalisi 635 min nəfərdir. Malmö bu göstərici ilə İsveçin ən böyük üçüncü şəhəridir. Danimarkanın paytaxtı Kopenhagen ilə Malmö arasında 20 kilometr uzunluğu olan boğaz vardır. Malmö İsveçin ən böyük üçüncü şəhəri olsa da, siyasi və iqtidasi baxımdan böyük önəmə sahibdir. Şəhər əhalisinin 25%-i müsəlmanlardan ibarətdir. Lund şəhərinində daxil olduğu Skane bölgəsinin mərkəzi Malmö şəhəridir.
Malmö | |
---|---|
55°35′35″ şm. e. 13°01′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1353 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 12 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +46 40 |
Poçt indeksi | 21X XX |
Digər | |
malmo.se | |
Vikianbarda əlaqəli mediafayllar |
2001-ci ildə Malmö və Kopenhagen arasında Oresund körpüsü istifadəyə verilmişdir. Hər iki şəhər arasında olan 20 kilmoterilik məsafə XVI əsrlərə aid olan mənbələrdə ərtaflı şəkildə təsvir edilmişdir. Həmin zamanlarda insanlar bir şəhərdən, digərinə bir gün müddətində gedə bilirdilər. Şəhərlərin arasında yerləşən boğaz qış aylarında keçilməz olurdu. Bu səbəbdən tarixən Malmödən Kopenhagenə səfər etmək üçün digər yollardan istifadə edilmişdir. 2001-ci ildə fəaliyyətə başlamış Orestud körpüsü isə şəhər arasında olan məsafəni 10 dəqiqəyə qədər endirmişdir. Körpü 5 milyard avro dəyərindədir.
Tarixi
redaktəMalmönün dəqiq yaranma tarixi məlum deyildir. Ancaq bir sıra tarixi qaynaqlarda şəhərin 1275-ci ilə qədər kiçik qəsəbə olduğu və yalnız bu ildən sonra şəhər kimi formalaşdığı qeyd edilir. Bu səbəbdən şəhərin yaranma tarixi kimi 1275-ci il götürülür. Malmö şəhərin XIII əsrin ortalarında Lund şəhərinin 3 müdafiə mərkəzidən biri idi. Malmödə yerləşən hərbi birliklər Lund şəhərini İsveçlilərin hüçümlarından müdafiə etməlidilər. XIV əsrin başlanğıçında şəhər Danimarkaya tabe idi. Bu dövrlərdə şəhər Kopenhagendən sonra Danimarkanın ən böyük ikinçi şəhəri hesab edilirdi. Danimarkalılar şəhəri Malmhaug adlandırırdılar. Bu sözün mənası Danimarka dilidən tərcümədə qumluq ərazi mənasını ifadə edir. XV əsrdə şəhər Danimarkanın ticarət və mədəni mərkəzi sayılırdı. Malmödə XV əsrə görə kifayət qədər çox hesab ediləcək sayda 5 min nəfər əhali yaşayırdı. Həmin əsrdə şəhər Skandinaviyanın ən strateji şəhəri olaraq sürətlə böyüməyə başlamışdı.
Bu illər ərzində yerli əhali əsasən balıqçılıqla məşğul olurdu. 1437-ci ildə Danimarka kralı Pomeryalı Erik şəhərə özünümüdafiə üçün müxtəlif növ silahların gətirilməsinə göstəriş vermişdir. 1434-cü ildən şəhərin cənub sahillərində hərbi məqsədlərə görə istifadə ediləcək qalanın tikintisinə başlanılır. Malmö qalasının tikintisi XVI əsrin ortalarında yekunlaşmışdır. XVI əsrdə başlayan reformasiya hərəkatı zamanı Malmö Skandinaviyada hərəkata qoşulan ilk şəhər olmuşdur. 1658-ci ildə Danimarka ilə İsveç arasında Roskild müqaviləsinin imzalanmışdır. Roskild müqaviləsi hər iki dövlətin muasir gündə sərhətlərinin formalaşmasında mühüm rol oynamışdır. Danimarka İsveçlə apardığı müharibə zamanı məğlub oldu, İsveç rəqiblərini ağır şərtli müqavilə imzalamağa məcbur etdi və Skene bölgəsi başda olmaqla bir sıra ərazilər Danimarkadan alınaraq İsveçə verildi. Müqaviləyə əsasən Malmö şəhəri İsveçin nəzarəti altına keçir və Skene bölgəsinin mərkəzi olurdu. Danimarkalılar Malmö şəhərinin işğal edilməsini qəbul edə bilmirdilər. 1677-ci ilin iyun ayında 14 min danimarkalı əsgər Malmöyə hücum etdi. Danimarkalıların hücumlarına hazır olan isveçlilər şəhəri müdafiə etmişdilər. Şəhəri ələ keçirə bilməyən danimarkalılar geri qayıtmalı olmuşdular.
XVIII əsrin əvvələrində Malmö şəhərində 2.300 nəfər yaşayırdı. XIII Karl tərəfindən şəhərə davamlı şəkildə hucumların təşkil edilməsi və şəhər əhalisi arasında vəba epidemiyasının yayılması səbəbindəb 1728-ci ildə şəhər əhalisi 1.500 nəfərə qədər azalmışdır. Bu əsrin sonlarına kimi Malmö şəhərinin əhalisində artım qeydə alınmamışdır. Şəhərdə əhalinin sürətlə artımı XIX əsrin əvvələrindən başlamışdır. Malmödə inşa edilən yeni liman və gəmi tərsanəsi buraya gələn gəmilərin sayını artırmışdır. 1800-cü ildə Malmödə 38 min nəfər əhali yaşayırdı.[4]
1850 və 1870-ci illər aralığında Malmödə dəmiryolu inşa edildi. Bununla şəhərdə iqtisadiyyatın inkişaf etməsi daha da sürətləndi. Malmö dəniz limanı qısa zaman ərzində Skandinaviyada ən böyük dəniz limanı oldu. Malmö XIX əsrin ortalarında İsveçin ən böyük ikinçi şəhəri olan Norrköpingi əhalisinin sayına görə keçmişdir. 1915-ci ildə şəhərin əhalisi 100 min nəfərə 1952-ci ildə isə 200 min nəfərə çatmışdır. Şəhərin əhalisinin sürətlə artmasının ən önəmli səbəbi beynəlxalq limanın günü gündən daha da genişlənməsi idi. 1971-ci ildə şəhərin əhalisi 265 min nəfərə çatmışdır. İsveç hökuməti Malmödə əhalinin sürətlə artımının qarşısını almaq üçün iqtisadi plan hazırladı. Hesablamalar əsasında məlum oldu ki, 1990-cı ildə şəhər əhalisi 500 min nəfərə çataçaq. Şəhər əhalisinin sürətlə artması nəticəsində İsveçin digər şəhərlərində xüsusəndə Skene bölgəsində əhalinin azalması müşahidə olunurdu. İnsanlar daha yaxşı işlərdə çalışmaq üçün Malmöyə axın edirdilər. Dövlətin atdığı ən sərt addım şəhərin əsas liman mərkəzi olan Koçkumsun bağlanması oldu. Bununla şəhərdə əhalinin sürətlə artımı böyük ölçüdə dayandı.
Nəqliyyatı
redaktəOresund dəmiryolları vasitəsi ilə 20 dəqiqə ərzində Oresund boğazını keçməklə Kopenhagen şəhərinə çatmaq mümkündür. Malmödən skandinaviyanın digər şəhərlərinə gedən dəmiryolu xətləri mövcuddur. 2005-ci ildən Malmödə bütün dəmiryolu xətlərinin vahid mərkəzdə birləşdirilməsi üçün şəhər tunel adlı vahid xəttin inşasına başlanmışdır. Bu xətt Malmö hava limanı ilə Kopenhagen şəhərinidə birləşdirilməsi nəzərdə tutulub. Malmödə yerləşən hava limanı kiçikdir. Yalnız İsveçin bir sıra şəhərlərinə reyslər həyata keçirilir. Yerli sakinlər beynəlxalq reyslərdən istifadə etmək üçün ən yaxın hava limanı olan Kopenhagen Beynəlxalq Hava limanından istifadə edirlər.
Təbii quruluşu və iqlimi
redaktəMalmö, 13°00' şərq və 55°35' şimal koordinatlarında yerləşir. Şəhərin yaxınlığında yerləşən Oreslund boğazı Danimarka və İsveç arasında sərhət əmələ gətirir. Oreslund körpüsünün açılmasında sonra hər iki dövlət arasında qısa müddət ərzində səyahət etmə imkanı yaranmışdır. Malmödə okean hava axıntıları tez-tez hiss edilir. Qolf strim cərəyanları səbəbindən mövsümlər arasında hava dərəcələrində kəskin fərq yaranmır. İl ərzində ən isti aylar iyun və avqust ayları hesab edilir. Həmin aylarda istilik 22 °C olur. Ən soyuq aylar isə yanvar və fevral aylarıdır ki, həmin aylarda da hava istiyi -1 °C kimi düşür. İlin 169 günündə Malmödə yağış yağır. Lakin yağışlar uzun müddət davam etmir. Qış aylarında şəhərdə müntəzəm olaraq sulu qar və ya dolu formasında yağıntıların yağması, Malmönün təbiətinə xas olan xüsusiyyətlərdən sayılır.
Qardaş şəhərlər
redaktə- Finlandiya, Vaasa (1940)
- Bolqarıstan, Varna (1987)
- ÇXR, Tanşan (1987)
- Avstraliya, Adelaida (1988)
- Rusiya, Kalininqrad (1988)
- Estoniya, Tallin (1989)
- İtaliya, Florensiya (1989)
- Polşa, Şetsin (1990)
- Almaniya, Ştralzund (1991)
- İtaliya, Kyeti vilayəti (2001)
- Böyük Britaniya İngiltərə Nyukasl apon Tayn (2003)
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Statistiska tätorter 2020, befolkning, landareal, befolkningstäthet per tätort. Statistics Sweden, 2021.
- ↑ Statistiska tätorter 2018 – befolkning, landareal, befolkningstäthet. Statistics Sweden, 2021.
- ↑ Encyclopædia Britannica Eleventh Edition (1911), article Malmö