Manipur - Wikipedia
Manipur - Hindistanın şimal-şərqində yerləşən ştat. İnzibati mərkəzi İmfal şəhəridir. Şimalda Naqalend, cənubda Mizoram, qərbdə Assam, şərqdə isə Myanma ilə həmsərhəddir. Ştatın digər adları Kangleipak və ya Sanaleibak-dır.[3]
Manipur | |
---|---|
মনিপুর্ | |
24°48′36″ şm. e. 93°56′24″ ş. u.HGYO |
|
Ölkə | Hindistan |
İnzibati mərkəz | İmfal[1] |
Ən böyük şəhəri | İmfal[1] |
Qubernator | V. Şanmuqanatan[2] |
Baş Nazir | Okram İbobi Sinq |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 yanvar, 1972 |
Sahəsi | 22327[1] km² (23-cü-ci yer) |
Saat qurşağı | +05:30 |
Əhalisi | |
Əhalisi | 2.855.794 nəfər (2011[1]) (22-ci-ci yer) |
Əhalinin sıxlığı | 120 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
Abreviatura | IST |
ISO kodu | IN-MN |
Avtomobil nömrəsi | MN |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Manipur 2500 ildən artıq müddətdə Asiyanın iqtisadi və mədəni kəsişmə nöqtəsi olmuşdu.[4]
Tarixi
redaktəManipur krallığı cənub və cənub-şərqi Asiyadakı mövcud olmuş yüzlərlər krallıqdan biri olmuşdu. Qədim Manipurun tarixi e.ə. 50-ci illərə qədər uzanır. O vaxtlar Manipur Naqalend, Mizoram və Assamın da bəzi hissələrini öz tərkibində birləşdirirdi. Manipurun ilkin tarixi haqqında yazılı mənbə yoxdur.
Manipur on yeddinci əsrdə Britaniya İmperiyasının əsarətinə keçmişdi. Avropalılar ilk dəfə yerli əhalinin oynadığı polo oyunun görmüş və bu oyunu özlərinə götürmüşdülər. İkinci dünya müharibəsi ərzində Manipurda Yapon ordusu və ingilis-hind qüvvələri arasında qanlı döyüşlər baş vermişdi.
Demoqrafiya
redaktə2011-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə Manipurda 2855794 nəfər əhalisi vardır. Bunlardan 1438586 nəfər kişi, 1417208 nəfər qadındır. Hə4 100 kişiyə 985 qadın düşür.[1]
İl | 1951 | 1961 | 1971 | 1981 | 1991 | 2001 | 2011 |
---|---|---|---|---|---|---|---|
Əhali | 578000 | 780000 | 1073000 | 1421000 | 1837000 | 2294000 | 2855794 |
Din
redaktəŞtatda ən geniş yayılmış din Hinduizmi (41.39%) ondan bir qədər az tərəfdarı olan Xristianlıq (41.29%) və İslam (8.40%) izləyir. Bundan başqa ştatda Sanamahizm, Buddizm(0.25%) və digər yerli xalqlara aid dinlərə də sitayiş edənlər vardır.[1]
İnzibati bölgü
redaktəManipur 9 rayondan ibarətdir :
Rayon | Sahəsi (km2) |
Əhalisi (2011) |
Mərkəzi | Xəritədə kodu |
---|---|---|---|---|
Bişnipur | 496 | 237,399 | Bişnipur | BI |
Çuraçandpur | 4570 | 274,143 | Çuraçandpur | CC |
Çandel | 3313 | 144,182 | Çandel | CD |
Şərqi İmfal | 709 | 456,113 | Porompat | EI |
Qərbi İmfal | 519 | 517,992 | Lamflepat | WI |
Senapati | 3271 | 193,744 | Senapati | SE |
Tamenqlonq | 4391 | 140,651 | Tamenqlonq | TA |
Toubal | 514 | 422,168 | Toubal | TH |
Ukxrul | 4544 | 183,998 | Ukxrul | UK |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Manipur Population Sex Ratio in Manipur Literacy rate data". census2011.co.in. 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
- ↑ Iboaima Laithangbam. "Shanmuganathan sworn in as Manipur Governor" (ingilis). The Hindu. 2015-09-30. 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
- ↑ Naorem Sanajaoba (1995), Manipur: Treatise & Documents, Volume 1, ISBN 978-8170993995, Introduction
- ↑ Naorem Sanajaoba (Editor), Manipur, Past and Present: The Heritage and Ordeals of a Civilization, Volume 4, Chapter 1 - NK Singh, ISBN 978-8170998532
- ↑ "Census Population" (PDF). Census of India. Ministry of Finance India. 2008-12-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.