Marlon Brando - Wikipedia
Marlon Brando (3 aprel 1924[4][5][…], Omaha, Nebraska[6] – 1 iyul 2004[4][5][…], Los-Anceles, Kaliforniya[6]) — məşhur Amerika kinoaktyoru. İki dəfə Oskar mükafatı sahibi. Müasir Amerika kinosunun ən dahi aktyorlarından biridir.
Marlon Brando | |
---|---|
ing. Marlon Brando | |
Doğum adı | Marlon Brando Junior |
Doğum tarixi | |
Doğum yeri | Omaha, Nebraska, ABŞ |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Dəfn yeri | |
Uşaqları | 11 |
Partnyoru | |
Fəaliyyəti | aktyor, rejissor |
Fəaliyyət illəri | 1944–2001 |
Təhsili |
|
Boyu | 1,75 m |
Mükafatları | Oskar mükafatı |
IMDb | ID0000008 |
marlonbrando.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1999-cu ildə "Time" jurnalı "Əsrin 100 dahi adamı"nı seçdi. Onlar arasında Çarli Çaplin və Marlon Brando yeganə peşəkar aktyor idi. Martin Skorseze onun haqqında bildirirdi: "O müəyyənedici nişanədir. Kinoda Brandoya qədər və Brandodan sonra anlayışları mövcuddur."
Həyatı
redaktəMarlon Brando 1924-cü il aprelin 3-də Nebraska ştatının Omaha şəhərində anadan olub. Atası kimyəvi dərmanlar düzəldilən zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11 yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu və digər iki uşağını özü ilə birlikdə anasının yanına, Kaliforniyaya aparır. 1937-ci ildə valideynləri barışır və yenidən İllinoysa qayıdırlar. Onun valideynləri əsasən irland və fransız mənşəlidirlər. Anası Dodi Brando tez-tez sərxoş olur, o vaxtlar qadın üçün qeyri-adi hal hesab edilən şalvar geyir və maşın sürürdü. Lakin onun aktyorluq qabiliyyəti var idi və hətta əfsanəvi aktyor Henri Fondaya aktyor olmaqda yardımçı olmuşdu. Marlonda da aktyor olmağa maraq oyatmışdı.
Dəhlizdə motosiklet sürdüyündən Marlonu "Libertville" ali məktəbindən kənarlaşdırırlar və o "Shattuck" hərbi məktəbinə daxil olur.
Karyera
redaktəO, fəaliyyətə Nyu-Yorkda, yay teatrında başlamışdı. Lakin onun davranışı teatrdan uzaqlaşma ilə nəticələndi. Bu teatrdakı bir tamaşa zamanı onun oyunu təşkilatçıların çox xoşuna gəldi və onu "Broadway" teatrına dəvət etdilər. Marlon 1944-cü ildə "Mən anamı xatırlayıram" dramı ilə bu teatrda debüt etdi. Brando 1947-ci ildə Tennesi Uilliamsın "Arzu adlı Tramvay" (A Streetcar Named Desire) adlı əsəri əsasında eyniadlı tamaşada oynadığı Stenli Kovalski obrazı ilə böyük uğur əldə etdi. Tamaşanın rejissoru Elia Kazan idi. Onun aktyor oyunu amerika kinosuna yeni nəfəs gətirdi.
Yüksəliş
redaktəBrando kino debütünü 1950-ci ildə "The Men"(Kişilər) filmində etdi. Hal-hazırda film o qədər uğurlu hesab edilməsə də, Marlon Brandonun ilk filmi kimi tarixə düşüb. 1951-ci ildə "Arzu adlı Tramvay" ekranlaşdırıldı. Elia Kazanın rejissorluğu ilə baş rolları Marlon Brando və Vivyen Li ifa edirdilər. Filmə görə Brando "Ən Yaxşı Aktyor" kateqoriyasında ilk Oskar nominasiyasını qazandı. Ardıcıl üç il ərzində Brando "Viva Zapata!" (1952), "Julius Caesar" (1953) və "On the Waterfront" (Limanda) (1954) filmlərinə görə də Oskara namizəd oldu və sonuncuya görə mükafatı qazandı. O, 1951–53-cü illərdə ardıcıl olaraq üç BAFTA mükafatı da qazandı.
1953-cü ildə "The Wild One" (Vəhşi) filmi ekranlara çıxdı. Filmdə Brando şəxsi "Triumph Thunderbird 6T" markalı motosikletindən istifadə etmişdi.
Bu filmdən sonra motosikletçilər (baykerlər) hərəkatı başlandı. Bu obrazdan bəhrələnən Elvis Preslinin timsalında "rock 'n' roll" musiqisi inkişaf etməyə başladı. Kinoda isə Ceyms Din əsasən bu tipli obrazlar yaratmağa çalışırdı. Brandonun bu filmdəki obrazı "Madam Tüssonun Mum Fiqurlar Muzeyi"-ndə əks etdirilib. 1957-ci ildə "Sayonara" filminə görə o, 5-ci Oskar nominasiyasını qazandı.
"Xaç atası"
redaktə1970-ci illərin əvvəllərində Frensis Ford Koppola Mario Pyuzonun "Xaç atası" əsəri əsasında eyniadlı filmin çəkilişlərinə başladı.
Don Vito Karleone roluna isə sənətinin vurğunu olduğu Marlon Brandonu dəvət etdi. M. Puzo da qeyd edirdi ki, əsəri yazarkən Karleoneni Brandonun obrazında təsəvvür etmişdi. 1972-ci ildə ekranlara çıxan film Brandonun yüksək səviyyəli aktyor oyunu nəticəsində böyük uğur əldə etdi. Film "Ən Yaxşı Film" kimi Oskar aldı, Marlon Brando da öz növbəsində "Ən Yaxşı Aktyor" Oskarını qazandı. Lakin o mərasimdə iştirak etmirdi və öz yerinə özünü hindu (apaçi) əsilli qadın kimi təqdim edən Sakin Litlfezeri göndərmişdi. Sakin səhnəyə çıxdı və amerika hökumətinin yerli hindulara qarşı ayrı-seçkiliyini əsas gətirərək Oskardan imtina etdi.
Son illər
redaktəMarlon Brandonun çəki ilə bağlı problemləri var idi. O, tez-tez yaxın dostu, Maykl Ceksonun "Neverland" rançosuna gedir və orada istirahət edirdi. 2001-ci ildə isə onun "You Rock My World" mahnısına çəkilən klipdə göründü.
O, 2004-cü ildə 80 yaşında, ağ ciyər fibrozu nəticəsində yaranan tənəffüs çətinliyi səbəbindən vəfat etdi. O kremasiya edildi, qalıqlarının bir hissəsi Taiti, digər hissəsi Ölüm Vadisinə dağıdıldı.
Şəxsi həyatı
redaktəMarlon Brando "Anamın mənə oxuduğu mahnılar" adlı avtobioqrafiyasında qeyd edir ki, məclislərin birində Merilin Monro ilə tanış olmuşdu. O, pianoda ifa edirdi. Aktyor bildirir ki, onlar arasında qısa sevgi münasibətləri olmuşdu.
1957-ci ildə Anna Kaşfi adlı aktrisa ilə evləndi. 1959-cu ildə oğlu Kristian Brando dünyaya gəldikdən sonra cütlük ayrıldı.
1960-cı ildə Brando özündən altı yaş böyük olan aktrisa Movita Kastanada adlı aktrisa ilə ailə həyatı qurdu və evlilik iki il sürdü. Birlikdə iki uşağa sahib oldular.
1962-ci ildə isə 20 yaşlı Tarita Teripiya adlı qadınla evləndi və onların iki uşağı oldu. Evlilik 1972-ci ildə ayrılıqla nəticələndi.
Son evliliyi isə Maria Kristina Ruislə oldu. Onlar birlikdə üç uşağa sahib oldular. Beləliklə, Brando on bir uşağa sahib idi. Bunlardan üçü övladlığa götürülmüşdü.
Xatirə və mükafatları
redaktəMarlon Brando bütün dövrlərin ən yaxşı aktyorlarından biri kimi kino tarixində özünə yer tutub. Hollivud Şöhrət Xiyabanında ulduza malikdir. Karyerası ərzində 8 Oskar, 7 BAFTA, 6 Qızıl Qlobusa nominant olan Brando Amerika Film İnstitutunun (AFİ) bütün dövrlərin "100 ən yaxşı aktyor"u siyahısında 4-cü yerə layiq görüldü. "Time" jurnalı onu 20-ci əsrin ən dahi adamlarından biri seçdi. Ondan sonra incəsənətə gələn yüzlərlə aktyor və musiqiçi onu əsas ideal kimi qələmə veriblər. Onlar arasında Ceyms Din, Elvis Presli, Cek Nikolson, Al Paçino, Robert De Niro, Uorren Bitti, Ömər Şərif, Conni Depp və b. var. Onun məşhurlaşmasında Elia Kazanın çəkdiyi ""Arzu" tramvayı" (ing. A Streetcar Named Desire) filmində Stenli Kovalski obrazı və canlandırdığı Terri Malloy roluna görə Oskar mükafatına layiq görüldüyü "Sahil xətti" (ing. Waterfront) böyük rol oynayıb. Aktyorun sənət karyerasının zirvəsində Frensis Ford Koppolanın rejissoru olduğu "Xaç atası" (ing. The Godfather) filmində yenə də Oskarla təltif olunduğu Vito Korleone rolunun ifası dayanır.
Filmoqrafiya
redaktə- Limanda (film, 1954) / On the Waterfront
- Xaç atası (film, 1972) / The Godfather
- Parisdə sonuncu tanqo (film, 1972) / Paul
İstinadlar
redaktə- ↑ 1 2 https://m.imdb.com/name/nm0660327/trivia.
- ↑ 1 2 Freebase (ing.). 2007.
- ↑ 1 2 Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Marlon Brando // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118514377 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
redaktə- Marlon Brando: "Mən heç zaman çəkilməyi xoşlamamışam". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 34–37.
- Marlon Brando, Oscar-Winning Actor, Is Dead at 80
- Obituary from The Washington Post
- http://film.guardian.co.uk/features/featurepages/0,4120,1473954,00.html Long article on auction of Brando's possessions at The Observer