Mayonez - Wikipedia
Mayonez (fr. mayonnaise)[1] — bitki yağı, yumurta sarısı[2], sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartmalarında istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70–80 % olmalıdır[3][4].
Haqqında
redaktəMayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir, lakin təəssüf ki, hal-hazırda mayonezlərin çoxunun tərkibində modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb. Belə yağların mayonezin tərkibində olub-olmadığını necə bilmək olar? Bu sualın cavabını mayonezin etiketində tapa bilərsiniz. Əgər məhsulun tərkibində "yüksək keyfiyyətli bitki piyi" ("высококачественный растительный жир") varsa, deməli, burada təbii bitki yağından söhbət gedə bilməz. Onun yerini bu konkret məhsulda kimyəvi modifikasiya olunmuş yağlar tutur ki, bu yağların molekulları təbiətdə yoxdur. Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır. Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır.[5]
Tərkibi və hazırlanması
redaktə- Yumurta — 4 dənə
- Zeytun yağı — ½ litr
- Şəkər tozu — 1 ç.q.
- Duz — 2 ç.q.
- Xardal — 2 ç.q.
- Üzüm sirkəsi — 2 x.q.
- Qara istiot — zövqə görə Yumurtanın sarısını ağından ayırın və xardal, duz və istiotla yaxşı-yaxşı çalın. Sonra çalmağı davam edib kütləyə damcılarla zeytun yağını əlavə edin. Kütləyə yağın 1/3 hissəsi daxil edəndən sonra yağı nazik şırnaqla tökmək olar. Axırda kütlə həmcins və qatı olmalı, qabın divarlarından asanlıqla ayrılmalıdır. Bundan sonra mayonezə sirkə ələvə etmək lazımdır. Ev şəraitində hazırlanan mayonezi soyuducuda 72 saat saxlamaq olar. Mayonezə blenderdən keçirilmiş göyərti də əlavə etmək olar. Bu ona xüsusi və gözəl tam verəcək.[6][7][8][9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Mayo - Definition and More from the Free Merriam-Webster Dictionary". Merriam-webster.com. 29 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2015.
- ↑ "Science of Eggs: Egg Science". Exploratorium.edu. 14 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2011.
- ↑ Moran, Victoria; Moran, Adair. Main Street Vegan: Everything You Need to Know to Eat Healthfully and Live Compassionately in the Real World. Penguin. 2012. səh. 168. ISBN 9781101580622. 13 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2015.
- ↑ "Le cuisinier impérial, n." Le cuisinier impérial. Barba (1806). 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2014.
- ↑ "Mayonez haqqında bilmədiklərimiz - kayzen.az". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
- ↑ "Təbii mayonezin hazırlanma qaydası". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
- ↑ "Main Street Vegan: Everything You Need to Know to Eat Healthfully and Live ... - Victoria Moran, Adair Moran - Google Books". Books.google.com. 26 April 2012. 2 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2015.
- ↑ Goldstein, Katherine. "Vegenaise vs. Mayonnaise: Why Vegan-substitute mayo is better than regular mayonanaise". Slate.com. 27 December 2013. 3 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2015.
- ↑ "Plamil: Egg Free Mayonnaise". Plamilfoods.co.uk. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2015.