Mehdiyye Usyani - Wikipedia
Mehdiyyə üsyanı və yaxud İngiltərə-Sudan müharibəsi (ərəb. الثورة المهدية; 1881–1899) — Sudanda özünü "Mehdi" (Məsih) elan edən Məhəmməd Əhmədin başçılıq etdiyi üsyan. Hərəkat üsyan kimi başlasa da, sonradan Məhəmməd Əhməd bin Abdullanın ardıcılları ilə əvvəlcə Misir xidivliyi qüvvələriylə sonra isə İngiltərə ordusu arasında genişmiqyaslı müharibəyə çevrilib. On səkkiz illik müharibə Britaniya imperiyasının və Misir krallığının de-yure kondominiumu olan İngilis-Misir Sudanının (1899-1956) nominal olaraq birgə idarə olunması ilə nəticələndi. Bu zaman İngiltərə Sudan üzərində faktiki nəzarətə malik idi. Mehdiyyəlilər Sudanın qonşularına qarşı bir neçə uğursuz hücum həyata keçirdilər. Bununla onlar münaqişənin miqyasını təkcə Britaniya və Misiri deyil, həm də İtaliya krallığı, Konqo Azad Dövləti və Efiopiya imperiyasını əhatə edəcək şəkildə genişləndirdilər.
Mehdiyyə üsyanı | |||
---|---|---|---|
| |||
Tarix | 1881—1899 | ||
Yeri | Sudan | ||
Səbəbi | Misir istilasına qarşı | ||
Nəticəsi | Britaniya və Müttəfiqlərin qələbəsi | ||
Ərazi dəyişikliyi | Sudan, Misir, Eritreya, Efiopiya, Uqanda | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Britaniyanın müharibədə iştirakı Sudan kampaniyası adlanır. Tarixşünaslıqda bu müharibə digər adlara da malikdir - Mehdiyyə üsyanı, İngilis-Sudan müharibəsi və Sudan Mehdiyyəsi üsyanı.
Tarixi
redaktəTarixi və üsyanın səbəbləri
redaktə1819-cu ildə Məhəmməd Əli tərəfindən fəth edildikdən sonra Sudan Misir administrasiyası tərəfindən idarə edilirdi. XIX əsrin ikinci yarısında Sudanda Böyük Britaniyanın təsiri artdı. Misir xədivi ingilis, general Çarlz Corc Qordonu Sudanın general-qubernatoru təyin etdi.
Dini lider Məhəmməd Əhməd (Məhəmməd ibn Abdullah) 1881-ci ildə özünü “Mehdi” elan etdi və türk-Misir bürokratiyasına qarşı üsyana rəhbərlik etdi. Mehdi vergilərin ləğvini elan etdi osmanlılara və misirlilərə qarşı müqəddəs müharibə (cihad) üçün ordu yaratmağa başladı. Qərbi və mərkəzi Sudanın tayfalarını birləşdirməyə çalışdı.
1881-ci ilin mayında Misir hakimiyyət orqanları izahat almaq üçün Məhəmməd Əhmədi Xartuma çağırdılar. Lakin o, tələbi yerinə yetirməkdən imtina etdi. Sudan general-qubernatoru Rauf Paşa (Misir) Mehdi ilə bağlı məlumatı ciddiyə almayaraq üsyanı yatırmaq üçün cəmi iki bölük əsgər göndərdi. Avqustun 11-də müxtəlif istiqamətlərdən hərəkət edərək Mehdinin yerləşdiyi iddia edilən Əba adasına iki istiqamətdən daxil oldular. Bölüklər gecə vaxtı bir-biri ilə qarşılaşdılar və bu zaman onlar qarşılarında düşmən olduğuna qərar verərək öz aralarında döyüşməyə başladılar. Odlu silahı olmayan mehdiçilər hava qaralana qədər gizləndilər.[1] Abdullann dəstəsi Misir bölüyünü qəfil yaxaladı və darmadağın etdi. Bu uğur üsyançıların əhval-ruhiyyəsini yüksəltdi, tərəfdarlarının sayını artmasına gətirib çıxardı.
Üsyanın gedişi
redaktəMisir hakimiyyət orqanlarının növbəti təqiblərindən qorxan Məhəmməd Əhməd və tərəfdarlarının bir hissəsi (ənsarlar) 1881-ci ildə bir sıra şəhərləri işğal edərək Kordofana getdilər. Yol boyu onlara kəndlilər, köçərilər, sənətkarlar və qaçaq qullar da daxil olmaqla bir çox şəxslər qoşuldu. Mehdinin fəaliyyətini Sudan qəbilələrinin bəzi rəhbərləri, eləcə də ərəb qul tacirləri dəstəkləyirdi. Çünki, onlar Misir hakimiyyətinin Britaniyanın tələbi ilə qul ticarətini qadağan etməsindən narazı idilər. 1882-ci ilin sentyabrına qədər Sudanın yalnız Bira və El-Obeyid şəhərləri bu bölgəsindəki ingilis-Misir qoşunlarının nəzarəti altında qaldı.[2] Lakin onlar da 1883-cü ilin əvvəlində Mehdiyyəlilərə təslim oldu.
Tədricən qiyam Darfur, Ekvatoriya və Bəhr əl-Qəzal əyalətlərinə yayıldı. Şeykanda 8000 nəfərlik Misir dəstəsini məğlub etdikdən sonra Mehdiyyəlilər Darfuru fəth etdilər. General-qubernator Rauf Paşa heç bir nəticə çıxarmadan üsyanı yatırmaq üçün Cebel Kadir və Faşo (Kodok) hakimi Yusif Paşanın komandanlığı ilə 4000 döyüşçü göndərdi. Lakin Misir ordusu səhrada gedən döyüşlərin xüsusiyyətlərini nəzərə almadı və Məhəmmədin ordusu taktiki cəhətdən bacarıqlı şəkildə döyüşdən yayındı. Mehdiyyəlilər vaxtaşırı kiçik hücumlarla Yusif Paşanın qüvvəsini tükətmək taktikasını seçdilər. İçməli sus qıtlığından əziyyət çəkən hökumət qoşunları sonda məğlub oldu. Faşodadan göndərilən Misir dəstəsi 1881-ci il dekabrın 9-na keçən gecə pusquya düşdü və darmadağın edildi.[3] Üsyançılar çoxlu silah-sursat, hərbi geyim və digər ləvazimat ehtiyatlarını ələ keçirdilər.[4]
Yusif Paşa üzərində qələbə ümumi üsyana səbəb oldu. Sudanın bütün əhalisi Məhəmməd “Mehdini” kimi tanıdı. Sudanda Misirin hakimiyyəti devrildi. Misirin Sudanı itirməsi, həmçinin Böyük Britaniya ilə bəzi fikir ayrılıqları onların arasında hərbi münaqişəyə gətirib çıxardı. Misir Süveyş kanalından ingilis gəmilərinin keçməsi üçün öz şərtlərini qoydu. Belə vəziyyət isə ingilis kraliçasını qane etmirdi. Qısa müddət sonra Misir işğal edildi və ingilis protektoratına çevrildi.
Məhəmməd Əhməd Məhəmməd peyğəmbərin həyatı ilə paralellər apararaq hərəkatını legitimləşdirdi. O, öz ardıcıllarını Mədinədə Peyğəmbəri qarşılayan insanların şərəfinə ənsar adlandırdı, ingilislərdən qaçmasını isə Peyğəmbərin qureyşlərdən getməsi ilə müqayisə edərək hicrət adlandırdı. Məhəmməd Əhməd həmçinin dörd saleh xəlifədən üçünü təmsil etmək üçün sərkərdələr təyin etdi. Məsələn, o, onun varisi olan Abdullah ibn Məhəmmədi peyğəmbərin varisi (xəlifəsini) Əbu Bəkr əs-Sidiqi təmsil etdiyini elan etdi.
1883-cü ilin fevralında üsyançılar Kordofan əyalətinin inzibati mərkəzi olan Əl-Obeyidi işğal etdilər.
1883-cü ilin payızında ingilis generalı Uilyam Hiksin komandanlığı altında Misir ekspedisiya ordusu Xartumda cəmləşmişdi. Onun tərkibində - 7000 piyada, 900 süvari, yarım nizamsız (başi-bazuklar) dəstəsi, 14 top daxil idi. Korpusu 2000 xidmətçi də müşayiət edirdi. Hiksin pis hazırlıqlı və zəif motivasiyalı Misir əsgərlərindən narazı olmasına baxmayaraq, general döyüşə getməyə məcbur oldu. Uinston Çörçillin sözlərinə görə general Hiksin ordusu “bəlkə də indiyə qədər müharibəyə gedən ən pis ordu idi". Ordu maaşsız, təlimsiz və intizamsız şəkildə qurulmuşdu. Bu səbəbdən əsgərlərinin zabitlərindən daha çox düşmənləri ilə ortaq cəhətləri var idi.[5]. 1883-cü ilin noyabrında Əl-Obeyid yaxınlığında zəif silahlanmış ənsarlar Hiksin qoşunlarını məğlub etdilər. Döyüşdən yalnız 500-ə yaxın misirli sağ çıxa bildi.[6].
1883-cü ilin dekabrında Darcurun müdafiəsinə cavabdeh olan keçmiş Avstriya zabiti Slatin Paşa təslim oldu. 1884-cü ilin mart-aprel aylarında Berbera və Donqola bölgələrində üsyanlar baş qaldırdı.
General Qordon
redaktəMisir hakimiyyəti mehdiyyəlilərə qarşı yeni qüvvələr toplamaq qərarına gəldi, lakin ingilislər onları fikrindən daşındırdılar. 1884-cü il yanvarın 8-də Britaniya hakimiyyəti general Qordona Xartumda mühasirəyə alınan misirlilərin təxliyə əməliyyatına rəhbərlik etmək tapşırığı verdi. 1884-cü il fevralın 18-də Xartuma gəldikdən sonra Qordon Məhəmməd Əhmədə onu Kordofan hökmdarı kimi tanımaq, qul alverinə icazə vermək və onunla ticarət əlaqələri qurmaq müqabilində əsirləri azad etmək təklifini irəli sürdü.[7][8] Məhəmməd Əhməd onun təklifini rədd etdi və avqustun 22-də ordusu ilə Xartum üzərinı yeridi.
Sudanın şərqində, Qırmızı dənizin yaxınlığında Misir hökuməti daha bir üsyan ocağına - özünü Mehdinin davamçısı elan edən Osman Dinya tərəfindən toplanan ordunu darmadağın etməyə çalışırdı. Osman Dinya Tornaçı şəhərini mühasirəyə aldı. İngilis zabiti Valentin Beykerin komandanlığı altında 3500 misirli əsgərdən ibarət hərbi dəstə şəhəri blokadadan çıxardı. Cəmi min üsyançı ilə Dinya 1884-cü il fevralın 4-də qəfil hücuma keçdi və Beykerin dəstəsini tamamilə darmağın etdi. Tezliklə o, Tornaçısı da ələ keçirdi. Şəhər qarnizonu bütünlüklə qılıncdan keçirildi.
Buna cavab olaraq, ingilislər tələsik general Cerald Qrehamın komandanlığı altında ümumBritaniya ekspedisiya qüvvələri yaratdılar. 29 fevral 1884-cü ildə Qrem Əl-Təb döyüşündə Mehdiyyəlilərlə qarşı-qarşıya gəldi. Döyüşün nəticəsi Mehdiyyəlilərin tam məğlubiyyəti oldu.
Əl-Təbdəki qələbəyə baxmayaraq, Qrem başa düşdü ki, Dinyanın əsas qüvvələri hələ də döyüş qabiliyyətinə malikdir. Belə ki, Mehdiyyəlilər yerli əhali arasında geniş dəstəyə malikdirlər. Qrehamın ikinci ekspedisiyası nəhayət Mehdiyyəliləri məğlub etmək üçün 10 mart 1884-cü ildə Suakindən yola düşdü. Martın 13-də Tomai döyüşü baş verdi. Bu döyüşdə ingilislər böyük itki versələr də qalib gəldilər. İngilislər bu məğlubiyyətin Osman Dinyanın nüfuzuna ciddi zərbə vuracağına ümid edirdilər. Lakin bu baş vermədi və Qrehemin qoşunları Sudanı tərk etdikdən sonra o, tədricən öz qüvvəsini bərpa etdi.[9]
Qordon oktyabr ayından Mehdiyyəlilər tərəfindən mühasirəyə alınan Xartumun müdafiəsini təşkil etməyi bacardı. Lakin o, vaxtında Böyük Britaniyadan və Emin Paşadan əlavə yardım ala bilmədi.
İctimai rəyin təzyiqi altında Britaniya hakimiyyəti Xartumu blokadadan çıxarmaq üçün ekspedisiya göndərmək qərarına gəldi. Onun komandanlığı general Garnet Vulzliyə həvalə edildi. Vulzliyin ekspedisiya qüvvəsi əvvəlcə dəvələrə minmiş cəmi 1100 nəfərdən ibarət idi. 1884-cü il dekabrın 30-da o, Xartuma doğru yürüşə başladı. Lakin ekspedisiya çox yavaş hərəkət edirdi, çünki, ona Nil çayının daşqınları mane olurdu. Yürüş zamanı dəstə daha 800 nəfər ilə gücləndirildi. 1885-ci il yanvarın 17-də Abu-Kleya quyularının yanında ingilisləri Mehdiyyəlilərin ordusu qarşıladı. Ağır döyüş oldu. Abu Klea döyüşü ingilislər qalib gəldi. Lakin onların itkiləri bütün ekspedisiya qüvvələrinin demək olar ki, yarısını təşkil etdi.[10]
1885-ci il yanvarın 25-dən 26-na keçən gecə Mehdiyyəlilər Xartumu ələ keçirdilər.[11] Nəhayət, ingilis qoşunları (Nil Ekspedisiyası) Qordonu xilas etmək üçün Xartuma yaxınlaşdıqda, şəhər on aylıq mühasirədən sonra artıq alınmışdı. Şəhərin müdafiəsinə başçılıq edən general-qubernator Çarlz Qordon sarayının pilləkənlərində öldürüldü. Mehdiyyəlilər onun başı kəsdilər.[12] Garnet Vulzlinin tükənmiş ekspedisiya qüvvəsi geri qayıtdı. Ağır zəhmətlə yığılıb çatdırılan azuqə və ehtiyatlar Nil çayında batırıldı.
Mehdiyyə dövləti
redaktə1885-ci ilin martında ingilislər yenidən Osman Dinya qüvvələrinə qarşı Suakinli Qrehamın rəhbərliyi altında qoşun göndərdilər. 1885-ci il martın 22-də Tofrek döyüşü baş verdi. Döyüşdə mehdiyyətlər cəsur şəkildə döyüşsələrdə məğlub oldular. Lakin bundan sonra 1898-ci ilə qədər ingilislər mehdiyyətlərə qarşı heç bir tədbir görmədilər.
Məhəmməd Əhməd Omdurmanı öz paytaxtı elan etdi. 1885-ci ilin yayında Qırmızı dəniz sahilindəki Suakin limanı və şimalda Halfa Vadisi istisna olmaqla, demək olar ki, bütün ölkə onun nəzarətinə keçdi. Məhəmməd Əhmədin qurduğu rejim (Mehdiyə) ənənəvi İslam hüququna və şəriət məhkəmələrinə əsaslanırdı. İman şəhadətinə Mehdiyə inam və Məhəmməd Əhmədin “peyğəmbərin vəlisi” və “Məsih” (Allahın Mehdisi) elan edilməsi daxil idi. Məkkəyə həcc ziyarəti (həcc) müqəddəs müharibədə (cihad) iştirakla əvəz olundu. Məcburi sədəqə (zəkat) dövlət vergisinə çevrildi. Sudan knyazlıqlarının və tayfalarının sərbəst ittifaqı qəbilə zadəganlarının rəhbərlik etdiyi mərkəzləşdirilmiş teokratik dövlətə çevrilirdi.
1885-ci ilin iyununda Məhəmməd Əhməd tif xəstəliyindən vəfat etdi. Onun qurduğu dövlət Qırmızı dəniz sahillərindən Mərkəzi Afrikaya qədər uzanırdı. Məhəmməd Əhmədin naibləri arasında hakimiyyət uğrunda kəskin mübarizə ona gətirib çıxardı ki, sonda Abdullah ibn əl-Səid Məhəmməd Mehdiyyə dövlətinin başçısı oldu. O, dövlət başçısının xəlifə adlandırılmasını tətbiq etdi. Xəlifə yeni feodal zadəganlarına əsaslanan bir rejimin yaradılmasını başa çatdıraraq, Məhəmməd Əhməd bir çox tələbələrini və ailə üzvlərini hakimiyyətdən uzaqlaşdırdı.[2]
Qurucusunun vəfatından sonra Mehdiyyə dövləti daha on beş il yaşadı. Abdulla Mehdiyyə dövlətini xeyli gücləndirdi. O, ayrı-ayrı tayfa başçılarının separatizmini aradan qaldırmağa, silah istehsalını qurmağa və güclü ordu yaratmağa nail oldu. Əvvəlki “Allah yanında” hamının bərabərliyi şüarları unuduldu.
Mehdiyyə ordusu 800 nəfərdən 1200 nəfərə qədər dəstələrə bölündü. Hər diviziya üç döyüş dəstəsindən: nizəçilərdən, oxatanlardan və atlılardan, habelə inzibati bölükdən ibarət idi. Üsyanın əvvəlində demək olar ki, bütün mehdiyyəlilər yalnız geniş bıçaqlı uzun nizə, qılınc və xəncərlərlə silahlanmışdı. Bu kampaniyalar zamanı Misir ordusundan 21 minə yaxın tüfəng ələ keçirildi. Sonda Mehdi ordusunun on bir altı toplu artilleriya batareyası var idi. 156 artilleriyaçı Misir ordusunda təlim keçmişdi.
1896-cı ildə ordu təxminən aşağıdakı heyətdən ibarət idi:
- Omdurman: 15.000 tüfəngçi, 45.000 nizəçi, 3.500 süvari, 46 top;
- Misir sərhədi: 4600 tüfəngçi, 8000 nizəçi, 1200 süvari, 18 top;
- Şərqi Sudan: 6900 tüfəngçi, 1100 nizəçi, 2150 süvari, 4 top;
- Qərbi Sudan: 6000 tüfəngçi, 2500 nizəçi, 350 süvari, 4 top;
- Cənubi Sudan: 1800 tüfəngçi, 4500 nizəçi, 3 top.[13]
Üsyanın sonu
redaktəSudanın Ekvatoriya vilayətinin qubernatoru Emin Paşa kimi tanınan alman Eduard Şnitzer idi. Mehdiyyə üsyanı səbəbindən Emin Paşanın idarəsinin xarici aləmlə əlaqəsi kəsildi. Avropa ilə əlaqə Vasili Yunker vasitəsilə həyata keçirilirdi. 1886-cı ildə ona kömək etmək üçün göndərilən Henri Morton Stenlinin başçılıq etdiyi ekspedisiya 1889-cu il dekabrın 4-də Albert gölünün sahilindəki Kinqanidə Emin Paşa dəstəsi ilə əlaqə saxlamağa müvəffəq oldu.
Abdulla ilə mübarizə aparmaq üçün Böyük Britaniya Sudanın dəniz sahillərini blokada təşkil edərək, 1885-ci ildə Efiopiyanı Mehdiyyə Sudanına qarşı müharibəyə təhrik etdi.[14] İngilislərin bununla hər iki dövləti müharibə ilə tükəndirmək məqsədi güdürdü. 1887-ci ildə Sudan dəstələri Qonder şəhərini ələ keçirərək qarət etdilər. 1889-cu ilin martında Metemmada döyüşündə efiopiyalıların qüvvələrini məğlub etdilər. Döyüşdə Efiopiya imperatoru Nequs IV Yohannisi öldürdülər.[14]
Eyni zamanda Konqoda belçikalılara və Eritreyada italyanlara qarşı hücumlar (Birinci Aqordat döyüşü, Serobeti döyüşü) Abdullaya uğur gətirmədi.[15]
1896-cı ilin martında Herbert Kitçenerin komandanlığı altında İngiltərə-Misir qoşunları Mehdiyyə Sudanına qarşı hücuma keçdi. Kitçener yavaş-yavaş və metodik şəkildə kampaniya aparırdı. O, ordu arası təchizatı və rabitəni təmin etmək üçün tə təhlükəsizliyi qorumaq məqsədilə qoşunun irəlilədiyi yollar boyunca anbarlar tikir, istehkamlar qururdu.[16] Nil çayı əsas nəqliyyat arteriyası kimi istifadə olunurdu. Lazım olan hər şeyin çoxu məhz onun vasitəsilə çatdırılırdı. Kitçenerin əsas qüvvəsi olan "Çay Kalonu" Nil boyunca irəliləyirdi. O, Hunterin komandanlıq etdiyi 7000 əsgəri olan Misir piyada diviziyasından ibarət idi. İkinci dəstə - "səhra sütunu" isə səhradan irəliləyirdi. Onun da sayı 2100 nəfər təşkil edirdi.
Firkət istehkamına hücum Kitçenerlə Mehdiyyəlilər arasında ilk ciddi döyüş oldu. Tezliklə ingilislər ciddi problemlə üzləşdilər. Belə ki, onlar Nillə irəliləyərkən çayın aşağı axarlarında daş və qumla örtülmüş keçidlərlə qarşılaşdılar. Kitchener çayın çətin keçilən hissəsini adlamaq üçün dəmir yolu çəkməyə qərar verdi. Bu müddət ərzində ekspedisiya qüvvələri ağır vəba epidemiyasından əziyyət çəkirdi. Donqola ekspedisiyası zamanı 235 nəfər vəbadan öldü.[17] Kampaniyada uğur qazanmağa həvəsləndirmək üçün Kitchener və Hunter general-mayor rütbələrinə yüksəldildilər.
1896-cı ilin sentyabrında Donqolaya edilən hücumda tikilmiş dəmir yolu xətti ingilislərə böyük üstünlük qazandırdı. Müasir İngilis ordusunun tüfəngləri və topları sudanlılara heç bir şans tanımadı. Şəhər böyük itki verilmədən alındı.
1898-ci ilin martında Kitçner son hücuma başladı. Yalnız aprel ayında Mmehdiyyəlilərlə ilk böyük toqquşma Nil çayının qolu olan Ətbar çayı sahilində baş verdi. Bu döyüşdə də Mehdiyyəlilər məğlub oldular.
1898-ci il sentyabrında Kitçener Mehdiyyə dövlətinin paytaxtı Omdurman şəhərinə hücuma keçdi. Həlledici döyüş məhz burda baş verdi. Sentyabrın əvvəlində baş tutan Omdurman döyüşündə Mehdiyyə dövləti 50.000 minlik ordusunun yarısını itirdi.[18] Mehdiyyəlilər General Kitçenerin başçılıq etdiyi İngiltərə-Misir qoşunları tərəfindən darmadağın edildi. Bununla Məhəmməd Əhmədin yaratdığı dövlət süquta uğradı. Onun nəşi Omdurmandakı məqbərədən çıxarılaraq paroxodun ocağında yandırıldı və külü Nil çayına töküldü.[2] Lord Məhəmməd Əhmədin kəsilmiş başını kerosinin içində konteynerlərdə İngiltərəyə gətirdi.[19] Bernard Şou bu hərəkəti Stüartlar zamanında Oliver Kromvelin nəşinin qalıqlarının təhqir edilməsi ilə müqayisə etdi.[20]
Kitçenerin kampaniyasında ingilis-Misir ordusu böyük itkilər vermədi. Sudanlıların isə itkiləri ağır oldu.
- Mehdiyyəlilər: 30.000 ölü, yaralı və ya əsir düşdü
- İngilis-Misir: 700-dən artıq ingilis, Misir və Sudanlı ölü, yaralı və ya əsir düşdü.
İngilislərə məğlub olan Abdulla Sudanda partizan müharibəsinə başladı. Lakin 1899-cu ilin sonunda Kordofan əyalətində Ümm Divaikarat döyüşündə həlak oldu.
Nəticə
redaktəMehdiyyə üsyanının yatırılması ilə Mehdiyyə dövləti də süquta uğradı. Üsyan dövründə 1881-1898 -ci illərdə müstəqil olan Sudan yenidən işğal olundu. İngilislər Sudanda yeni müstəmləkə sistemini - İngiltərə-Misir administrasiyasını qurdular. Bu da faktiki olaraq Sudan üzərində İngilis hökmranlığı demək idi. Yeni dövlət İngilis-Misir Sudanı adlanırdı. Beləliklə Sudan 1899-cu ildən 1956-cı ilə qədər Misir və Böyük Britaniyanın kondominiumu şəklində idarə olundu. Sudan yalnız 1956-cı ildə yenidən müstəqilliyini bərpa etməyə nail oldu.
Məhdiyyəlilərin hərbi simvolları
redaktəGeyim və toxuculuq məmulatları
redaktəMəhdiyyət qüvvələrinin təşkilatlanmasında tekstil məmulatları mühüm rol oynayırdı. Belə ki, ənsarın döyüşdə geydiyi və istifadə etdiyi bayraqlar, ələmlər və üst köynəyi (cibbə) həm hərbi, həm də dini əhəmiyyətə malik idi. Nəticədə, bu kimi tekstil məmulatları 1899-cu ildə Omdurman döyüşündə Britaniyanın Mehdiyyə qüvvələr üzərində qələbəsindən sonra Britaniyaya aparılan hərbi qənimətlərin böyük bir hissəsini təşkil edirdi.[21] Məhdiyyət bayraqları və cibbələr Sudanda sufi təriqətlərinin tərəfdarları tərəfindən istifadə edilən ənənəvi tekstil üslublarına uyğunlaşdırılmışdı. Mehdiyyə müharibəsi dövründə, bu tekstil məmulatları daha da standartlaşdırıldı. Belə ki, onlar hər hansı bir hərbi rütbə və hərbi birləşmə üçün fərqli olurdu. Bu fərqlilik rənglərlə ifadə edilirdi.
Mehdiyyə bayrağı
redaktəSufi bayraqlarında adətən müsəlman Kəlmeyi-şəhadətnaməsi - "Allahdan başqa Allah yoxdur; Məhəmməd Allahın Rəsuludu" və müqəddəs kimi qəbul edilən təriqətin yaradıcısının adı yazılırdı. Mehdi bu bayrağın formasını hərbi məqsədlər üçün uyğunlaşdırmışdı.[22] The Bayrağa qurandan bir sitat əlavə edilmişdi - "Ya allah ya hey ya qayyum ya xi'l-cəlal vəl-ikram" (Allahım! Ey əbədi diri, ey əbədi, ey əzəmət və səxavət sahibi) - və irəli sürülən şüar – “Məhəmməd əl-Mehdi xəlifət rəsulullah” (Məhəmməd əl-Mehdi Allah elçisinin canişinidir).
Xartumun süqutundan sonra Omdurmanda “Bayraq dərzisi” yaradıldı. Bayraqların istehsalı standartlaşdırıldı və bayraqların rəngi və yazıları ilə bağlı qaydalar müəyyən edildi. Mehdiyyə qüvvələri daha da təşkilatlandıqca “bayraq” (rayya) sözü qoşun bölgüsü və ya bir komandirin tabeliyində olan qoşun birləşmələri mənasına gəldi.[23] Bayraqlar Məhdiyyə ordusunun üç əsas bölməsinin - Qara, Yaşıl və Qırmızı Bayraqların (riayyət) birbaşa əsgərlərini istiqamətləndirmək üçün rəng kodu idi.
Mehdiyyə cibbəsi
redaktəYamaqlı muraqqaa və daha sonra cibbə sufi dini təriqətinin ardıcılları tərəfindən ənənəvi olaraq geyilən paltar idi. Cırıq, yamaqlı paltar onun sahibinin maddi sərvətdən imtina etməsini və dini həyat tərzinə bağlılığını simvolizə edirdi.[24] Məhəmməd Əhməd əl-Mehdi fərman verdi ki, bu paltarı döyüşdə bütün əsgərləri geyinsin. Dini geyimi hərbi geyim kimi qəbul etmək qərarı, onun qüvvələri arasında nizamı və birliyi gücləndirdi. Bu həm də müxtəlif qəbilələri fərqləndirən ənənəvi vizual nişanələri aradan qaldırdı.[25] XIX əsrin sonunda Mehdiyyə və İngiltərə-Misir qüvvələri arasında gedən qarşıdurma illərində Mehdiyyə hərbi cibbəsi getdikcə daha da təkmilləşdi və yamaqlar geyənin rütbəsini və hərbi bölgüsünü ifadə etmək üçün rəng kodlu oldu.[25]
Mədəniyyətdə
redaktəBədii ədəbiyyatda
redaktə- "Afrika səhrada və cəngəllikdə" — Henrik Senkeviçin romanı.
- "İşıq söndü" — Redyard Kiplinqin romanı.
- "Fuzi- Vuzzi — Redyard Kiplinqin məşhur şeiri.
- "Çay müharibəsi" — üsyanın yatırılmasında iştirak edən Vinston Çörçillin kitabı.
- "Dörd lələk" — Alfred Meysonun (1902) macəra romanı.
- "Günəşin Zəfəri" — Uilbur Smitin tarixi macəra romanı.
Kinoda
redaktə- "Dörd lələk" (The Four Feathers) — rejissor Zoltan Korda (Böyük Britaniya, 1939).
- "Dörd lələk" (The Four Feathers) — rejissor Şekhar Kapur (ABŞ, 2002).
- "Şərqi Sudan" (East of Sudan) — rejissor Neytan Juran (Böyük Britaniya, 1964).
- "Xartum" (Khartoum) — rejissor Basil Dearden (Böyük Britaniya, 1966).
İstinadlar
redaktə- ↑ Churchill, 1902. səh. 28
- ↑ 1 2 3 Дамье В.
- ↑ Churchill, 1902. səh. 29
- ↑ Churchill, 1902. səh. 30
- ↑ Churchill, 1902. səh. 31
- ↑ Churchill, 1902. səh. 33
- ↑ Strachey, Lytton (1918), Eminent Victorians [1] Arxivləşdirilib 2021-01-11 at the Wayback Machine, pp. 194 & 199
- ↑ Churchill, 1902. səh. 39
- ↑ Spiers Edward M.(2005), Dervishes and Fanaticism: Perception and impact, in Hughes M. and Johnson G., Fanaticism and Conflict in the Modern Age, Cass Series—Military History and Policy. Available here Arxiv surəti 10 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
- ↑ McGonagall, William. "The Battle of Abu Klea". McGonagall Online. 1885. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ Isba, Anne. Gladstone and Women. 2006. səh. 193. ISBN 9781852854713. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ A Prisoner of the Khaleefa - Ten Years Captivity at Omdurman (Chapman and Hall, 1899), Chapter XXV – How Gordon Died, pp. 300–324, and Appendix 2, pp. 334–337
- ↑ Omdurman 1898. Kitchener’s victory in the Sudan, S. 22 ff
- ↑ 1 2 Henze, Paul B., Layers of Time: A History of Ethiopia, New York: Palgrave, 2000, 155–58
- ↑ Barclay, Glen St John. The rise and fall of the new Roman empire: Italy's bid for world power, 1890–1943. London. 1973. ISBN 9780283978623.
- ↑ Salomon, Noah. "Undoing the Mahdiyya: British Colonialism as Religious Reform in the Anglo-Egyptian Sudan, 1898–1914". en:University of Chicago Martin Marty Center. may 2004. 5 may 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2007.
- ↑ Egyptian Soudan Its Loss and Recovery, S. 154
- ↑ Omdurman 1898. Kitchener’s victory in the Sudan
- ↑ Уинстон Черчилль «Мои ранние годы», глава 17
- ↑ Шоу Б. Цезарь и Клеопатра // Полное собрание пьес в 6-и томах. 2. Л.: Искусство. Перевод М. Богословской и С. Боброва. 1979.
- ↑ F. Nicoll Material related to the Mahdīa Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine Retrieved December 21, 2020.
- ↑ F. Nicoll and O. Nusairi, Flags of the Mahdiyya Arxiv surəti 30 oktyabr 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 30 oktyabr 2020 at the Wayback Machine. Making African Connections. Retrieved December 21, 2020.
- ↑ D. Johsnon, A Note on Mahdist Flags Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. Savage and Soldier. Retrieved December 19, 2020.
- ↑ Mahdist Shirt; jibba Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. British Museum digital collection catalogue. Retrieved December 19, 2020.
- ↑ 1 2 The jibba: clothing for Sufi and soldier Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. Making African Connections. Retrieved December 19, 2020.
Ədəbiyyat
redaktə- Смирнов С. Р. Восстание махдистов в Судане. — М.—Л., 1950.
- Donald Feathertone: Omdurman 1898. Kitchener’s victory in the Sudan. Osprey, London 1993, ISBN 1-85532-368-0, (= Osprey military campaign series Band 29, englisch).
- W. Dennistoun Sword, Henry S. L. Alford: Egyptian Soudan. Its Loss and Recovery. With Records of the Services of the Officers (1896 — 8). Macmillan, London u. a. 1898 (Nachdruck: Naval & Military Press Ltd, Uckfield 2001, ISBN 1-84342-100-3, englisch).
- Churchill, Winston. The River War. Kessinger. 1902.
- Slatin, Rudolf Carl. Fire and Sword in the Sudan; a Personal Narrative of Fighting and Serving the Dervishes. 1879-1895. London: E. Arnold. 1896.
Xarici keçidlər
redaktə- Churchill, The River War
- Too late for Gordon and Khartoum, 1887
- Ten years captivity in the Mahdist camp
- Suakin 1885
- The Downfall of the Dervishes, 1898
- Sudan Campaign 1896–1899
- Дамье В. В. "Мухаммед Ахмед ибн Абдулла". ru:Кругосвет. İstifadə tarixi: 2014-10-26.
- Mehdiyyə üsyanı // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Англо-суданская война: 1884—1898
- The British Expedition to Rescue Emin Pasha