Menandr - Wikipedia
Menandr - Wikipedia - Haqqında Məlumat
Menandr Ellinizm dövrü yunan şairi və yeni attik komediyanın ən görkəmli nümayəndəsidir. Münsif məhkəməsi Kəsilmiş saç və Samoslu qız komediyaları dövrümüzə qədər gəlib çatmışdır.
Menandr | |
---|---|
yun. Μένανδρος | |
Doğum tarixi | ən tezi e.ə. 343 və ən geci e.ə. 344[1] |
Vəfat tarixi | ən tezi e.ə. 290 və ən geci e.ə. 291[1] |
Vəfat səbəbi | boğulma |
Təhsili | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | qədim yunan dili |
Janr | komediya |
Vikianbarda əlaqəli mediafayllar |
Onun bu əsərləri yeni komediyanın bütün xüsusiyyətlərini parlaq şəkildə əks etdirir. Bu əsərlərdə məişət mövzusu əsas yer tutur. Bunlar Aristofan dövrünün kəskin satirik və ifşaçı xarakter daşıyan komediyalarından tamamilə fərqlənir. Burada əvvəlki dövr əsərlərinə xas olmayan obrazlar işlənmişdir.
Menandrın komediyaları öz dövründə çox geniş yayılmasa da Roma komediyasının yaranmasına ciddi təsir göstərmiş və dünya ədəbiyyatının klassik irsinə daxil olmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 Oxford Classical Dictionary (ing.). / S. Hornblower, A. Spawforth, E. Eidinow Oxford: OUP, 2012. ISBN 978-0-19-173525-7