Muscari Armeniacum - Wikipedia
Erməni ilansoğanı (lat. Muscari armeniacum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT.
Erməni ilansoğanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Erməni ilansoğanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur. Yumurtalıq dairəvi, sütuncuğa bərabər və ya çox az uzundur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvə əmələgətirmə dövrümay ayına əsadüf edir. Mezokriptofit, duzadavamlıdır. Soğanaqla çoxalır.
Yayılması
redaktəLənkəranın dağlıq hissəsi (Lerik rayonu, Orand kəndi yaxınlığında, dəniz səviyyəsindən 1700 m hündürlükdədir).
Sayı və tendensiyası
redaktəPopulyasiyanın yegane lokaliteti olan Hirkan Milli Prakında qorunmasına baxmayaraq ətraf mühitin dəyişilməsindən asılıllığı azalma tendensiyasına səbəb olur.
Məhdudlaşdırıcı amillər
redaktəHal-hazırda populyasiyanın qorunmasına və sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması təhlükə yarada bilər.
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə heç bir tədbir görülmür. Yasaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
İstinadlar
redaktə- ↑ Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing.). 1999.