Naim Fraseri - Wikipedia
Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846[1][2] – 20 oktyabr 1900[1][2], İstanbul, Osmanlı imperiyası[3]) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir.
Naim Fraşeri | |
---|---|
Naim Frashëri | |
| |
Təxəllüsü | D. Keto |
Doğum tarixi | |
Doğum yeri | Fraşer, Osmanlı İmperiyası (indiki Albaniya ərazisi) |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Kadıköy, İstanbul, Osmanlı İmperiyası (indiki Türkiyə ərazisi) |
Vəfat səbəbi | xəstəlik |
Milliyyəti | alban |
Uşağı | Mehdi Fraşeri |
Təhsili | |
Fəaliyyəti | Şair, yazıçı, tərcüməçi |
Əsərlərinin dili | yunan dili, Alban dili, fars dili, türk dili |
İstiqamət | Romantizm |
Janr | lirika |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNaim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür. Burada o, qardaşı Sami ilə Zosimaya məktəbinə getmişdir.
Naim daha sonra Yanya, Bərat və Saradadada Osmanlı rəsmisi olmuş və 1882-ci ildə İstanbula gedərək Osmanlı mədəniyyət nazirliyində işləməyə başlamışdır.
Yaradıcılığı
redaktə21 əsərin və "Albaniya tarixi" (1895) ilə "İsgəndər bəy tarixi" tarixi əsərlərinin müəllifidir. Ölkəsinin dünyada tanınmasında rol oynamışdır. "İliada"nı tərcümə etmiş və jurnalist kimi də fəaliyyət göstərmişdir. 1886-cı ildə "Albanların əsl arzusu" ideoloji əsərini yazmışdır. "Drita" jurnalının çıxarılmasında pay sahibi olmuşdur.
Şair müasir Albaniya ədəbiyyatının qurucusu hesab olunur.
Əsərləri
redaktə- Kavâid-i farisiyye dar tarz-i nevîn (azərb. Yeni metoda görə fars dili qrammatikası), İstanbul, 1871.
- Ihtiraat ve kessfiyyat (azərb. İxtiralar və Kəşflər), İstanbul, 1881.
- Fusuli erbea (azərb. 4 Fəsil), İstanbul, 1884.
- Tahayyülat (azərb. Arzular), İstanbul, 1884.
- Bagëti e Bujqësi (azərb. Sürülər və Bitkilər), Buxarest, 1886.
- E këndimit çunavet (azərb. Oğlanlar üçün oxuyucu), Buxarest, 1886.
- Istori e përgjithshme për mësonjëtoret të para (azərb. Birinci dərəcəlilər üçün tarix), Buxarest,1886.
- Vjersha për mësonjëtoret të para (azərb. Birinci dərəcəlilər üçün ədəbiyyat), Buxarest, 1886.
- Dituritë për mësonjëtoret të para (Birinci dərəcəlilər üçün ümumi bilik), Buxarest, 1886.
- O alithis pothos ton Skypetaron (azərb. Albanlar üçün doğru arzu, yun. Ο αληθής πόθος των Σκιπετάρων), Buxarest, 1886.
- Luletë e Verësë (azərb. Yay Çiçəkləri), Buxarest, 1890.
- Mësime (azərb. Dərslər), Buxarest, 1894.
- Parajsa dhe fjala fluturake,(azərb. Cənnət və Uçan Dünya) Buxarest, 1894.
- Gjithësia (azərb. Omneiti), Buxarest, 1895.
- Fletore e bektashinjët, (azərb. Bəktaşi Dəftərçəsi) Buxarest, 1895.
- O eros (azərb. Sevgi, yun. Ο Έρως), İstanbul, 1895.
- Iliadh' e Omirit, azərb. İlliada, Buxarest, 1896.
- Histori e Skënderbeut (azərb. Skanderberq tarixi), Buxarest, 1898.
- Qerbelaja, Bucharest, (azərb. Kərbəla), 1898.
- Istori e Shqipërisë (azərb. Albaniya tarixi), Sofiya, 1899.
- Shqipëria (azərb. Albaniya), Sofiya, 1902.
Xarici keçidlər
redaktə- İngiliscə yaradıcılığı Arxivləşdirilib 2005-12-22 at the Wayback Machine
- Albanca bəzi şeirləri
- ↑ 1 2 Naim Frashëri // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Naim Frashëri // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ Фрашери Наим // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.