Naska Plitesi - Wikipedia
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal)