Norvec Denizi - Wikipedia
Norveç dənizi (ing. Norwegian Sea) — Rus və sovet hidroqlafları rəyinə əsasən Şimal Buzlu okeanına daxil olan və onun qutaracağında yerləşir. Skandinaviya yarımadası, İslandiya və Yan Mayen adaları arasında yerləşir.
Norveç dənizi | |
---|---|
ing. Norwegian Sea | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 1,400000 km² |
Həcmi | 2.000.000 km³ |
Dərin yeri | 3970 m |
Orta dərinliyi | 1600-1700 m |
Duzluluğu | 35 ‰ |
Yerləşməsi | |
67°52′32″ şm. e. 1°03′17″ ş. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Şimali Avropa |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dənizin mənsubluğu
redaktəSovet və Rus biblioqrafları dənizi Şimal Buzlu okeanına daxil olaraq, sərhədi Qrenlandiya, İslandiya, Farer adaları, Şetland adaları və Skandinaviya yarımadası arasından keçir. Bu qənaətə əsasən, Norveç dənizi Şimal Buzlu okeanına daxildir. Qərb mənbələri isə Ümumdünya Hidroqrafiya Cəmiyyətinin qərarına əsasən dənizi Atlantik okeanına daxildir. Belə ki, onun sərhədi Qrenlandiya, İslandiya, Şpitsberqen və Medvejnıy adaları və Norveç sahilləri daxildir.[1]
Fiziki və Coğrafi xüsusiyyətləri
redaktəSahəsi 1,4 milyon km², dərinliyi isə 3970 metr təşkil edir. Dənizin orta dərinliyi 1600–1700 m arasıdadır. Duzluğu 35 ‰ təşkil edir. Norveç dənizinə isti Qolfstrim cərəyanının bir qolu olan isti Norveç cərəyanı böyük təsir göstərir. Bu səbəbdən dəniz şimalda yerləşməsinə baxmayaraq qış ayları donmur. Dənizin Norveç sahilləri dayazdır və fiordlarla zəngindir. Sularında nisbətən iri adalar Sereya, Seylann, Anneya, Rinqvassey, Kvaleya və Senya adaları, kiçik adalara isə Kerterolen, Lofotenskie Denna, Veqa və Smela adaları daxildir.
Ehtiyatlar və Limanlar
redaktəBurada balıqçılıq və neftçıxarma sahələri inkişaf etmişdir. Əhəmiyyətli limanları əsasən Norveç sahillərindəki Tromse, Norvik və Tronxeym limanlarıdır.
Fauna və flora
redaktəŞimal dənizindən və Barens dənizindən balıqlar kürü qoymaq tökmək üçün Norveç dənizinin sahillərinə axın edir.
Müxtəlif balina növlərinə rast gəlinir.
İstinadlar
redaktə- ↑ "Dünya okean və dənizlərinin sərhədi, Ümumdünya Hidroqrafiya Cəmiyyəti, 1953" (PDF). 2011-10-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-03-14.