Yan Mayen - Wikipedia
Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir.
Yan Mayen adası | |
---|---|
norv. Jan Mayen | |
Ümumi məlumatlar | |
Sahəsi | 377 km² |
Uzunluğu |
|
Eni | 15 km |
Sahil uzunluğu | 124.100 m |
Hündür nöqtəsi | 2277 m |
Əhalisi | 18 nəfər |
Yerləşməsi | |
71°02′47″ şm. e. 8°13′49″ q. u.HGYO | |
Ölkə | Norveç |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəCoğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u.
- Torpaq sərhədlərinin uzunluğu: 0 km.
- Şahil xəttinin uzunluğu: 124,1 km.
Dəniz hüququ:
- ərazi suları:4 dəniz mili
- bitişik zona: 10 dəniz mili
- iqtisadi zona: 200 dəniz mili
- materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonası
İqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi.
Relyef: vulkanik mənşəlli ada. Bəzi hissəsi buzla örtülüdür.
Yüksəklik aralığı:
- minimum hündürlük: Norveç dənizi — 0 m
- maksimum hündürlük: Berenberq vulkanı — 2277,3 m.
Təbii ehtiyatlar: yoxdur
Torpaqdan istifadə:
- əkin sahəsi: 0 %
- daimi əkilən sahələr: 0 %
- digərləri: 100 % (2001)
Suvarılan torpaqlar: 0 km².
Təbii risklər: yatmış Berenberq vulkanı 1970-ci ildən fəallaşmışdır.
Ətraf mühit. Mövcud vəziyyət: qismən mamır və ot ilə örtülmüş, vulkanik ada.
Adanın uzunluğu — 55 km şimal-şərqdən cənub-qərbə).
Topoqrafiya
redaktəJan Mayen adası vulkanik mənşəli olub bəzi əraziləri buzlaqlarla əhatə olunmuşdur (117 km²). Ada iki hissədən ibarətdir ki, böyük bir hissəsi şimalda (Nord-Jan) və kiçik bir hissə cənubda (Sør-Jan) yerləşir. Onlarda təxminən 2,5 kilometr eni olan bərzəxlə birləşirlər.
Adanın yaranması 7000 mon il öncəyə aiddir.
Relyefi dağliqdır. Ən hündür zirvəsi olan Berenberq adanın şimalında yerləşir (2277,3 metr dəniz səviyyəsindən yuxarıda).
Bərzəxdə iki böyük su tutarı var: Cənubi laqun (Sørlaguna) və Şimali laqun (Nordlaguna).
Geologiya
redaktəAda Şimali Amerika plitəsi ilə Avrasiya plitəsinin qovşağından 170 km məsafədə yerləşir. Bu səbəbdən bölgədə yüksək tektonik fəaliyyət vardır.
Adanın şimal hissəsini təşkil edən Berenberq vulkanı Yer üzündə ən şimal fəal vulkandır. 1732-ci ildən 1985-ci ilə qədər olan dövrdə altı ədəd püskürməsi qeydə alınmışdır. Son püskürmələr 1970, 1973 və 1985-ci illərdə baş vermişdir. Ən güclü zəlzələ Rixter şkalasında 5 olmuşdur. 1970-ci ildəki püskürmə zamanı dənizə lava tökülməsi nəticəsində adanın sahəsi 4 kvadrat kilometrədək artmışdır.
İqlim
redaktəAdanın iqlimi dənizin stabilləşdirici təsirinə görə temperaturda kiçik fərqlər olur. Şimalına Qolfstrim cərəyanı təsir edir.
Adada yay ayları orta temperatur +5 °C, maksimal isə +18 °C-dir. Qışda orta temperatur −5 °C, nadir hallarda −20 °C olur.
Havalar tez-tez buludlu, xüsusilə payız və yaz mövsümlərində tez-tez duman müşahidə olunur. Tez-tez istiqamətini dəyişkən güclü küləklər əsir.
Flora
redaktəAdada əsl ağac və kollar yoxdur. Ancaq damarlı bitkilərin 76 növü mövcuddur. 2002-ci ildə isə yenisi aşkar edilmişdi. Xüsusilə damar bitkiləri arasında 3 dənəsi endemikdir və bu səbəbdən xüsusi qorunma tələb edir.
Yan Mayen florasına həmçinin 176 növ mamır, 140 növ şibyə və 66 növ göbələk daxildir.
Fauna
redaktəAdada 98 növ quş yaşayır. Onlardan 18 növü yuva qurur, daha 7 növün isə qurması ehtimal olunur. Adada məməlilərdən bəzən ağ və mavi arktika tülküsünü və ağ ayılarıgörmək olur. Ağ ayılar adaya ya qalın buz qatı altında girmək məqsədi ilə gəlirlər yada üzən buzlaqlarda təsadüfən adaya gəlirlər.
Tarix
redaktəAda onu 1614-cü ildə aşkar etmiş hollandiyalı balina ov gəmisinin kapitanının şərəfinə adlandırılmışdır. Daha əvvəlki iddialar — Henri Hudson, (1607); Jan Frolik (1612); Joris Karolus (1614) — isə inandırıcı deyildir.
Ancaq 1595-cildə Dyusburqda dərc olunmuş Şimal Buzlu okeanının xəritəsində Herard Merkator (1512–1594) Qrenland və Norveç dənizləri arasında Beeren Syland adlı adanı qeyd etmişdir [1].
Sonrakı əsrlərdə adanı yalnız Şimail Qrenlandiya şirkətini balina və dəniz məməlilərini ovlayan gəmiləri nadir hallarda ziyarət edirdi. Ada 1929-cu ildən Norveçin idarəçilindədir. Uzun müddət yatmiş Berenberq vulkanı (Hokon VII dağları) 1970-ci ildə aktivləşmişdir. Bu yer üzündəki şimal qütbünə ən yaxın aktiv vulkandır.
1961-ci ildə ada yaxınlığında K-19 sualtı qayığında qəza baş vermişdir.
Əhali
redaktəYerli əhali yoxdur. Olonkinbyuen qəsəbəsində uzunmüddətli naviqasiya, meteorologiya stansiyasının və Sahil Mühafizəsi xitmətinin (iyul 2004) əməkdaşları yaşayır. Adada inzibati və mülki idarə etməni Loran-C stansiya deleqasiyasının rəhbəriicra edir.
Dil: norveç dili.
Tərəflərin statusu: Norveç ərazisi; 1994-cü ilin avqustundan Oslodan olan qubernator vasitəsilə idarə olunur. Buna baxmayaraq adada hakimiyyət Norveç Müdafiə Əlaqə Xidməti stansiyasının komandirinə verilmişdir.
Qnunverici sistem: Norveçin qanunvericilik sistemi
Bayraq: Norveç bayrağı istifadə edilir.
İqtisadiyyat
redaktəYan Mayen əhəmiyyətli təbii ehtiyatları olmayan bir vulkanik adadır. Adada iqtisadi fəaliyyət Norveç radionaviqasiya və meteoroloji stansiyalarının əməkdaşları üçün xidmətlərin göstərilməsi ilə məhdudlaşır.
Nəqliyyat
redaktəLimanlar: yoxdur; yalnız xarici dayanacaqlar
Hava limanları: 1 (2003)
Torpaq örtüklü hava limanları:
ümumi: 1
1524–2437 m: 1 (2004)
Silahlı qüvvələr
redaktəAdanın qorunması Norveçin məsuliyyətidir. Bu məsələdə beynəlxalq anlaşılmazlıq yoxdur.
Mənbə
redaktə- www.jan-mayen.no
- Jan Mayen year round webcam
- Jan Mayen at Norwegian Polar Institute Arxivləşdirilib 2013-08-31 at the Wayback Machine
- TopoJanMayen – Interactive map of Jan Mayen by the Norwegian Polar Institute
- Photographs and information on Jan Mayen
- Satellite Radar image of Jan Mayen
- Glaciers of Jan Mayen
- www.janmayen2011.org — a site about JX5O — international ham radio expedition to Jan Mayen island in 2011 Arxivləşdirilib 2012-01-10 at the Wayback Machine
- Weather forecasts for Jan Mayen at yr.no (Norwegian Meteorological institute and NRK)
- [2] Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine uscg spar 403 1966