Novruz Novruzov - Wikipedia
Novruzov Novruz Nəcəf oğlu (2 may 1954, Lerik rayonu) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı.
Novruz Novruzov | |
---|---|
Vəzifədədir | |
5 aprel 2019-cu ildən | |
Əvvəlki | Asif Hüseynov |
28 iyun 2007 – 5 aprel 2019 | |
Əvvəlki | Sündüz Babayeva |
Sonrakı | Asif Hüseynov |
22 iyun 2002 – 28 iyun 2007 | |
Əvvəlki | Fazil Yusifov |
Sonrakı | Elşən Abbasov |
19 sentyabr 1995 – 22 iyun 2002 | |
Əvvəlki | Ataxan Şiriyev |
Sonrakı | Füzuli Hacıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1954 (70 yaş) |
Doğum yeri | |
|
|
Təltifləri |
Həyatı
redaktəNovruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974–1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur.
1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987–1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir.
1993-1995-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, partiya təşkilat şöbəsinin müdir müavini olmuşdur. 1995-ci ildə VHP üzvlüyündən istefa vermişdir.
1995–2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.
Ədəbi Yaradıcılığı
redaktəNovruz Nəcəfoğlu (Novruzov) – 1954-cü ilin may ayının 2-də Lerik rayonun Zövnə kəndində anadan olub. Hələ cavan yaşlarından dövlət qulluğunda çalışsa da, ədəbiyyata meyl göstərib. Şeir və publisistik yazıları ilə mətbuatda çıxış edib.
N. Nəcəfoğlunun "Azərbaycan", "Ulduz", "Qobustan" dərgilərində, "525-ci" qəzetdə və digər mətbuat orqanlarında çap olunan hekayə və povestləri çap olunub.
Yazıçının "Bir qış gününün xatirəsi", "Yollar uzanan gün", Keçən cavan çağım ola…" "Atüstü bir nağıl", "Bir mən oyaqdım", "Nağıl adam", "Yuxuya gedib gecə" kitabları maraqla qarşılanıb. Müəlifin "İçimdə bir ocaq var" kitabında şeirləri, "Unudulmazlıq haqqı" kitabında oçerkləri toplanıb. Yazıçının ədəbi yaradıcılığı ilə bağlı "Yurd yaddaşı" kitabı çap olunub.
Novruz Nəcəfoğlunun (Novruzovun) xarici ölkələrə səfər təəssüratları ilə bağlı yazdığı "Dünya duracaq yer deyil", "Sinqapur – Böyük dünya şəhəri, iddialı ölkə" "Gördüyüm və eşitdiyim Yaponiya" kitabları publisistikamızın diqqət çəkən nümunələri kimi qiymətləndirilib.
Novruz Nəcəfoğlunun uşaqlar üçün "Nəcəflə üz-üzə" "Ən böyük adam" "Tufan" və İngilis dilində "Tural, Humay and Nijat" kitabları çap olunmuşdur.
Novruz Nəcəfoğlunun "Çarəsiz yolçu", "Bəmbəyaz keçiddə" əsərləri Türkiyə türkcəsində, "Oтнаянная пътница" kitabı Rus dilində çap edilib..
Novruz Nəcəfoğlu Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, Türkiyə Elm və Ədəbiyyat birliyi olan "İlesam" təşkilatının üzvüdür.
Şeirlərinə musiqi bəstələnib.
Bir neçə beynəlxalq mükafatların laureatıdır.