Nquyen Van Thieu - Wikipedia
Nquyen Van Thieu və ya Thiyeu (vyet. Nguyễn Văn Thiệu, vyetnam: [ŋʷǐənˀ vān tʰîəwˀ] ( dinlə); 5 aprel 1923[1][2][…] – 29 sentyabr 2001[3][1][…], Nyuton[d], Massaçusets) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi xadimi və prezidenti.
Nquyen Van Thieu | |
---|---|
vyet. Nguyễn Văn Thiệu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 aprel 1923[1][2][…] |
Vəfat tarixi | 29 sentyabr 2001[3][1][…] (78 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult[4] |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | katolisizm |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general-leytenant |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əksər qeyri-Vyetnam mənbələrində sadəcə Thieu kimi xatırlanmasına baxmayaraq, bu onu soyadı deyil, adının bir hissəsidir.[a]
Həyatı
redaktəDininə görə katolik idi. Kiçik bir torpaq sahibinin oğlu olmuşdur. Gəncliyində Ho Şi Minin başçılıq etdiyi antikolonialist Vyetmin hərəkatına qoşulmuş, lakin hərəkət diqqətini SSRİ-yə yaxınlaşma və kommunist idarəetmə formasına yönəltməyə başladığı üçün hərəkatdan ayrılmışdır.
1949-cu ildə əslində Fransa müstəmləkəçiləri tərəfindən elan edilmiş, lakin rəsmi hökmdarı imperator Bao-dau olan qondarma Vyetnam Dövlətinin paytaxtı Hyue şəhərində yerləşən hərbi akademiyanı bitirmiş və 2-ci leytenant rütbəsi almışdır. 1955-ci ildə Fransa qoşunlarının çıxarılması zamanı daha çox "Cənubi Vyetnam" kimi tanınan Vyetnam Respublikası yarananda polkovnik-leytenant rütbəsinə sahib idi.
O, 1965–1967-ci illərdə Baş nazir Nquyen Kao Kinin dövründə rəsmi dövlət başçısı olmuşdur. 3 sentyabr 1967-ci ildə keçirilən prezident seçkilərində 38% səs toplamış və prezident seçilmişdir. O, 1975-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Şimali Vyetnam qoşunları irəlilədikcə yüksək rütbəli hərbi rəhbərlər ölkədən qaçmağa başlamışdılar. 21 aprel 1975-ci ildə Thieu səlahiyyətlərini vitse-prezident Çan Van Hıonqa tapşırmış və ölkədən Tayvana getmişdir. 30 aprel 1975-ci ildə Vyetnam Respublikası qeyd-şərtsiz təslim olmuşdur.
Thieu Tayvandan Birləşmiş Krallığa köçmüş, burada Surrey və Londonda yaşamışdır. O, daha sonra ABŞ-yə köçmüş və burada 2001-ci ildə vəfat etmişdir.[5]
Qeydlər
redaktə- ↑ Digər tərəfdən, Nquyen soyadı Vyetnamda o qədər geniş yayılmışdır ki, yalnız bu soyad ilə xatırlanması da münasib hesab edilmir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Nguyen Van Thieu // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Nguyen Van Thieu // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Vyetnamca Vikipediya (vyet.).
- ↑ "Nguyen Van Thieu : Biography". schoolnet.co.uk (ingilis). 2006-09-09 tarixində arxivləşdirilib.
Əlavə ədəbiyyat
redaktə- Cao Van Vien. The Final Collapse. Washington, D.C.: United States Army Center of Military History. 1983.
- Dong Van Khuyen. The RVNAF. Washington, D.C.: United States Army Center of Military History. 1979.
- Dougan, Clark; Fulghum, David; və b. The Fall of the South. Boston: Boston Publishing Company. 1985. ISBN 0939526166.
- Dougan, Clark; Weiss, Stephen; və b. Nineteen Sixty-Eight. Boston, Massachusetts: Boston Publishing Company. 1983. ISBN 0939526069.
- Hammer, Ellen J. A Death in November: America in Vietnam, 1963. New York: E. P. Dutton. 1987. ISBN 0-525-24210-4.
- Hoang Ngoc Lung. The General Offensives of 1968–69. McLean, Virginia: General Research Corporation. 1978.
- Hosmer, Stephen T.; Konrad Kellen; Jenkins, Brian M. The fall of South Vietnam : statements by Vietnamese military and civilian leaders. New York: Crane, Russak. 1980. ISBN 0844813451.
- Isaacs, Arnold R. Without Honor: Defeat in Vietnam and Cambodia. Baltimore, Maryland: Johns Hopkins University Press. 1983. ISBN 0801830605.
- Jacobs, Seth. Cold War Mandarin: Ngo Dinh Diem and the Origins of America's War in Vietnam, 1950–1963. Lanham, Maryland: Rowman & Littlefield. 2006. ISBN 0-7425-4447-8.
- Joes, Anthony J. The War for South Vietnam, 1954–1975. New York: Praeger. 1990. ISBN 0275938921.
- Jones, Howard. Death of a Generation: how the assassinations of Diem and JFK prolonged the Vietnam War. New York: Oxford University Press. 2003. ISBN 0-19-505286-2.
- Kahin, George McT. Intervention : how America became involved in Vietnam. New York: Knopf. 1986. ISBN 039454367X.
- Karnow, Stanley. Vietnam: A history. New York: Penguin Books. 1997. ISBN 0-670-84218-4.
- Langguth, A. J. Our Vietnam: the war, 1954–1975. New York: Simon & Schuster. 2000. ISBN 0-684-81202-9.
- Le Gro; William E. From Cease-Fire to Capitulation. Washington, D.C.: United States Army Center of Military History. 1981.
- Lipsman, Samuel; Weiss, Stephen. The False Peace: 1972–74. Boston, Massachusetts: Boston Publishing Company. 1985. ISBN 0-939526-15-8.
- McAllister, James. ""A Fiasco of Noble Proportions": The Johnson Administration and the South Vietnamese Elections of 1967". The Pacific Historical Review. Berkeley, California: University of California Press. 73 (4). November 2004: 619–651. doi:10.1525/phr.2004.73.4.619.
- McAllister, James. "'Only Religions Count in Vietnam': Thich Tri Quang and the Vietnam War". Modern Asian Studies. New York: Cambridge University Press. 42 (4). 2008: 751–782. doi:10.1017/s0026749x07002855.
- Military History Institute of Vietnam. Victory in Vietnam: A History of the People's Army of Vietnam, 1954–1975. trans. Pribbenow, Merle. Lawrence, Kansas: University of Kansas Press. 2002. ISBN 0700611754.
- Moyar, Mark. "Political Monks: The Militant Buddhist Movement during the Vietnam War". Modern Asian Studies. New York: Cambridge University Press. 38 (4). 2004: 749–784. doi:10.1017/S0026749X04001295.
- Moyar, Mark. Triumph Forsaken: The Vietnam War, 1954–1965. New York: Cambridge University Press. 2006. ISBN 0521869110.
- Nguyen Tien Hung; Schecter, Jerrold L. The Palace File. New York: Harper & Row. 1986. ISBN 0060156406.
- Penniman, Howard R. Elections in South Vietnam. Washington, D.C.: American Enterprise Institute for Public Policy Research. 1972.
- Smedberg, Marco. Vietnamkrigen: 1880–1980. Lund, Scania: Historiska Media. 2008. ISBN 978-9185507887.
- Snepp, Frank. Decent Interval: An Insider's Account of Saigon's Indecent End Told by the CIA's Chief Strategy Analyst in Vietnam. New York: Random House. 1977. ISBN 0394407431.
- Truong Nhu Tang. Journal of a Vietcong. Cape. 1986. ISBN 0224028197.
- Willbanks, James H. Abandoning Vietnam: How America Left and South Vietnam Lost Its War. Lawrence, Kansas: University of Kansas Press. 2004. ISBN 0-7006-1331-5.
- Zaffiri, Samuel. Westmoreland. New York: William Morrow. 1994. ISBN 0688111793.
Xarici keçidlər
redaktə- "Nguyen Van Thieu, 78; S. Vietnam's President", Los Angeles Times, 1 October 2001
- "Nguyen Van Thieu Is Dead at 76; Last President of South Vietnam", New York Times, 1 October 2001
- "Nguyen Van Thieu", The Independent (UK), 2 October 2001
- "1975: Vietnam's President Thieu resigns" BBC