Ontogenez - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ontogenez (yun. οντογένεση: ον – varlıq + γένεση) — yaranma, doğulma.
Ontogenez | |
Təsvir olunub | Biogenetik qanun |
---|
Ümumi məlumat
redaktəHər bir canlının dünyaya gəldiyi vaxtdan ölənə qədər keçirdiyi dövr postnatal ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf deməkdir. Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf-ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2 dövrə bölmək olar:bətndaxili dövr və bətnxarici dövr-postembrional inkişaf.
Orqanizm nəsillərinin əmələ gəlməsində iştirak edən cinsi hüceyrələrdir. Bunlar kişi cinsiyyət hüceyrəsi spermatozoid və qadın cinsiyyət hüceyrəsi yumurtahüceyrədən ibarətdir. Kişi və qadın cinsiyyət hüceyrələri mənsub olduğu orqanizmin bütün irsi əlamətlərini özündə gəzdirən hüceyrələrdir. Cisiyyət hüceyrələri meyoz yolla çoxalır. Mayalanmış yumurtaya ziqota deyilir. Hamiləlik dövrü 280 gün və ya 10 qəməri ay olur. Hamiləlik dövrü əsasən ilk günləri qadın çox diqqətli, məsuliyyətli olmalıdır, həyat rejiminə, gigyenasına, qidalanmasına çox ciddi fikir verməlidir. Bu dövrdə qadın spirtli ickilərdən, siqaretdən, narkotok maddələrdən müxtəlif kimyəvi preparatlardan, dərmanlardan və kosmetik maddələrədən qəti istifadə etməməlidir. Rüşeymin inkişaf etdiyi 8 həftə ərzində əsas orqanlar əmələ gəlir.
Məlumdur ki, fərdi inkişaf orqanizmin genotipi ilə idarə olunur. Genlər valideynlərdən övladlara cinsiyyət hüceyrələri ilə keçir. Genlər müəyyən zülalların sintezini təmin edir. Əlamətləri yaradan isə 20 cür amin turşusunun müxtəlif uzlaşmaları sayəsində həddən artıq mövcud olan müxtəlif zülallardır. Canlıların bir-birindən müxtəlif əlamətləri ilə fərqlənməsi əsasən zülal tərkibinin müxtəlifliyi ilə müəyyənləşir. Zülalların sintezini idarə edən genlər isə xromosomların tərkib hissələrini təşkil edən DNT molekullarının müəyyən sahələrindən ibarətdir. Deməli, fərdi inkişaf və onun bütün mərhələləri orqanizmin genotipində proqramlaşmışdır. Mayalanmış bir yumurta hüceyrəsi elə böyük potensial imkana malikdir ki, ondan gələcək tam bir orqanizmin bütün toxumaları, orqanları və sistemləri meydana gəlir, lakin bu imkanlar tədricən realizə olunur. Əgər genotipini təşkil edən genlərin hamısı eyni zamanda fəaliyyətə gəlmiş olsa, onda gərək ziqotdan bir anda yetkin bir orqanizm meydana gələydi, lakin genlər tədricən fəaliyyətə keçərək fərdi inkişafın bütün mərhələlərini idarə edir. Fərdi inkişaf genlərin fəaliyyətindən asılı olmasına baxmayaraq, xarici mühit şəraitinin bu prosesdə böyük rolu vardır. Bir virus, bir bakteriya və başqa bir mürəkkəb canlı öz böyüməsi və inkişafı üçün lazım olan maddələri tapmasa, o dünyaya gəldiyi anda məhv olar. Orqanizmlər həmin maddələri xarici mühitdən alır. Xarici mühitdə çoxlu miqdarda müxtəlif maddələr mövcuddur. Bunlardan hansılarının istifadə olunmasını da genlər idarə edir. Südlü inək öz nəslinə bol süd verməyi təmin edən genləri keçirir, lakin bu genlərin funksiyasının realizə etmək dərəcəsi yemin miqdarı, keyfiyyəti, bir sözlə, bəslənilmə şəraitindən asılı olaraq dəyişir. Eyni genlər şəraitindən asılı olaraq həm çox, həm də az süd əmələ gətirə bilir.
İlkin diferensiasiya
redaktəMəlumdur ki, heyvanlarda ilkin morfoloji diferensiasiya yumurtanın sitoplazmasının quruluşu və onun xarici qatı ilə (kortekale) müəyyənləşir. Məs, bəzi amfibilərdə və onurğasızlarda nüvəsi çıxarılmış yumurta hüceyrəsi aktivləşdirildikdən sonra blastula mərhələsinə qədər inkişaf etmək qabiliyyətini saxlayır. Korteks funksional olaraq diskretdir. Onun animal zonasından ektoderma, "boz oraqvarı" zonasından mezoderma və vegetativ zonasından entoderma inkişaf edir. Deməli, yumurta hüceyrə mayalanmaya qədər differensə olunmuşdur. Mayalanmadan sonra yumurtada daha dəqiq və incə diferensiasiya aşkar olunur. Bu da rüşeymin ilk mərhələdə inkişafını determinə edir. Mitoz bölünmədən meydana çıxmış blastomerlər eyni genoma malik olur, lakin korteks sahəsinin və sitoplazmanın miqdarına görə eyni olmur. Bunun nəticəsində blastomerlər müxtəlif tərkibli sitoplazmaya malik olur. Elə ona görə də müxtəlif sitoplazma tərkibli blastomerdə eyni genlər yox, müxtəlif genlərin fəaliyyəti tənzim olunur və bununlada diferensiasiya baş verir. Deməli, diferensiasiya prosesində nüvə və sitoplazma qarşılıqlı əlaqədə olur və bu zaman yumurta hüceyrə sitoplazmanın və korteks qatının əvvəlcədən formalaşması ana orqanizmi genotipinin fəaliyyətinin nəticəsidir. Sitoplazmatik irsilik öyrənilən bölmədə ana irsiliyini sübut edən dəlillər göstərildiyi üçün burada bu haqda danışılmayacaq. Meyozdan sonra yumurta hüceyrədə ancaq haploid yığım xromosomların genləri saxlandığı halda, sitoplazmada diploid ana orqanizmin əmələ gətirdiyi gen məhsulları və ontogenezdə formalaşmış quruluş mövcud olur. Elə bunlar da yumurtanın ilkin inkişafını təmin edir. Bu maddə əvvəlcədən ana orqanizmi tərəfindən hazırlanmış məlumat RNT-dən ibarətdir. Həmin m-RNT rüşeymin inkişafının zülalın sintezi üçün matris ola bilər.
Məlumdur ki, onurğalı heyvanların oositlərində külli miqdarda m-RNT-si olur. Onun miqdarı somatik hüceyrələrdəkindən yüz və min dəfə çoxdur. Birinci meyotik bölünmədən əvvəl oosit 4 xromosom yığımına malik olur. Sitoplazmada külli miqdarda həlqəvi DNT molekul şəklində amplifikasiya olunmuş müvəqqəti plazmidlər meydana çıxır. Belə DNT molekullarından seqmentasiya əmsalı 45 olan r-RNT-lər traskripsiya olunur ki, bunlar da ribosom üçün işçi molekullardır. Oositlərdə həlqəvi DNT molekullarının meydana çıxma mexanizmi hələ məlum deyil. Yuxarıda göstərilənlərdən göründüyü kimi molekulyar genetikanın inkişafının fərdi inkişafın genetik mexanizmini öyrənməkdə böyük əhəmiyyəti olacaqdır.