Onun Boyuk Ureyi Film 1958 - Wikipedia
Onun Boyuk Ureyi Film 1958 - Wikipedia - Haqqında Məlumat
Onun böyük ürəyi | |
---|---|
Fayl:Onun böyük ürəyi (film, 1958).jpg | |
Janr |
dram müharibə |
Rejissor | Əjdər İbrahimov |
Ssenari müəllifi | İmran Qasımov |
Baş rollarda |
Tamilla Ağamirova — Səmayə Salman Dadaşov — Oqtay Gündüz Abbasov — Rəcəb Leyla Bədirbəyli — Xalidə Sveta Cavadova — Rəna Nodar Şaşıqoğlu — Mənsur |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Qara Qarayev |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 6 fevral 1959 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 71 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1958 |
Texniki məlumatlar |
8 hissə 2052 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID7852944 |
Məzmun
redaktəKinopovest Azərbaycanın iri metallurgiya və kimya mərkəzi Sumqayıtın inşaatçılarına həsr olunmuşdur. Burada adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir və cəmiyyətdə özünə rahat yer, asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül xasiyyətli tiplər tənqid olunur. Film üç dövrü-müharibədən əvvəlki, İkinci Dünya müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərini əhatə edir.
Film haqqında
redaktə- Film operator Rasim Ocaqovun kinoda ilk işidir.[1]
- Film aktyor Gündüz Abbasovun kinoda ilk işidir.
- Operator Rasim Ocaqov Rəna obrazının ifaçısı Sveta Cavadova ilə bu filmin çəkilişləri zamanı tanış olmuş və ailə həyatı qurmuşdur.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: İmran Qasımov
- Quruluşçu rejissor: Əjdər İbrahimov
- Quruluşçu operator: Rasim Ocaqov
- Quruluşçu rəssam: Elbəy Rzaquliyev
- Bəstəkar: Qara Qarayev
- Səs operatoru: Əziz Şeyxov
- Mahnıların mətni: Y.Dolmatovski
- Rejissor: Yuli Karasik (Yuri Karasuq kimi)
- Geyim rəssamı: İsmayıl Axundov
- Redaktor: Fərman Eyvazlı
- Quraşdırılmış səhnələrin operatoru: V.Alekseyeva
- Quraşdırılmış səhnələrin rəssamı: V.Qolikov
- Filmin direktoru: D.Avrutin
- Çalır: Filmlər İstehsal edən İdarənin Orkestri
- Dirijor: Q.Hamburq
Rollarda
redaktə- Tamilla Ağamirova — Səmayə
- Salman Dadaşov — Oqtay
- Gündüz Abbasov — Rəcəb
- Leyla Bədirbəyli — Xalidə
- Sveta Cavadova — Rəna
- Nodar Şaşıqoğlu — Mənsur
- Əjdər İbrahimov — Rəsulov
- Nina Doroşina — Maşa
- Bahadur Əliyev — Əhməd
- Natəvan Şeyxova — Lalə
- L.Kadrov
- Nikolay Barmin
- Münəvvər Kələntərli — Səmayənin iş yoldaşı
- Y.Neçayeva
- K.Filkenşteyn
- M.Jarova
- Y.Ovçinnikova
- Rüfət Əliyev
Filmi səsləndirənlər
redaktə- Əli Zeynalov — Rəsulov (Əjdər İbrahimov) (titrlərdə yoxdur)
- Hökümə Qurbanova — Səmayə (Tamilla Ağamirova) (titrlərdə yoxdur)
- Həsənağa Salayev — Oqtay (Salman Dadaşov) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov — Rəcəb (Gündüz Abbasov) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ "Onun böyük ürəyi": Rasim Ocaqovun ilk sərbəst işi belə adlanıb //Şərq.- 2011- 15 aprel.- S. 11.
Mənbə
redaktə- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Кино: Энциклопедический словарь / Гл. ред. С.И.Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 147; 304.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125-127.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.