Oxcucay - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Oxçuçay — Azərbaycan və Ermənistan ərazilərindən axan çay.
Oxçuçay | |
---|---|
azərb. Oxçuçay, erm. Ողջի | |
Ölkələr | |
Rayonlar | |
Şəhərlər |
|
Keçdiyi ərazilər | Zəngəzur, |
Mənbəyi | Qapıcıq dağı |
• Yüksəkliyi | 3650 m |
Mənsəbi | Araz |
Uzunluğu | 82 km |
Su sərfi | 11 m³/san |
Su sistemi | Araz |
Su hövzəsi | Xəzər |
Hövzəsinin sahəsi | 1175 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Oxçuçay Arazın sol qoludur. Ermənistan Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür.
Axımı qar (46%), yağış (10%) və yeraltı (44%) sulardan əmələ gəlir, su sərfi 8,90 kub m/san-dir. İllik axımının 40%-i yaz, 43%-i yay, 10%-i payız. 7%-i isə qış fəslində keçir.
Suvarma işlərində istifadə olunur. Ermənistan ərazisində çay Voxçi adlanır.
Ekoloji vəziyyəti
redaktəErmənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Qafan və Qacaran dağ – mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənmişdir ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənmişdir və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına tökülməlidir[1].
Mənbə
redaktə- Azərbaycan çayları Arxivləşdirilib 2008-02-23 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Nazir: "Oxçuçayın ərazisi ölü zonaya çevrilib"
- Norveçdəki azərbaycanlılar Oxçuçayla bağlı beynəlxalq təşkilatlara müraciət edib
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri, Bakı 2006