Ozon - Wikipedia
Ozon — Atmosferin təxminən 25-30 km-də günəşin ultrabənövşəyi şüalarından alınır. Ozon ultrabənövşəyi şüaları udaraq yer səthindəki canlıları qoruyur.
Oksigen molekulyar oksigenlə birləşir və ozona çevrilir: O²+O------>O
Xassələri
redaktəOzon açıq mavi rəngli,xoşiyli,dadsız molekulyar quruluşlu qazdır.Troposfer və stratosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12–17 km-ə qədər, stratosfer ozonu isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi stratosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir.
Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin karbohidrogenlərlə fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen mənşəlidir (ən çox avtomobillərin yaratdığı). Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, stratosferdə ozonunun azalması ekoloji fəlakətlərə gətirib çıxara bilər.
Atmosfer havasında ozonun fon konsentrasiyası adətən 30 mkq/m3-i keçmir. Rusiyada ozonun YVK-sı 20 dəqiqədə 160 mkq/m3, bu konsentrasiya il ərzində və 24 saat ərzində 30 mkq/m3 müəyyən edilir. ÜST Avropa Bürosu 8 saat ərzində ozonun normativini 120 mkq/m3 səviyyəsində tövsiyə edir. Ozon və oksigen müxtəlif reaksiyalara girib O3=O2+O-ya parçalanır
Sağlamlığa təsiri
redaktəOzon suda az həll olduğu üçün havakeçirən yollarla insanın orqanizminə daxil olur. O,qıcıqlandırıcı xassəyə malikdir. Ozonun 160-470 mkq/m3 səviyyəli konsentrasiyada təsiri zamanı xarici tənəffüsün funksiyasında əhəmiyyətli dərəcədə dəyişiklik gedir, öskürək və baş ağrıları baş verir. Ozonun uzun müddətli təsiri ağciyərlərin mərkəzi hissəsinin epiteli və birləşdirici toxumalarının morfoloji dəyişməsinə səbəb ola bilər.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |