Peleng - Wikipedia
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin beş üzvündən biridir. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür.[3] Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar.
Pələng | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Pələng |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Pələngləri əvvəl 8 yarımnövünə bölürlər ki, onlardan 3-nün artıq nəsli kəsilmişdir. Bunlardan biri Azərbaycanda da rast gəlinən Xəzər pələngi olmuşdur. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Çoxu pələng kamuflajlarının ideal uyğunlaşma təmin etdiyi və sürətli və ya daha çevik ovları yaxalamlarının daha asan olduğu meşələrdə və otlaqlarda yaşayır. 100 il əvvələ qədər Hindistanda, Türkiyədə, Çində, demək olar ki, bütün Asiya qitəsində yaşayan pələnglərə hazırda keçmiş ərazilərinin 93%-də ümumiyyətlə rast gəlinmir. Böyük pişiklər arasında yalnız pələng və yaquar yaxşı üzgüçülərdir. Pələnglər tez-tez su hövzələrində, göllərdə və çaylarda yuyunurlar. Pələnglər adətən maral, çöl donuzu və s. heyvanlarla qidalanırlar. Buna baxmayaraq, bəzən daha kiçik heyvanlar da onların ovu ola bilir.
Pələnglərin ən qorxulu düşməni insandır. Qeyri-qanuni ov və təbii mühitlərinin yox olması pələnglərin sayını böyük nisbətdə azaldır. XX əsrin əvvəlində dünyada 100,000-dən çox pələng varkən, 2016-cı ildə bu rəqəm 3,890 olmuşdur.[4] Eyni zamanda sümükləri və demək olar bütün bədən parçaları ənənəvi təbabətdə ağrı kəsicidən afrodizyaklara qədər dəyişən bir çox sahə üçün istifadə edilər. 2016-cı ildə son yüz ildə ilk dəfə olaraq pələng sayında artım baş vermişdir.[5] Bütün pələng yarımnövləri təhlükə altındakı növlər siyahısına daxil edilmişdir.
Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da bir o qədər ehtiyatlı və qorxaqdır. O öz şikarının üstünə 6–7 m məsafədən və 3 m hündürlüyündə atıla bilər. Güclü pəncəsi ilə böyük maralı və sığını öldürə bilir. Pələng 2–4 bala doğur. Boğazlıq müddəti 112 gündür.
Sayı
redaktəÖlkə adı | Sayı |
---|---|
Banqladeş | 106 |
Butan | 103 |
Çin | >7 |
Hindistan | 2,226 |
İndoneziya | 371 |
Laos | 2 |
Malayziya | 250 |
Myanma | məlumat yoxdur |
Nepal | 198 |
Şimali Koreya | məlumat yoxdur |
Rusiya | 433 |
Tailand | 189 |
Vyetnam | <5 |
Maraqlı faktlar
redaktəPələngin xəzi zolaq-zolaq olmaqla bərabər, xəzin altındakı dərisi də zolaqlıdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ BBC Wildfacts – Tiger
- ↑ "Tiger Numbers Rise for First Time in a Century". 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-24.
- ↑ Katy Daigle. "World's wild tiger count rising for first time in a century". Phys Org. 10 aprel 2016. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2017.
- ↑ Platt, John R. "Big News: Wild Tiger Populations are Increasing for the First Time in a Century". 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-24.