Paolo Gentiloni - Wikipedia
Paolo Gentiloni Silveri (it. Paolo Gentiloni Silveri; d. 22 noyabr 1954, Roma) — italyan siyasətçisi və dövlət xadimi. İtaliyanın baş naziri (12 dekabr 2016-cı ildən).
Paolo Gentiloni | |
---|---|
it. Paolo Gentiloni Silveri | |
Vəzifədədir | |
12 dekabr 2016-cı ildən | |
Prezident | Sergio Mattarella |
Əvvəlki | Matteo Rentsi |
31 oktyabr 2014 – 12 dekabr 2016 | |
Əvvəlki | Federika Mogerini |
Sonrakı | Ancelino Alfano |
İtaliya deputatlar palatasın üzvü | |
Vəzifədədir | |
30 may 2001-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Paolo Gentiloni Silveri |
Doğum tarixi | |
Doğum yeri | Roma, İtaliya |
Partiya | İtaliya Demokrat Partiyası |
Təhsili | Roma Sapienza Universiteti |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Dini | katolik |
|
|
paologentiloni.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və siyasi fəaliyyəti
redaktəPaolo Gentiloni 22 noyabr 1954-cü ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olmuşdur. Roma Sapienza Universitetinin siyasət fakültəsində ali təhsil almış və oranı jurnalist kimi bitirmişdir. 11 dekabr 2016-cı ildə İtaliya prezidenti Sergio Mattarella Matteo Renzinin istefasından sonra Paolo Gentiloniyə yeni hökumət formalaşdırmağı tapşırdı. 12 dekabr 2016-cı ildə Gentiloni baş nazir vəzifəsinin icrasına başladı. 10 yanvar 2017-ci ildə Fransua Olland ilə danışıqlardan sonra Parisdən qayıdarkən özünü pis hiss edən baş nazir Paolo Gentiloni Gemelli adlı Romadakı hospitala yerləşdirildi. Cərrahiyyə əməliyyatı zamanı tac damarları bərpa edildi.
Şəxsi həyatı
redaktəHəyat yoldaşı Emanuele Mauro, övladı yoxdur. Lirik musiqini sevir, tennis və poker oynayır, ingilis, fransız və alman dillərini yaxşı bilir, piyada gəzməyi xoşlayır. (Vaskes Montalban)
Xarici keçidlər
redaktə- (ital.) (ing.) Presidente del Consiglio dei Ministri Arxivləşdirilib 2017-05-22 at the Wayback Machine
- (ital.) Official page at the Italian Chamber of Deputies
- (rus.) "Паоло Джентилони стал новым министром иностранных дел Италии". РИА Новости. 2014-10-31. İstifadə tarixi: 2014-11-07.