Prosper Merime - Wikipedia
Prosper Merime (fr. Prosper Mérimée; 28 sentyabr 1803 – 23 sentyabr 1870) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü.
Prosper Merime | |
---|---|
fr. Prosper Mérimée | |
Təxəllüsü | L' Auteur du Théâtre de Clara Gazul[2], Clara Gazul[2], Joseph Lestrange[2], Hyacinthe Maglanovich[2] |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Kann, Fransa |
Atası | Jan Fransua Leonor Merime[3] |
Təhsili |
|
Fəaliyyəti | antropoloq, arxeoloq, tarixçi, tərcüməçi, siyasətçi, yazıçı, rəssam, dramaturq, boyakar[d] |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü |
|
Mükafatları | |
Prosper Merime Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi.
Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır.
Ədəbiyyata gəlişi
redaktəMerimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır. Lakin müəllif bu əsərdən razı qalmadığına görə onu nəşr etdirməyib. 1825-ci ildə o, özünün bir neçə dramatik pyesini "Klara Qasul teatrı" başlığı altında nəşr etdirdi. Lakin mistifikasiyaları çox sevən müəllif ön sözdə qeyd edirdi ki, bu pyesləri ispancadan tərcümə edib və guya onların müəllifi səyyar truppanın naməlum aktrisasıdır. Hətta nəşrin bəzi nüsxələrinə həmin aktrisanın portreti də əlavə olunmuşdu. Əslində isə bu Merimenin qadın paltarında çəkdirdiyi öz şəkilləri idi.
Yaradıcılığı
redaktəProsper Merime realizm dövrünün novella ustadı hesab edilir. Bu novellalarda güclü və parlaq xarakterli, orijinal naturalar, yüksək hisslərə malik insanlar təcəssüm olunur. Bunlara "Karmen", "Kolomba", "Falkone" aiddir. Mermme həm də pyeslər müəllifidir. Onun "Jakeriya" adlı pyes – xronikasında XVI əsrdəki kəndli hərəkatı təsvir edilir. Onun yeganə böyük romanı "IX Karl dövrünün xronikası" adlı əsəridir. Bu əsərdə o, Varfolomey gecəsinin hadisələrinin, katoliklərlə protestantların mübarizəsinin bədii təsvirini vermişdir.[4]
Roman və povestləri
redaktə- Guzla (fr. Guzla) – 1827
- Jakeriya (fr. Jacquerie) – 1828
- Karvahal ailəsi (fr. Famille Carvajal) – 1828
- IX Karlın hakimiyyətinin xronikası (fr. Chronique du temps de Charles IX) – 1829
- Matteo Falkone (fr. Mateo Falcone) – 1829
- Tamanqo (fr. Tamango) – 1829
- Toledo incisi (fr. Perles Toledo) – 1829
- Etrusk vazası (fr. Vaseé trusque) – 1830
- Cəhənnəm sakinləri (fr. Ames du purgatoire) – 1834
- İlli Venera (fr. Vénus d’Ille) – 1837
- Jaklin (fr. Jacqueline) – 1839
- İkili səhv (fr. Double méprise) – 1839
- Kolomba (fr. Colomba) – 1841
- Karmen (fr. Carmen) – 1845
- Lokis (fr. Lokis) – 1869
Ölümündən sonra çap olunan əsərləri
Maraqlı faktlar
redaktə1960-cı ildə Prosper Merimenin "Matteo Falkone" hekayəsi əsasında "Azərbaycanfilm" kinostudiyası eyniadlı film çəkmişdir.
Mənbə
redaktəXarici keçidlər
redaktə- Prosper Merimenin əsərləri — Lib.ru (rus.)