Qafqaz Canisinliyi - Wikipedia
Qafqaz Canisinliyi - Wikipedia - Haqqında Məlumat
Qafqaz canişinliyi — Rusiya imperiyasının Qafqazda baş idarəsi.
Tarixi dövlət | |
Qafqaz canişinliyi | |
---|---|
rus. Кавказское наместничество | |
|
|
Paytaxt | Tiflis |
Rəsmi dilləri | rus dili |
Tarixi
redaktə1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S. M. Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı.
Qafqaz sərdarları
redaktəMənbə[1]
- Karl Knorrinq (1801–1802)
- Pavel Sisianov (1802–1806)
- İvan Qudoviç (1806–1809)
- Aleksandr Tormasov (1809–1811)
- Filip Pauluççi (1811–1812)
- Nikolay Rtişev (1812–1816)
- Aleksey Yermolov (1816–1827)
- İvan Paskeviç (1827–1831)
- Qriqori Rozen (1831–1838)
- Yevgeni Qolovin (1838–1842)
- Aleksandr Neydqardt (1842–1844)
Canişinlər (1844–1881)
redaktəQafqaz canişinliyi (27 dekabr 1844 – 22 noyabr 1881) | |||
---|---|---|---|
İşlədiyi müddət | Adı | Həyatı | Vəzifəsi |
27 dekabr 1844 – 1 mart 1854 | Mixail Vorontsov | 1782–1856 | canişin |
1 mart 1854–1854 | Nikolay Read | 1793–1855 | canişin əvəzi |
1854–1854 | Vasili Bebutov | canişin əvəzi | |
29 noyabr 1854 – 22 iyul 1856 | Nikolay Muravyev-Karski | 1794–1866 | canişin |
22 iyul 1856 – 6 dekabr 1862 | Aleksandr Baryatinski | 1815–1879 | canişin |
6 dekabr 1862 – 23 iyul 1881 | Mixail Nikolayeviç | 1832–1909 | canişin |
22 noyabr 1881 | Ləğv olundu |
Canişinlər (1905–1917)
redaktəQafqaz canişinləri (26 fevral 1905 – 9 mart 1917) | |||
---|---|---|---|
Vəzifə tarixi | FAA | Həyatı | Vəzifəsi |
26 fevral 1905 − 23 avqust 1915 | Qraf İllarion Vorontsov-Daşkov | 27 may 1837 − 15 yanvar 1916 | canişin |
23 avqust 1915 − 9 mart 1917 | Böyük knyaz Nikolay Mladşiy | 6 noyabr 1856 − 5 yanvar 1929 | canişin |
Müvəqqəti Hökumətin 1917-ci il 9 mart tarixində verilən qərarı ilə ləğv olundu və Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı |
İstinadlar
redaktə- ↑ "Главноначальствующие на Кавказе". 2007-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.